Rövşən Əkbərovun Milli Qəhrəman adı və hərbi rütbəsi niyə alınmadı - MÜƏMMA
Hadise
Oxunub: 656
30 okt 2021 | 17:43
Rövşən Əkbərovun Milli Qəhrəman adı və hərbi rütbəsi niyə alınmadı - MÜƏMMA


Məlum olduğu kimi, Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatdı və 10 il müddətinə azadlıqdan məhrum edildi. R.Əkbərov 20 il öncə Kiyevdə azərbaycanlı iş adamı Elçin Əliyevi qətlə yetirməkdə təqsirli bilinib. Ukrayna prokurorluğu hələ 2003-cü ildə Azərbaycan Baş Prokurorluğuna məktub göndərərək 29 yaşlı Əliyevin qətlində generalın iştirakını təsdiqləyən sübutların olduğunu yazırdı. Həmin sübutlar da daxil olmaqla, cinayət işinin materialları istintaqın davam etdirilməsi üçün Azərbaycana göndərilmişdi. İş əvvəlcə Hərbi Prokurorluqda, daha sonra Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq idarəsində araşdırılsa da, bir müddət sonra icraat dayandırılmışdı.

Maraqlıdır ki, məhkəmə R.Əkbərovun hərbi rütbəsinin və fəxri adlarının alınmasını zəruri hesab etməyib. “Yeni Müsavat” xəbər verir ki, buna səbəb işdə hərbi rütbənin alınması ilə bağlı təqdimat olmadığı göstərilib. Bunu R.Əkbərova qarşı bir jest kimi qiymətləndirmək olar.

İndiyədək bir sıra şəxslər, məsələn, Rasim Əkbərov Milli Qəhrəman və “Azərbaycan Bayrağı” ordenindən məhrum edilib. R.Əkbərov dövlət çevrilişinə cəhddə günahlandırılıb və 15 illik həbs cəzası alıb. Surət Hüseynov da eyni aqibəti yaşayıb. 1994-cü il oktyabrın 14-də Milli Məclis onun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs-qətimkan tədbiri seçilməsinə razılıq verilməsi və Milli Qəhrəmanı adından məhrum edilməsi barədə qərar qəbul edib. Habelə, Naxçıvanın həbs edilən sabiq daxili işlər naziri Əhməd Əhmədov da daxili xidmət general-mayoru, polis general-leytenantı ali-xüsusi rütbəsindən, general-leytenant ali hərbi rütbəsindən və “Azərbaycan Bayrağı” ordenindən mərhum edilib. Amma Rövşən Əkbərovun fəxri adları əllərindən alınmayıb. Bu qərar onun həbs müddəti başa çatmazdan əvvəl azadlığa buraxılmasında rol oynayacaqmı? Qanun nə deyir, o, fəxri ad və rütbədən məhrum olunmalıydımı?

Hüquqşünas Əsabəli Mustafayevin “Yeni Müsavat”a bildirdiyinə görə, Müdafiə Nazirliyi tərəfindən məhkəməyə təqdimat verilməliydi. Onun fikrincə, əgər təqdimat verilməyibsə, bu göstərir ki, R.Əkbərovu təqsirli saymayanlar da var, yaxud günahkar sayırlar, sadəcə, şəxsiyyətinə və Milli Qəhrəman adı almasına görə cəzasının ağır olmasını istəmirlər. “Onsuz da Rövşən Əkbərova çox ağır cəza verilməyib. Onun ”OMON"çuların işində iştirakı olub, indi deyə bilmərəm ki, bu məsələ nə dərəcədə rol oynayıb, lakin görünür ki, ümumi razılaşma var, Rövşən Əkbərovu tam batırmaq istəmirlər. Digər tərəfdən, özü də başa düşsün ki, ona müəyyən üstünlük saxlanılıb. Hər halda, general-leytenantdır", - deyə Ə.Mustafayev qeyd etdi. Vəkil hesab edir ki, fəxri adın saxlanması və rütbəsindən məhrum olunmaması R.Əkbərovun gələcəkdə əfvə salınması üçün rol oynaya bilər: “Onun döyüş yoldaşları, yaxın şəxslər, yaxud özü əfvə düşməsi üçün müraciət edə bilər. Mənə elə gəlir ki, bir neçə il sonra onun əfvi mümkündür”.

Polkovnik Üzeyir Cəfərovun sözlərinə görə, R.Əkbərov təcrübəli general olub: “Füzuli istiqamətində döyüşlərdə bərabər olmuşuq. Rövşən Əkbərov Azərbaycan Ordusu üçün hərbçi kimi bacarıqlı generallardan biridir. Onun keçmiş Baş Qərargah rəisi ilə münasibətləri gərgin olub, bəzi qərarlarla razılaşmayıb. Bir hərbçi kimi Əfqanıstanda döyüşüb, Qarabağ döyüşlərində xidmətləri olub. Yəni mən ona bir hərbçi kimi qiymət verə bilərəm”. Ü.Cəfərov R.Əkbərovun göstərilən müddəti axıra qədər həbsdə qalacağını düşünmür və əfvini istisna etmir: “Yaxınları əfv üçün müraciət edə bilərlər”.

Qeyd edək ki, 56 yaşlı general-leytenant Rövşən Əkbərov Bakı və Şəmkir korpuslarının komandiri olub. O, 2021-ci ilin fevralının əvvəllərində müdafiə nazirinin əmri ilə ehtiyata göndərilib. R.Əkbərov Bakıdakı 42 saylı orta məktəbdə, daha sonra Cəmşid Naxçıvanski adına hərbi məktəbdə təhsil alıb. 1982-ci ildə Kiyev Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olub. 1986-cı ildə təyinatla Zaqafqaziya hərbi dairəsi komandanlığının sərəncamına göndərilib. Bir il sonra xidmət etdiyi ordunun tərkibində Əfqanıstana ezam olunub. 1988-ci ildə Zaqafqaziya Hərbi Dairəsinə qayıdan R.Əkbərov 1989-cu ildə xidmət etdiyi alayda bölük komandiri vəzifəsinə təyin edilib.

Birinci Qarabağ müharibəsində iştirak edən Rövşən Əkbərov 1995-ci il mart hadisələri zamanı Xüsusi Təyinatlı Polis Dəstəsinin zərərsizləşdirilməsində iştirak edib. O, 1999-cu ildə Bakı Ali Hərbi Dənizçilik Məktəbinin, 2002-ci ildə isə Ukrayna Hərbi Akademiyasının müdavimi olub. 2002-ci ildən general-leytenantdır. Azərbaycan Prezidentinin 5 oktyabr 1994-cü il tarixli fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Dünən, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Dünən, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Dünən, 10:27
Prezident qəbul keçirdi
Dünən, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Dünən, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Dünən, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Dünən, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Dünən, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Dünən, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Dünən, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Dünən, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ
Dünən, 09:15
Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - YENİLƏNİB - FOTO
Dünən, 09:09
Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır
Dünən, 09:00
“Kilsə qiyamı” Qərbi Bakıya “qaçırır”: ABŞ, Avropa Birliyi və Fransa indi yalnız Azərbaycana möhtacdır
13-05-2024, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
13-05-2024, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
13-05-2024, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
13-05-2024, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
13-05-2024, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
13-05-2024, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq