Elinanın ölümü ilə bağlı YENİLİK
Hadise
Oxunub: 478
1 may 2019 | 14:43
Elinanın ölümü ilə bağlı YENİLİK















İntihar edən 14 yaşlı Elina Hacıyevanın anası Sevil Hacıyevaya ödənişsiz yardım göstərmək haqda müqavilə bağlayan vəkillər və nümayəndələr Azər Nağıyeva, Sevinc Əliyeva və Emin İsayev prosesə cəlb olunublar.

Vəkillərin News24.az-a verdiyi məlumata görə, onlar 23.04.2019-cu il tarixdə intihar edən Elina Hacıyevanın hüquqi varisi Sevil Hacıyevanın hüquqlarının və qanuni maraqlarının müdafiəsini üzərlərinə götürərək hadisə ilə bağlı məlum olan bütün hallar, onu narahat edən məqamlar barədə ətraflı söhbət ediblər: “Bundan sonra Bakı şəhər Prokurorluğu tərəfindən zərər çəkmişin hüquqi varisinin vəkilləri və nümayəndələri kimi prosesə cəlb olunmuşuq. Hazırda Bakı şəhər Prokurorluğu tərəfindən Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma), 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə açılmış cinayət işi üzrə ibtidai istintaq aparılır”.

Qeyd edək ki, ibtidai istintaqın aparılması müstəntiq E.Cəlilova həvalə olunub.

Vəkillər bildiriblər ki, sözügedən cinayət işi ilə bağlı15 aprel 2019-cu il tarixdə 162 nömrəli məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 və 314.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub: “Bakı şəhəri Səbail rayon məhkəməsinin 16 aprel 2019-cu il tarixli qərarı ilə onun barəsində ev dustaqlığı qəti-mkan tədbiri seçilib. Elinaın ölümündə digər şəxslərin, o cümlədən, ona tibbi yardım göstərən həkimlərin təqsirinin olub-olmaması məsələsinə gəlincə, deyək ki, ibtidai istintaq orqanından bu istiqamətdə araşdırmaların davam etdiyi bildirilib. Belə ki, cinayət işi üzrə Elina Hacıyevanın ölümünün səbəbi və müddəti, təcili tibbi yardım xidmətinə vaxtında müraciət olunub-olunmaması, E.Hacıyevaya həkim briqadası tərəfindən yerində və xəstəxanada lazımi tibbi yardımın göstərilib-göstərilməməsi, müayinə və müalicənin diaqnoza uyğun qaydada aparılıb-aparılmaması, onun xəstəxanaya gec çatdırılması (bu fakt danılmazdır) ilə ölümü arasında səbəbli əlaqənin olub-olmaması və sair əhəmiyyət kəsb edən halların aydınlaşdırılması üçün komisyon məhkəmə-tibb ekspertizası təyin edilib. Müstəntiq bildirib ki, ekspert rəyindən həkimlərin məsuliyyət məsələsi də aydınlaşacaq”.

Vəkillər onu da bildiriblər ki, ekspert rəyi ilə tanış olduqdan sonra onun obyektivliyi barədə fikrlərini də geniş şəkildə bildirəcəklər: “Bu rəyin dolğun olması və həqiqəti əks etdirməsi iş üzrə mühüm əhəmiyyət kəsb edir! Hazırda cinayət işi üzrə Bakı şəhər Prokuroluğu tərəfindən istintaq-əməliyyat tədbirləri davam etdirilir. Əksər məlumatlar vəkil və istintaq sirrinə aid olduğundan hələ ki, onlar barədə açıqlama verə bilmirik. Amma söz veririk ki, iş üzrə ədalətin bərqərar olması və Elinanın faciəvi ölümündə təqsirkar şəxslərin qanun çərçivəsində məsuliyyətə cəlb edilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik!”

Hüquq mühafizəçiləri onu da qeyd edib ki, Vəkillər Kollegiyasının sədri Anar Bağırov hər gün onlarla əlaqə saxlayaraq işin gedişatı ilə maraqlanır, hər hansı qanunsuz halla rastlaşdiqları təqdirdə dərhal bu barədə ona məlumat vermələrini tələb edib.

Onu da deyək ki, intihar edən şagirdin atası Ədalət Hacıyev News24.az-a açıqlamasında istintaqın gedişi ilə bağlı dolğun məlumat ala bilməməsindən narahatlığını bildirib.
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Dünən, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Dünən, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Dünən, 10:27
Prezident qəbul keçirdi
Dünən, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Dünən, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Dünən, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Dünən, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Dünən, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Dünən, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Dünən, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Dünən, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ
Dünən, 09:15
Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - YENİLƏNİB - FOTO
Dünən, 09:09
Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır
Dünən, 09:00
“Kilsə qiyamı” Qərbi Bakıya “qaçırır”: ABŞ, Avropa Birliyi və Fransa indi yalnız Azərbaycana möhtacdır
13-05-2024, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
13-05-2024, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
13-05-2024, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
13-05-2024, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
13-05-2024, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
13-05-2024, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq