Akif Çovdarov zərərçəkmiş şəxsi təhqir etdi: "Qələt edir, mən pul görməmişəm"

Sabunçu Rayon Məhkəməsində ləğv edilmiş MTN-in generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib
Hakim H.Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş İlqar Aşurbəyovun epizodu üzrə dinləmələr olub.
Məhkəmədən sonra açıqlama verən A.Çovdarovun vəkili Kamandar Nəsibov deyib ki, İlqar Aşurbəyovun epizodu üzrə keçmiş MTN əməkdaşları ifadə veriblər. Onlar İ.Aşurbəyovun A.Çovdarova pul verdiyini təsdiq etməyiblər və xatırlamadıqlarını deyiblər.
Vəkilin dediyinə görə, İ.Aşurbəyov deyib ki, "Mən o vaxt oruc idim, yalan deyə bilməzdim".
"Biz də araşdırdıq ki, bu hadisə orucluqdan 2 ay əvvəl olub" - deyə vəkil qeyd edib.
A.Çovdarov isə məhkəmədə İ.Aşurbəyovdan pul almadığını deyib: "Qələt edir, mən pul görməmişəm, bu adamla görüşməmişəm, pul da almamışam".
Vəkilin bildirdiyinə görə, Əbil Vəzirov epizodu üzrə danışan Çovdarov deyib ki, oktyabrın 15-də axşam Xayt Mixayıl saxlanılıb, səhəri gün də prokurorluğa təhvil verilib: "İşi prokurorluq aparırdı, bütün qərarları da onlar verirdi. Onun cinayət işinə də prokurorluq xitam verib. O adamdan pul alıblarsa, prokurorluqda alıblar. O iş mənim əlimdə cəmi 2 saat olub. Mən pulu da götürüb, adamı da istintaqa təhvil vermişəm? Bu, necə olur? Bu işlə bağlı bütün addımlar prokurorluğun əməliyyat tapşırığına əsasən atılıb. Bizim əməllərimiz nəticəsində kimsə zərər çəkibsə, deməli prokurorluq günahkardır. Biz tapşırıqları icra etmişik".
Kamandar Nəsibov A.Çovdarovun köməkçisi Rövşən Ədilovun məhkəmədə dedikləri haqda bunları söyləyib: "O, dedi ki, istintaqda dindirilən zaman ona hədə-qorxu gələrək pul tələb ediblər. Ona ifadəni zorla imzalatdırıblar. Ədilov bildirdi ki, Aşurbəyov da yanında oturub. Onunla söyüşüb, dalaşıblar".
Vəkil qeyd edib ki, R.Ədilov çıxışına bunları əlavə edib: "Mənə təzyiq etdilər, pul tələb elədilər. Pul vermədiyimi demirəm, amma bu barədə danışmaq istəmirəm. Dedilər səni tutduracağıq. Mən ordan canımı qurtarmaq üçün heç nəyə baxmadan imzalayıb çıxdım".
Məhkəmə prosesi iyulun 5-də davam etdiriləcək.
Qeyd edək ki, Akif Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb. (Musavat.com)
Dünən, 16:00
Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
Dünən, 15:30
Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
Dünən, 14:14
Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?
Dünən, 14:05
“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik
Dünən, 13:55
Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR
Dünən, 12:07
Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ
Dünən, 12:04
Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
Dünən, 12:00
Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
Dünən, 11:55
Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
Dünən, 11:46
Son Dəqiqə! Buğda ehtiyatlarımız azaldı
Dünən, 11:42
“Bakıya Baş nazirin tapşırığına əsasən gəlmişəm” - Hindistanlı nazir
Dünən, 11:38
Ceyhun Bayramov Subrahmanyam Cayşankarı belə qarşıladı - FOTO
Dünən, 11:35
Prezident Hindistanın XİN başçısını qəbul etdi - FOTOLAR
Dünən, 11:31
Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
Dünən, 11:28
Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir
Dünən, 10:48
Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
Dünən, 09:43
Zelenski müsahibə zamanı ağladı
Dünən, 09:28
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
Dünən, 09:22
Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
Dünən, 09:00
Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...
22-10-2026, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
22-10-2026, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
22-10-2026, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
22-10-2026, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
22-10-2026, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
22-10-2026, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
22-10-2026, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib