DİN “Porsche” ilə qəza törədən gəncin atasını nəzarətə götürdü - Rəisi yoxlayırlar
Hadise
Oxunub: 714
21 iy 2017 | 10:34
DİN “Porsche” ilə qəza törədən gəncin atasını nəzarətə götürdü - Rəisi yoxlayırlar
















Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb

Aztb.info DİN-ə istinadən həmin məlumatı təqdim edir:

"19 iyul 2017-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu ərazisində 1 nəfər piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi faktı üzrə həmin tarixdə Sabunçu rayon polis idarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Hadisə baş verdikdən dərhal sonra yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə, avtomobillərə, meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin olunub, yol-nəqliyyat hadisəsinin iştirakçısı olmuş avtomobillərin sürücüləri dindirilib, sərxoş olub-olmamalarını müəyyən etmək üçün tibbi müayinədən keçirilib, hadisə yerində olan Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin kameralarının görüntüləri götürülüb və digər istintaq hərəkətləri icra olunub.

Aparılmış təxirəsalınmaz ilkin ibtidai istintaq hərəkətləri nəticəsində müəyyən edilib ki, 19 iyul 2017-ci il tarixdə, saat 00:50-də Həsən Həsənovun idarə etdiyi "Mercedes-Benz 208D” markalı mikroavtobusla Sabunçu qəsəbəsindəki Heydər Əliyev prospekti ilə Beynəlxalq Hava Limanı istiqamətində hərəkətdə olarkən prospektin həmin hissəsində yerüstü piyada keçidi olduğu halda prospekti keçid olmayan yerdən orta dərəcəli sərxoş vəziyyətdə keçmək istəyən piyada - Göyçay rayon sakini Mirmehdi Musayevi avtomobilin sol yan güzgüsü ilə vuraraq onunla eyni istiqamətdə hərəkətdə olan Əhəd Kərimovun idarə etdiyi "Porsche Cayenne” markalı avtomobilin hərəkət yoluna atıb və avtomobil piyadanın üzərindən keçib. M.Musayev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Bundan sonra hər iki avtomobilin sürücüsü dayanaraq hadisə yerini tərk etməyiblər.

İstintaqla müəyyən edilib ki, mikroavtobusun sürücüsü Həsən Həsənov fərdi qaydada sərnişin daşınması fəaliyyəti ilə məşğul olur, sürücülük hüququ vardır, avtomobili idarə edərkən sərxoş vəziyyətdə olmayıb.

Bundan başqa, müəyyən edilib ki, "Porsche Cayenne” markalı avtomobilin sürücüsü Əhəd Kərimov paytaxtdakı şirkətlərdən birində menecer vəzifəsində çalışır, atası - Şirvan şəhər polis şöbəsinin Təhqiqat bölməsinin rəisi Hikmət Kərimov ilə anasının nikahları 1994-cü ildə rəsmi qaydada pozulub, Əhəd Kərimov isə həmin vaxtdan Bakı şəhərində dayısının himayəsində yaşayır. Ə.Kərimovun sürücülük hüququ vardır, avtomobili idarə edərkən sərxoş vəziyyətdə olmayıb, idarə etdiyi "Porsche Cayenne” markalı avtomobili bu il internet vasitəsilə verilmiş elan üzrə Bakı şəhərində alıb.

Şirvan şəhər polis şöbəsinin Təhqiqat bölməsinin rəisi Hikmət Kərimovun qeyd olunan avtomobilin alınmasında hər hansı formada rolunun, maliyyə dəstəyinin, qanunazidd hərəkətlərinin olub-olmamasını müəyyən etmək üçün Daxili İşlər Nazirliyində xüsusi xidməti yoxlama təyin edilib.

Cinayət işi üzrə ibtidai istintaqın tam, hərtərəfli və obyektiv aparılmasını təmin etmək məqsədi ilə istintaqın davam etdirilməsi Baş prokurorun 20 iyul 2017-ci il tarixli qərarı ilə Bakı şəhər prokurorluğunun İstintaq idarəsinə həvalə edilib və cinayət işi Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun rəhbərliyinin xüsusi nəzarətinə götürülüb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir, təqsiri olan hər bir şəxsin qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi təmin olunacaq”.
Dünən, 16:00
Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
Dünən, 15:30
Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
Dünən, 14:14
Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?
Dünən, 14:05
“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik
Dünən, 13:55
Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR
Dünən, 12:07
Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ
Dünən, 12:04
Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
Dünən, 12:00
Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
Dünən, 11:55
Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
Dünən, 11:46
Son Dəqiqə! Buğda ehtiyatlarımız azaldı
Dünən, 11:42
“Bakıya Baş nazirin tapşırığına əsasən gəlmişəm” - Hindistanlı nazir
Dünən, 11:38
Ceyhun Bayramov Subrahmanyam Cayşankarı belə qarşıladı - FOTO
Dünən, 11:35
Prezident Hindistanın XİN başçısını qəbul etdi - FOTOLAR
Dünən, 11:31
Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
Dünən, 11:28
Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir
Dünən, 10:48
Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
Dünən, 09:43
Zelenski müsahibə zamanı ağladı
Dünən, 09:28
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
Dünən, 09:22
Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
Dünən, 09:00
Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...
22-10-2026, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
22-10-2026, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
22-10-2026, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
22-10-2026, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
22-10-2026, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
22-10-2026, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
22-10-2026, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib