Həbsdə olan başçı azadlığa çıxmaq istəyir... - İDDİA
Hadise
Oxunub: 422
29 apr 2021 | 22:22
Həbsdə olan başçı azadlığa çıxmaq istəyir... - İDDİA


Bir neçə gün öncə mətbuatda rəsmi xəbər yayıldı ki, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı olmuş Ceyhun Cəfərovla bağlı cinayət işinin istintaqı zamanı VURULMUŞ MADDİ ZİYANIN BİR HİSSƏSİNİN ÖDƏNİLMƏSİ TƏMİN EDİLİB.
Məsələyə məhz bundan başlamaq istəyirik.
Cənablar, söhbət avtobusda cibə girəndən, qonşunun toyuğunu oğurlayandan, at oğrusundan, it oğrusundan getmir e, yüksək rütbəli dövlət məmurundan, 100 minlik rayonun rəhbərindən gedir. Həm də rayon rəhbərliyinin mütəşəkkil şəkildə korrupsiya əməllərindən gedir. Başa düşürsünüz ?
Bu adam qatı cinayətkardır.
Necə yəni dəyən ziyan ödənib ?
Həm də bir hissəsi...
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin apardığı istintaq materiallarından göründüyü kimi...
Rayonun başçısı Ceyhun Cəfərov birinci müavini Tacəddin Novruzov, İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Natiq Kərimov və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən öz qulluq mövqeyindən istifadə etməklə müxtəlif tabe qurumlara məxsus olan külli miqdarda pul vəsaitlərini mənimsəyib, rayon ərazisində fəaliyyət göstərən səhiyyə, təhsil və digər dövlət qurumlarından, bir sıra özəl müəssisələrdən külli miqdar təşkil edən pul vəsaitlərini rüşvət qismində alıb, habelə həyata keçirilmiş tikinti işləri ilə bağlı verdiyi qanunsuz sərəncamlar nəticəsində torpağın üst münbit qatına ağır nəticəli ziyan vurulmasına səbəb olub.
Biz hələ Yaşıllaşdırmanın müdirini, rayondakı Mərkəzi Xəstəxananın direktorunu, rayon Təhsil şöbəsinin müdirini və digərlərini demirik ee.
Bunların hamısını cinayətə qoşan Ceyhun Cəfərov olub. Yəni söhbət mütəşəkkil cinayətkar dəstədən- BANDA-dan gedir.
Bütün bunlar ortada olduğu halda Ceyhun Cəfərov dəyən ziyanı qismən ödəyib azadlığa çıxmaq istəyir həə..??
Sonra da getsin Çexiyada kef eləsin.
Bəli, Ceyhun Cəfərovun yeznəsi Vidadi Zeynalovla Çexiyada ortaq biznesləri var.
Söhbət Rabitə Nazirliyinin həbs edilən və sonra azadlığa çıxan Aparat rəhbəri Vidadi Zeynalovdan gedir.
Bu iki yeznə-qayın Çexiyanın Praqa və Borno şəhərlərində otelçilik biznesi yaradıblar, Çexiyada məşhur istirahət mərkəzi Karlovı Varıda torpaq sahələri, villaları var. Həmin biznesi Ceyhun Cəfərovun qohumu idarə edir.
Bundan əlavə Vidadi Zeynalovun paytaxtın Nəsimi rayonunda 400 kvadrat metrlik böyük bir obyekti var kirayə verilib, paytaxtda 30-a yaxın lüks mənzilləri, Nabranda torpaq sahəsi və daha nələr.
İndi deyirsiniz dövlətə yüz milyonlarla ziyan vuran bu bandit dəstəsi dəymiş ziyan adı altında qəpik-quruş, dilənçi payı ödəyib azadlığa çıxmalı və Avropanın göbəyində kef eləməlidilər?
Eyni cinayətkar dəstənin başçısı – “qlavarı”, keçmiş nazir Əli Abbasov hazırda AMEA-da Ramiz Mehdiyevə məsləhət verir, müşavirlik edir.
Cinayətkar dəstənin başçısı nə məsləhət verə bilər, onun elmə nə faydası ola bilər ?
Təsəvvür edirsiniz, sabiq nazir Əli Abbasov hər ay ən azı 400 min dollar paket alıb.
Bu adam necə azadlıqda ola bilər ?
Bəs Əli Abbasov nə vaxt dövlətə vurduğu ziyanı ödəyəcək ?
Bizə elə gəlir ki, Əli Abbasovun həbsinə ciddi ehtiyac var. //gundelik-baku.com//
Bu gün, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Bu gün, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Bu gün, 10:27
Prezident qəbul keçirdi
Bu gün, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Bu gün, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Bu gün, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Bu gün, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Bu gün, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Bu gün, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Bu gün, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Bu gün, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ
Bu gün, 09:15
Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - YENİLƏNİB - FOTO
Bu gün, 09:09
Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır
Bu gün, 09:00
“Kilsə qiyamı” Qərbi Bakıya “qaçırır”: ABŞ, Avropa Birliyi və Fransa indi yalnız Azərbaycana möhtacdır
Dünən, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Dünən, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Dünən, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Dünən, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Dünən, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Dünən, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Dünən, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Dünən, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Dünən, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Dünən, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Dünən, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Dünən, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO