Deputat Eldar Mahmudovu İTTİHAM ETDİ - “MTN-dəkilər çarmıxa çəkirdilər...”
Hadise
Oxunub: 477
16 apr 2021 | 18:20
Deputat Eldar Mahmudovu İTTİHAM ETDİ - “MTN-dəkilər çarmıxa çəkirdilər...”


Xəbər verdiyimiz kimi, bir müddət öncə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisləri, generallar Mövlan Şıxalıyev və Nizami Şirinov saxlanılıb. Hər iki şəxs Baş Prokurorluğun İstintaq İdarəsində dindirilib, daha sonra Nəsimi rayon Məhkəməsi tərəfindən hər iki general barəsində həbs qətimkan tədbiri seçilib. Bu və ya digər məsələlərlə bağlı “Unikal” qəzetinə müsahibə verən, Milli Məclisin deputatı, MCP sədri Razi Nurullayevlə söhbətə də son günlər baş verən həbslərlə bağlı sualla başladıq.

Unikal.org həmin müsahibəni təqdim edir.

-Razi bəy, bir müddət öncə sabiq MTN generallarının həbs olunması cəmiyyətin diqqətini yenidən bu istiqamətə yönəltdi. Öncə bu barədə fikirlərinizi bilmək istərdik. Dövlətin təhlükəsizlik orqanlarının yüksək çinli zabitlərinin həbsi nəyin nəticəsidir?

- Prezident İlham Əliyev deyir ki, şəffaflıq olsun, orqanlar düzgün işləsin, sahibkarların işinə qarışmasınlar, birbaşa öz vəzifələri ilə məşğul olsunlar, insanları boş yerə incitməsinlər, vətəndaşlara qarşı teror əməliyyatı keçirməsinlər, insanları haqsız yerə tutmasınlar. Amma onlar da qanunları pozur, haqsızlıq edir, öz cibləri üçün çalışırdılar, sahibkarları incidirdilər, insanları şərləyir, birbaşa MTN-nin səlahiyyətlərindən kənar olaraq narkotiklə tuturdular. MTN dövlətin milli təhlükəsizliyi ilə yox, sadəcə olaraq polisin işləri ilə məşgul idi, pul qazanırdılar, pul silirdilər, kimlərisə çarmıxa çəkib əmlakını, obyektini əlindən alırdılar. Və nəticə də belə olmalıydı.

-Hazırda istintaq gedir və yəqin ki, daha dərinə gedərək problemin kökü tapılacaq. MTN-nin sabiq rəhbəri Eldar Mahmudov hələ də azadlıqdadır. Haqlı olaraq belə bir sual yaranır ki, bu cəzalandırma nəyə görə birinci şəxslərə şamil olunmur?

- Biz dövlətin yerinə nəyisə deyə, tələb edə bilmərik. Dövlətin başçısı Prezident İlham Əliyev bizdən, hər kəsdən daha çox məlumatlıdır, daha çox informasiyalar alır, daha doğru qərar vermək imkanlarına malikdir. Çünki bütün informasiyalar ondadır. Yəqin ki, hər bir şeyin arxasında bir səbəb var, onun üçün də bu məsələlər bizim münasibət bildirməyimizlə, deməyimizlə həll olunan deyil. Mən düşünürəm ki, istintaq gedir, müəyyən məsələlər gedir, hər şeyin öz zamanı, öz yeri var və doğru zamanda doğru qərarlar veriləcək. Hər bir məsələ ilə bağlı yəqin ki, çıxarlan nəticələr nəzərə alınır, onun ziyanı və xeyri hesablanır. Bütün məsələləri də dövlət başçısı, dövlətin hüquq mühafizə orqanları, bu işi aparanlar daha yaxşı bilirlər və onlar da doğru olanı etməlidirlər. Onun üçün də bu məsələyə birmənalı cavab vermək mümkün olmur.

-Müharibədən sonra hərbi sistemlə bağlı da araşdırmaların getdiyi, müəyyən “təmizləmə” prosesinin aparıldığı bildirilir. Bu barədə nə deyə bilərsiniz?

- Əlbəttə. Bilirsiz ki, müharibə dövründə, hər bir ölkə müharibə aparan zaman müəyyən boşluqları görür, zəif cəhətlərini bilir və ondan sonra bu zəif cəhətləri, bu problemləri, çatışmazlıqları aradan qaldırmaqla bağlı qərar qəbul edir. Azərbaycan da bunu artıq görür və bununla bağlı qərarlar qəbul edib. Prezident də bunu bir neçə dəfə səsləndirib və düşünürəm ki, bu qəbul olunan qərarların içərisində, çatışmazlıqların aradan qaldırılmasında həm də təmizləmə əməliyyatı var. Kifayət qədər insanlar ora başqa, qara yollarla, məqsədlərlə yerləşdirilib. Ola bilsin ki, ölkələrin maraqlarına, fərdlərin istəklərinə xidmət edən qüvvələr var. Bilik və bacarığı olmayan sahələrə təyinatlar var və onun da nəticəsində təbii ki, görülən işlərdə axsamalar olur. Və düşünürəm ki, təmizləmə əməliyyatı olacaq. Təmizləmə əməliyyatı sırf orada azərbaycançı qüvvələrin, dövlətçi qüvvələrin qalmasından ibarətdir. Çünki bu günə qədər həqiqətən də orada dövlətini sevməyən, dövlətinə qarşı işləyən, dövlətçi olmayan, başqa dövlətin maraqlarını daha üstün tutan, başqa dövlətin maraqlarına xidmət edən qüvvələr, fərdlər, şəxslər olub. Bəziləri özlərinə şəbəkə də yaradıb. Və bütün bunların da hamısının aşkara çıxarılması və tımizlənməsi üçün yəqin ki, aylar lazımdır. Bu iş daimi olaraq getməli və azərbaycan ordusu doğrudan da mobil, çevik bir orduya çevrilməlidir. Bunula bağlı prezident də mesaj verib ki, Azərbaycan Türkiyə ordusunun kiçik bir prototipini yaradacaq. Mən inanıram ki, tezliklə Azərbaycan ordusu dövlətçiliyimizin maraqlarını qorumaq üçün profissional vəziyyətə gətiriləcək.
Bu gün, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Bu gün, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Ruslar Zəngəzurdan çıxır
Bu gün, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Bu gün, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Bu gün, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Bu gün, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Bu gün, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Bu gün, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Bu gün, 10:27
Prezident qəbul keçirdi
Bu gün, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Bu gün, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Bu gün, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Bu gün, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Bu gün, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Bu gün, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Bu gün, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Bu gün, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ
Bu gün, 09:15
Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - YENİLƏNİB - FOTO
Bu gün, 09:09
Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır
Bu gün, 09:00
“Kilsə qiyamı” Qərbi Bakıya “qaçırır”: ABŞ, Avropa Birliyi və Fransa indi yalnız Azərbaycana möhtacdır
Dünən, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Dünən, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Dünən, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Dünən, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Dünən, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq