İrəvan Bakını müharibəyə təhrik edir - TƏHLİL
Hadise
Oxunub: 332
25 in 2020 | 17:45
İrəvan Bakını müharibəyə təhrik edir - TƏHLİL


Azərbaycan özünün hərbi-döyüş potensialını mütəmadi şəkildə artırır. Əlbəttə ki, bu, dövlət siyasətidir və Dağlıq Qarabağ və ətrafındakı 7 rayon üzərində suverenliyimiz bərpa olunanadək, ərazi bütövlüyümüz tam təmin olunanadək, axırıncı köçkünümüz öz doğma yurduna qayıdanadək davam edəcək.

Müdafiə naziri Zakir Həsənov da bugünlərdə verdiyi müsahibədə bir daha bəyan elədi ki, silahlı qüvvələrimiz ərazilərimizi işğalçılardan təmizləməyə hazırdır. Hərbi nazir ordumuzun arsenalına qardaş Türkiyə hesabına tezliklə yeni və daha modern silahların və döyüş sistemlərinin daxil ediləcəyinin anonsunu da verdi. Bildirdi ki, Bakı Suriya və Liviya əməliyyatlarında özünü təsdiqləmiş Türkiyə pilotsuz aparatlarını (PUA) əldə eləmək niyyətindədir, bu yöndə işlər gedir və artıq konkret nəticələr də var.

*****

“Sırf hərbi cəhətdən götürsək, qeyd etmək lazımdır ki, Azərbaycan Ordusunun ümumi atəş gücü, kalibrli və artilleriya sistemləri baxımından imkanları rəqibindən ən azı ikiqat üstündür. Azərbaycan aviasiyası da daha yüksək səviyyədədir”.

Bu sözləri belaruslu hərbi mütəxəssisi, Rusiya Hərbi Elmlər Akademiyasının professoru Aleksandr Tixanski Azərbaycanın müdafiə naziri Zakir Həsənovun son açıqlamasını şərh edərkən deyib.

Hərbi ekspertin fikrincə, döyüş əməliyyatlarının uğuruna ən çox qoşunların döyüş effektivliyi və döyüş hazırlığı təsir göstərir ki, bu da öz növbəsində ordu və donanmanın komandanlığından asılıdır: “Azərbaycan Ordusunun döyüş hazırlığı və döyüş qabiliyyəti yüksək səviyyədədir. Eyni zamanda qarşıda duran hərbi hədəflərə nail olunması ilk növbədə operativ-strateji qərargah formatında tətbiq edilir. Bu baxımdan Azərbaycanın müdafiə nazirinin ”düşməni məğlub etmək üçün bütün imkanlarımız var və onlar bunu yaxşı bilirlər" mesajı heç bir şübhə yeri qoymur. Və əgər Azərbaycan Silahlı Qüvvələrinin hərbi strategiyası və taktikaları vahid formata keçərsə, bu, onların səmərəliliyinin artırılmasında keyfiyyət sıçrayışı olacaq. Qoşunların səriştəli rəhbərliyi və müvafiq planlaşdırma ilə ərazilərin azad edilməsinin həyata keçirilməsi Azərbaycan Silahlı Qüvvələri imkanları daxilindədir", - deyə ekspert bildirib.

*****

“Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir və buna tam hazırdır”.

Bu sözləri isə ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. Polkovnikin fikrincə, Silahlı Qüvvələrin əsas vəzifələrindən biri də Ermənistanın işğalı altında olan torpaqları azad etməkdir (Axar.az): “Müdafiə naziri, general-polkovnik Zakir Həsənov da çıxışında bildirdi ki, ordu Ali Baş Komandanın bununla bağlı əmrini yerinə yetirməyə hazırdır. Təbii ki, bu hazırlıq orduda aparılan islahatların nəticəsidir. Ona görə də cənab nazir çıxışında Azərbaycan Ordusunun bugünkü inkişafı və döyüşə hazır olması ilə bağlı kifayət qədər dəlillər gətirdi. Nazir eyni zamanda ordunun silahlanması, kadr potensialı və xidmət edən şəxsi heyətin ruh yüksəkliyindən danışaraq əsas məsələlərə diqqət çəkdi. Düşünürəm ki, Azərbaycan Ordusunun ildə bir neçə dəfə genişmiqyaslı təlimlər keçirməsi döyüş hazırlığının daim artırılmasına xidmət edir. Ordumuzun beynəlxalq təlimlərdə iştirakı və beynəlxalq yarışlarda finala çıxması göstərir ki, Silahlı Qüvvələrimizin döyüş ruhu və hazırlığı kifayət qədərdir”.

Polkovnikin sözlərinə görə, müdafiə naziri aparılan islahatlar və görülən işləri sadalayaraq Azərbaycan Ordusunun nəyə qadir olduğunu faktlarla sübuta yetirib: “Silahlı Qüvvələr döyüş potensialını daha da artırmaqla məşğuldur. Son ayda iki müasir hərbi hissənin açılışı da bunu deməyə əsas verir. Müasir tələblərə cavab verən hərbi hissələrin istifadəyə verilməsi döyüş hazırlığımızın artırılmasına hesablanıb. Bu gün hər hansı döyüş tapşırığını yerinə yetirməsi üçün şəxsi heyətin bütün təminatları var. Ona görə də cənab nazir çıxışı ilə həm Ali Baş Komandana, həm də cəmiyyətə bir daha məruzə etdi ki, Azərbaycan Ordusu hər an bütün əmrləri yerinə yetirməyə hazırdır”.

Ş.Ramaldanov Azərbaycan prezidentinin də ordunun döyüş hazırlığı haqqında yüksək fikirdə olduğunu bildirib: “Aprel hadisələrindən sonra cənab Prezident, Ali Baş Komandan İlham Əliyev çox gözəl ifadə işlətdi. Dedi ki, əgər Azərbaycanı və Ermənistanı təkbətək qoysalar, Azərbaycan Ordusu qısa vaxtda işğalçı ordunu darmadağın edib öz ərazi bütövlüyünü bərpa etməyə qadirdir. Bu gün Silahlı Qüvvələrimiz peşəkar ordular sırasındadır, beynəlxalq arenada yüksək nüfuza sahibdir. Məhz buna görədir ki, bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordular sırasında yer alır”.

*****

Əfsus ki, Ermənistanın indiki rəhbəri Nikol Paşinyan öz xalqını real sülhə hazırlamaq əvəzinə, sələfləri kimi, illüziyalarla yaşayır. Sülh prosesini absurd bəhanələr və təxribatçı bəyanatlarla əngəlləməyə davam edir. Bəzi analitiklərə görə, Paşinyanın bu davranışı həm də qəliz daxili siyasi vəziyyətlə bağlıdır.

“Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanı hərbi əməliyyatları bərpa etməyə təhrik edir. Müəyyən səbəblərdən Paşinyana Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatların bərpası sərfdir, çünki o anlayıb ki, Moskva onu öz tərəfdaşı qismində görmək istəmir. Siyasi gələcəyini xilas etmək üçün o, özünü Rusiyadan uzaqlaşdırmağa çalışmalıdır”.

“Yeni Müsavat”ın Minval.az-a istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistan baş nazirinin Dağlıq Qarabağ separatçılarının da iştirak etdiyi Ermənistan Təhlükəsizlik Şurasının iclasında təxribatçı açıqlamalarını şərh edərkən deyib.

Yada salaq ki, həmin toplantıda N. Paşinyan rəsmi Bakını Qarabağ tənzimlənməsində “güzəştə getməkdən” imtina eləməkdə suçlamış, Azərbaycana qarşı ittihamlarla çıxış etmişdi. Erməni baş nazir həmçinin hədələrə keçərək, hərbi qarşıdurmanın guya Azərbaycan üçün “dövlətçiliyin itirilməsinə” çevrilə biləcəyini iddia eləmiş, növbəti dəfə Dağlıq Qarabağ separatçılarının danışıqlarda iştirakının zəruriliyindən dəm vurmuşdu.

Zülfüqarovun sözlərinə görə, Paşinyana Rusiyanı Ermənistanın düşməninə kömək etməkdə ittiham etmək üçün Dağlıq Qarabağda hərbi əməliyyatların yenidən başlanması lazımdır.

“Paşinyan bütün uğursuzluqlarını Moskvanın adına yazacaq. Bu yeni məsələ deyil, çünki bu cür təxribat forması uzun müddətdir müşahidə olunur və həmişə Ermənistanın siyasi elitası daxili siyasi böhran yaşadığı dövrlərdə güclənir”, - deyə Zülfüqarov vurğulayıb və bu xüsusda az öncə Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın girov müqabilində həbsdən azad edilməsini xatırladıb. Ümumiyyətlə, Ermənistandakı siyasi vəziyyət olduqca mürəkkəbdir və buna görə təhlil etmək çox çətindir" - diplomat hesab edir.

Bundan əlavə, onun fikrincə, çox güman ki, Paşinyan köhnə fəndindən faydalanacaq və yenə də hələ ki onu dəstəkləyən Ermənistan ictimaiyyətindən kömək istəyəcək - hansı ki, onu hətta yerinə yetirilməmiş vədlərinə görə bağışlamağa da hazırdır. “Təbii ki, Qarabağ amili də var. Azərbaycan siyasətində də, Ermənistan siyasətində də bu faktor həmişə müəyyənedici rol oynayıb. Bu vəziyyətdə düşünürəm ki, Paşinyanın son çıxışı öz-özlüyündə açıq-aşkar həyasız və təxribatçı bir çıxışdır. Necə deyərlər, yaşayarıq, görərik. Ümumiyyətlə, bizim üçün perspektivləri qiymətləndirsək, Paşinyan düzgün istiqamətdə gedir. Ona və onun siyasi rəqiblərinə bir-biri ilə mübarizədə daha böyük uğurlar arzulayıram”, - deyə sabiq xarici işlər naziri əlavə edib.

*****

“Ermənistanda hansı qüvvə hakimiyyətə gəlirsə gəlsin, münaqişəni uzatmaqdan başqa heç nə etməyəcək”.

Bunu da Şair Ramaldanov Azərbaycan müdafiə nazirinin ordumuzun daha geniş ərazidə müharibə aparmağa hazır olması haqda fikirlərini şərh edərkən deyib.

“Azərbaycan Respublikasının haqqı var ki, öz tarixi torpaqlarını geri qaytarsın. Yəni bu gün münaqişə aktiv hərbi əməliyyatlar sferasına keçdiyi təqdirdə hədəf yalnız işğal olunan torpaqlar deyil, tarixi Azərbaycan torpaqları da ola bilər. Ermənistan müharibənin hələ nə olduğunu tam dərk edə bilmir”, - deyə o xəbərdarlıq edib.

Polkovnik bildirib ki, münaqişənin bu günə qədər olan tarixi prosesləri bizə bəzi reallıqları öyrədib: “Birincisi, Ermənistanda hansı qüvvə hakimiyyətə gəlirsə-gəlsin, mövcud münaqişəni uzatmaqdan başqa heç nə etməyəcək. Yəni Ermənistan bu işğalçı niyyətindən qətiyyən əl çəkməyəcək. İkincisi, son illər biz açıq şəkildə görürük ki, beynəlxalq qurumlar münaqişəni həll etmək, tənzimləmək iqtidarında deyil. Hətta Ermənistan bu qurumları belə saymır. Üçüncüsü, Dağlıq Qarabağda münaqişənin mövcud vəziyyətdə qalmasında maraqlı olan qüvvələr var. Lakin bir reallıq da var ki, mövcud vəziyyətlə Azərbaycan barışa bilməz. Nə Azərbaycan xalqı, nə də dövlət başçısı gözləmək niyyətindədir. Cənab Prezident bu məsələni dəfələrlə beynəlxalq tribunalarda deyib. Ermənistan rəhbərliyinə açıq xəbərdarlıq edib. Sadəcə, mövcud vəziyyətdə Azərbaycan son anadək diplomatik yolla münaqişənin tənzimlənməsinə çalışır. Lakin müharibə variantı da hər zaman aktualdır və bu yol Ermənistana heç sərf etməyəcək”.

Bir sözlə, “hərb, yoxsa sülh” seçimini həmişəki kimi işğalçı tərəf eləməlidir... //musavat.com//
Bu gün, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Bu gün, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Bu gün, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Bu gün, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Bu gün, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Bu gün, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Bu gün, 09:20
Diqqət: bu yollarda tıxac var
Bu gün, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Bu gün, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Bu gün, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Dünən, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Dünən, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Dünən, 10:27
Prezident qəbul keçirdi
Dünən, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Dünən, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Dünən, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Dünən, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Dünən, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Dünən, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Dünən, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO