Ermənilər PUA-ları kimdən alır? – Hərbi ekspert
Hadise
Oxunub: 403
8 avq 2020 | 17:51
Ermənilər PUA-ları kimdən alır? – Hərbi ekspert


Ermənilər pilotsuz uçuş aparatlarını Çin və Rusiya ilə yanaşı, Belarusdan da alırlar. Bizim həmin aparatları müəyyən etməyimiz çox asandır.

Bunu Musavat.com-a açıqlamasında ermənilərin daha bir PUA-sının Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən məhv edilməsinə münasibət bildirən hərbi ekspert Üzeyir Cəfərov deyib. O, təkcə Tovuz hadisələrindən bu günədək düşmənin 10 pilotsuz uçuş aparatının məhv edildiyini söyləyib.

“Avqustun 6-da ermənilərin daha bir pilotsuz üçan aparatı vuruldu. Bu, düşmənin növbəti primitiv addımıdır. Onlar həmin aparatı “pilotsuz uçuş aparatı” kimi təqdim edir. Amma elə də əhəmiyyətli aparatlar deyil. Azərbaycan HHQ iyul ayında Tovuz istiqamətində təxribatlar törədən zaman ermənilərin ən azı 10 pilotsuz üçuş aparatını məhv edib. Bu aparatların məhv edilməsi bizim HHQ üçün çox asandır. Sadəcə, ermənilər hər dəfə buna niyə cəhd edirlər, anlaya bilmirəm”, – deyə o qeyd edib.

Ü.Cəfərovun sözlərinə görə, ermənilərdə olan uçuş aparatları əsasən Rusiya istehsalıdır:

“Bizim vurduğumuz pilotsuz uçuş aparatları arasında Çin istehsalı olanlar da olub. HHQ-nin bu uçuş aparatlarını aşkar etməsi çox asandır, amma bizim İsraildən alınan pilotsuz uçuş aparatlarını müəyyən etmək çox çətin və hətta mümkünsüzdür. Ermənilər özləri də bunu dəfələrlə etiraf ediblər. Bu yaxınlarda ermənilərlə rusların birgə keçirdiyi hərbi təlimlərdə məhz pilotsuz üçan aparatlarının müəyyən edilməsi istiqamətində çalışıldı. Çünki ermənilər həm 2016-cı ildə, həm də 2020-ci ildə Tovuz istiqamətində çox əziyyət çəkdilər, texnika itirdilər. Tovuz hadisələrində bizim Hava Hücumundan Müdafiə qüvvələrimizin vurduğu pilotsuz təyyarə Rusiya şirkətinin istehsalı idi. Qanad açdığı eni 3,3 metr, uzunluğu isə 2.1 metr idi. Uçuş sürəti isə 85-115 km/saatdır. 130 kilometr dərinliyə nüfuz edərək 8 saat havada qala bilir. Son 5 ildə ermənilər bu şirkətdən pilotsuz uçuş aparatları alıblar. Bizim pilotsuz uçuş aparatlarının havada qalmaq imkanı on saatlarla ölçülür. Uzun məsafəyə nüfuz edə, daha yüksək mövqelərdən məlumatlar əldə etmək imkanlarına malikdir”.

Hərbi ekspert ermənilərin pilotsuz uçuş aparatları ilə bağlı daha bir maraqlı məlumat verib. Deyib ki, ermənilər Çin və Rusiya ilə yanaşı Belarusdan da bu cür aparatlar alıblar. Amma İsrail onlara pilotsuz uçuş aparatları satmayıb: “Belarusdan alınan aparatlar əsasən kənd təsərrüfatında və hərbi ilə bağlı olmayan sahələrdə istifadə olunmuş aparatlardır. Belə deyək ki, dronların bir az modernləşdirilmiş formasıdır. Üzərinə kameralar yerləşdirilir və onlayn qaydada kəşfiyyat xarakterli uçuşlar həyata keçirilir”.
Bu gün, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Bu gün, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Bu gün, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Bu gün, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Bu gün, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Bu gün, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Bu gün, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Bu gün, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Bu gün, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Bu gün, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Bu gün, 09:20
Diqqət: bu yollarda tıxac var
Bu gün, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Bu gün, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Bu gün, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Dünən, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Dünən, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Dünən, 10:27
Prezident qəbul keçirdi
Dünən, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Dünən, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO