MTN generallarnın tutulması Eldar Mahmudovun da həbsinə YOL AÇIR - PROSES BAŞLAYIB!
Hadise
Oxunub: 454
6 apr 2021 | 20:47
MTN generallarnın tutulması Eldar Mahmudovun da həbsinə YOL AÇIR - PROSES BAŞLAYIB!


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisləri, generallar Mövlan Şıxalıyev və Nizami Şirinovun həbsi ölkədə ciddi rezonans doğurub.

Baş Prokurorluğun İstintaq İdarəsində dindiriləndən sonra barələrində Nəsimi rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilən generallarla bağlı Baş Prokurorluq yeni məlumat yayıb.
Məlum olur ki, onlar general adına yaraşmayan hərəkətlər edərək ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini hədə qorxu ilə ələ keçiriblər.

Bu hadisə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun da həbsinə yol aça bilər.

Modern.az-ın məlumatına görə, sabiq MTN zabiti, politoloq Ərəstun Oruclu deyir ki, iki generalın həbsi üzun müddətdir ictimaiyyətdə müzakirə olunan işgəncələr kontekstində son dərəcə əhəmiyyətlidir:

“Onlardan biri - Mövlam Şıxəliyev Baş İstintaq İdarəsinin və digəri - Nizami Şirinov isə Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin rəisi olub.

Şıxəliyevin İstintaq İdarəsinin rəisi olduğu dövrdə MTN-nin istintaq təcridxanasında işgəncələrin kütləvi tətbiqi və onların nəticəsində azı 5 nəfərin öldüyü haqda 2016-cı ildən başlayaraq dəfələrlə yazmışdım, müsahibələrimdə bildirmişdim. Keçmiş MTN zabiti kimi bu orqanın işgəncə səviyyəsinə enməsi mənim üçün çox ağır idi.

Amma təəssüf ki, "gözəgörünməz əl" tərəfindən müdafiə olunan sabiq nazir Eldar Mahmudovun cəzasız qalması Şıxəliyevin də toxunulmazlığını təmin edirdi. İndi belə görünür ki, cinayətkarların immuniteti artıq tükəndi. Bu isə istənilən halda müsbət dinamikadır və inanaq ki, davam edəcək”.

Ə.Oruclu deyir ki, “Tərtər işi”ni gündəmə gətirənlərdən biri olaraq, yeganə hədəfi cinayətkarların cəzalandırılması, günahsızların bəraət alması, insanların dövlətə, ədalətə, xalqına, ordusuna inamının bərpa olunmasıdır.

“Kimin nəsə deməsi, hansı qarayaxmalar danışması, məqsədli uydurmaları isə tamamilə əhəmiyyətsizdir. Bunların hamısının cavabını vermək fikrim də yoxdur, çünki o cavabı bu gün vicdanlı insanlarımız özləri verirlər, yaxın gələcəkdə isə hadisələrin gedişatı bütün bu spekulyasiyaların hamısına birdəfəlik nöqtə qoyacaq.

Ümid edirəm və inanıram ki, dünən həbs olunan generalların istintaqı həbslərin və ifşaların davamına yol açacaq”.

Ekspertin sözlərinə görə, vaxtilə Azərbaycan Ordusuna qarşı törədilmiş silsilə cinayətlər təkcə kriminal çetenin deyil, həm də onun arxasında dayanan xarici xüsusi xidmət orqanlarının fəaliyyətinin nəticəsidir. Elə buna görə də düşmən öz casus şəbəkəsini qorumaq üçün əlindən gələni edəcək:

“Düşmənin Azərbaycanda qurduğu casus şəbəkəsi isə nəhəng infrastruktura malikdir. Bu infrastruktura təkcə silahlı qüvvələrin, hüquq-mühafizə orqanlarının rəhbərliyində deyil, həm də digər dövlət və hakimiyyət orqanlarında, media və vətəndaş cəmiyyəti instutlarında yerləşdirilmiş minlərlə şəxs (agent) daxildir.

Həbslər və ifşalar axarına düşən kimi, bütün bu nəhəng ordu hərəkətə keçəcək və həmin həbsləri həyata keçirən müvafiq dövlət orqanlarını hədəfə alacaqlar. Bir daha açıq şəkildə deyirəm ki, bu məsələdə heç bir siyasi marağım olmayıb və yoxdur, ona görə də bu işi aparan dövlət orqanlarını açıq şəkildə müdafiə etməyə hazıram”.
Bu gün, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Bu gün, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Bu gün, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Bu gün, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Bu gün, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Bu gün, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Bu gün, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Bu gün, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Bu gün, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Bu gün, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Bu gün, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Bu gün, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Bu gün, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Bu gün, 09:20
Diqqət: bu yollarda tıxac var
Bu gün, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Bu gün, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Bu gün, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Dünən, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Dünən, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...