Rusiya MN ermənilərin Ağdamda atəşkəsi pozması barədə NİYƏ SUSDU? - hərbçimizi yaralaması haqda məlumat vermədi...
Hadise
Oxunub: 403
7 iy 2021 | 16:44
Rusiya MN ermənilərin Ağdamda atəşkəsi pozması barədə NİYƏ SUSDU? - hərbçimizi yaralaması haqda məlumat vermədi...


Xəbər verildiyi kimi, dünən - iyulun 6-da saat 17:50 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələri atəşə tutulub. Müdafiə Nazirliyindən verilən məlumata görə, atəş nəticəsində yol təkmilləşdirmə işlərinə cəlb olunan hərbi qulluqçumuz baş gizir Dadaşov Sakit Əhliman oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, hərbi hospitala təxliyə olunub.

Moderator.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi saytının “Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingenti” bölməsində bəhs edilən hadisədən 2 saat 10 dəqiqə sonra, yəni Moskva vaxtilə saat 19:00-da yayılmış məlumatda Rusiya sülhməramlılarının məsuliyyət zonasında baş vermiş insidentlə, yəni qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşkəsin pozulması ilə bağlı heç bir məlumat verilməyib.

Rusiya MN-in Qarabağdakı Rusiya sülhməramlı kontingentinin fəaliyyəti haqda iyulun 6-da Bakı vaxtilə saat 20:00-da yaydığı son məlumatında belə deyilir:

“Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində vəzifələrini yerinə yetirməkdə davam edir.

27 müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyəti izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər.

Bütün təmas xətti atəşkəs rejiminə əməl olunur.

Rus sülhməramlıları vətəndaşların təhlükəsiz hərəkətini təmin edirlər”.

Belə çıxır ki, dünən Ağdam istiqamətində erməni silahlıları tərəfindən heç bir atəşkəs pozuntusu baş verməyib. Yaxud baş versə də, Rusiya hərbi kontingentinin komandanlığı bundan xəbər tutmayıb.

Halbuki, Rusiya MN-in 6 iyul 2021-ci ildəki sonuncu məlumatında deyilir:

“Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq məqsədilə səyləri əlaqələndirmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır”.

Azərbaycan MN-in eyni tarixdə, Rusiya MN-in məlumatından 2 saat 10 dəqiqə öncə Ağdamda baş vermiş baş vermiş insident barədəki məlumatının sonunda isə belə deyilir:

“Baş vermiş insidentin araşdırılması üçün Rusiya sülhməramlı qüvvələrinin komandalığına və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə məlumat verilib”.

Rusiya MN-in Qarabağdakı Rusiya sülhməramlı kontingentinin fəaliyyəti haqda 7 iyul 2021-ci il tarixində Bakı vaxtilə saat 5-də yaydığı son məlumatında isə yalnız son 8 ay ərzində Rusiya hərbçilərinin Qarabağdakı ermənilərə qayğılarından bəhs edilir...

P.S....
Bu gün, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Bu gün, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Ruslar Zəngəzurdan çıxır
Bu gün, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Bu gün, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Bu gün, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Bu gün, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Bu gün, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Bu gün, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Bu gün, 10:27
Prezident qəbul keçirdi
Bu gün, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Bu gün, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Bu gün, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Bu gün, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Bu gün, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Bu gün, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Bu gün, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Bu gün, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ
Bu gün, 09:15
Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - YENİLƏNİB - FOTO
Bu gün, 09:09
Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır
Bu gün, 09:00
“Kilsə qiyamı” Qərbi Bakıya “qaçırır”: ABŞ, Avropa Birliyi və Fransa indi yalnız Azərbaycana möhtacdır
Dünən, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Dünən, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Dünən, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Dünən, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Dünən, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq