Zakir Qaralov Rövşən Əkbərovun cinayətinə niyə göz yumub? - Generala əlavə ittihamlar irəli sürüləcək
Hadise
Oxunub: 493
19 mar 2021 | 19:47
Zakir Qaralov Rövşən Əkbərovun cinayətinə niyə göz yumub? - Generala əlavə ittihamlar irəli sürüləcək


“İstər Azərbaycanın, istər Ukraynanın Cinayət Məcəlləsində cinayət məsuliyyətinə cəlbetmə müddətləri var. Qanunda nəzərdə tutulan müddət keçdikdən sonra şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Rövşən Əkbərovun ittiham edildiyi cinayət 2001-ci ildə baş verib, qətlin üstündən isə təxminən 20 ilə yaxın vaxt keçib”.

Bunu Modern.az-a açıqlamasında hüquşünas Cavad Cavadov general-leytenant Rövşən Əkbərovun həbsi ətrafında yaranmış qalmaqalla bağlı danışarkən bildirib.

C.Cavadov Ukrayna Cinayət Məcəlləsinin 49-cu maddəsinə əsasən bildirib ki, xüsusilə ağır cinayət törətdikdən 15 il keçdikdən sonra şəxs cinayət məsuliyyətinə cəlb olunmur:

“Bizdə də təqribən eyni halla bağlı eyni vəziyyətdir. Yeganə istisna odur ki, əgər həmin adam təqsirləndirilən şəxs qismində cəlb olunur və istintaq orqanından yayınırsa, barəsində axtarış elan olunmalıdır. Rövşən Əkbərovla bağlı belə bir hal yoxdur. Ona görə hüquqşünas kimi mövqeyim odur ki, indiki halın özü hüquqi cəhətdən əsaslandırılmamış addımdır. Amma bu müddət ərzində onun cinayəti barədə məlumatlı olub, onu məsuliyyətə cəlb etməyən şəxslərlə bağlı tədbir görülməlidir.

Əgər bu aşkar cinayət idisə, hamı bilirdisə ki, qətli o törədib, sübutlar kifayət edirdisə, sual yaranır: Rövşən Əkbərov bu müddətdə niyə məsuliyyətə cəlb olunmayıb? Anlaşılan budur ki, Rövşən Əkbərov vəzifə səlahiyətlərinə görə məsuliyyətdən yayındırılıb. Bunu edənlər də məhkəmə-hüquq sisteminə rəhbərlik edənlər olub”.

Xatırladaq ki, Rövşən Əkbərovun təqsirləndirildiyi cinayət törədilən zaman Azərbaycanın Baş prokuroru Zakir Qaralov (2000-2020-ci illər) olub.

Vəkilin sözlərinə görə, indiki məqamda R.Əkbərova qarşı irəli sürülən ittihamlarla ona heç bir cəza verilə bilməz:

“Hətta bu ittihamlarla Azərbaycanın bugünkü reallıqlarında, məhkəmə hakimiyyətində onun məsuliyyətə cəlb edilməsi sual altındadır. Məhz buna görə istisna etmirəm ki, Rövşən Əkbərova əlavə ittihamlar irəli sürüləcək. Çünki indiki ittihamlarla ona cəza vermək mümkün olmayacaq”.

Əlavə ittihamların Rövşən Əkbərovun korpus komandiri kimi orduda xidmət zamanı yol verdiyi nöqsanlara görə verilməsinə gəlincə, C.Cavadov deyib ki, bu barədə heç nə deyə bilməz:

“İndi əlavə ittihamlar orduyla bağlı olacaq, yoxsa başqa cinayətlərlə, indiki məqamda mənim səsləndirəcəyim fikir yalnız fərziyyə ola bilər”.

Baş Prokurorluğun yaydığı məlumata görə, 1965-ci il təvəllüdlü Rövşən Əkbərovun əməlində 31 may 2001-ci il tarixdən 1 iyun 2001-ci il tarixə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat təxminən 2-3 radələrində həmin kafenin yaxınlığında Əliyev Elçin Fəday oğlu ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə Elçin Əliyevin ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək sonuncunun qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

"15 mart 2021-ci ildə Rövşən Əkbərov CM-in 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan edilib və Baş Prokurorluğun təqdimatına əsasən Bakı Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib”.

R.Əkbərov 2011-ci ildən orduda birlik komandiri vəzifəsini tutub.

İkinci Qarabağ müharibəsi müddətində onun adı heç bir döyüş əməliyyatında hallanmayıb və sonradan təltif edilənlər sırasında da olmayıb.

General Rövşən Əkbərov müdafiə naziri Zakir Həsənovun əmriylə ötən ay ordu sıralarından ehtiyata buraxılıb.
Bu gün, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Bu gün, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Bu gün, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Bu gün, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Bu gün, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Bu gün, 09:20
Diqqət: bu yollarda tıxac var
Bu gün, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Bu gün, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Bu gün, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Dünən, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Dünən, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Dünən, 10:27
Prezident qəbul keçirdi
Dünən, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Dünən, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Dünən, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Dünən, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Dünən, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Dünən, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Dünən, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Dünən, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ