“Yol terroru”nda övladları qatil olub həbsə düşməyən məmurlar kimlərdi? - Şok siyahı
Hadise
Oxunub: 7 517
3 iy 2017 | 00:39
“Yol terroru”nda övladları qatil olub həbsə düşməyən məmurlar kimlərdi? - Şok siyahı















Azərbaycanda məmur övladlarının yol qəzalarında insan faciəsinə səbəb olmaları normaya çevrilir; Onların cəzasız qalması, həbs olunmaması məmurlarda və uşaqlarında arxayınlıq yaradır...

Bu günlərdə bir lənkəranlı avtobus sürücüsünün kiçik bir qəzaya görə həbs təhlükəsi ilə üzləşməsi bu məsələni yenidən aktuallaşdırdı.

Kimsəsiz sürücü vəzifəli bir şəxsin anasınna yüngülcə toxunsa da, şoferdən əl çəkmirlər, pulunu alıb özünü həbsə salmaq istəyirlər.

Hərçənd ki, nə ağır xəsarət var, nə də ölüm faktı. Söhbət İltimas Lətifov adlı marşrut sürücüsündən gedir. Ancaq indiyə qədər onlarla məmur oğlu bahalı maşınla adam öldürüblər.

Məsələn, Tərtərin icra başçısının müavini olmuş Vidadi Bəylərovun oğlu Elxan Bəylərli, Nəsimi icra başçısı Asif Əsgərovun oğlu İlham Əsgərli, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin keçmiş sədr müavini Mübariz Mədətovun oğlu Xalid, iş adamı Fizuli Fərəcovun 16 yaşlı oğlu Ağaəli Fərəcov yol qəzasında insan həyatına son qoyublar. Amma nə həbs ediliblər, nə də ağır cəza çəkiblər.

Təkcə X.Mədətov olub ki, onu da xalq artistinin nəvəsini və arvadını öldürdüyü üçün həbsə salıb, sonra əfvlə azadlığa buraxıblar.

Hökumətin iclaslarından birində dövlət başçısı xəbərdarlıq etmişdi ki, məmur övladları qudurğanlıq etdikdə özləri cəza almaqla yanaşı ataları da işdən çıxarılacaq. Bu, reallıqda da belə oldu.

Ulus.Az xəbər verir ki, Nəsimi icra başçısının oğlu səhhəti ilə əlaqədar ev dustaqlığına buraxıldı, milyonçunun 16 yaşlı oğlu qanunla həbsə getmir və təlim-tərbi müəssisəsinə göndərilir və bu faktlar başqa oliarx-məmur övladlarında arxayınlıq yaradır.

Bundan başqa, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun kiçik oğluqəza törətməklə mətbuat səhifələrinə düşüb. Hadisə Pambıq Zavodunun qarşısında baş verib.

Atasının xidməti 54 AA 001 nömrə nişanlı "Prado" avtomobilini idarə edən oğul İsmayılov birdən-birə iki "VAZ 06" markalı "jiquli"ni əzib. Maşınlardan biri yararsız hala düşüb. Zədələnən "Jiquli"lərdə həmin vaxt adam olmayib. Onlar yaxınlıqdakı aptekdə imiş.

"Dövlətqaçqınkom"un Ağdam şöbəsinin müdiri Qabil İbadovun oğlu yol qəzası törədib. Onun idarə etdiyi "Mersedes" markalı maşın KAMAZ-la toqquşub. Ötmə zamanı baş verən hadisədə günahın məmur oğlunda olduğu bildirilir.

Hətta bunu özünün Facebook profilində də qeyd edən həmin gənc təsdiq edib ki, hadisə avtoxuliqanlıq etdiyi zaman reallaşıb və günah da özündə olub.
Dünən, 16:00
Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
Dünən, 15:30
Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
Dünən, 14:14
Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?
Dünən, 14:05
“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik
Dünən, 13:55
Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR
Dünən, 12:07
Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ
Dünən, 12:04
Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
Dünən, 12:00
Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
Dünən, 11:55
Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
Dünən, 11:46
Son Dəqiqə! Buğda ehtiyatlarımız azaldı
Dünən, 11:42
“Bakıya Baş nazirin tapşırığına əsasən gəlmişəm” - Hindistanlı nazir
Dünən, 11:38
Ceyhun Bayramov Subrahmanyam Cayşankarı belə qarşıladı - FOTO
Dünən, 11:35
Prezident Hindistanın XİN başçısını qəbul etdi - FOTOLAR
Dünən, 11:31
Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
Dünən, 11:28
Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir
Dünən, 10:48
Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
Dünən, 09:43
Zelenski müsahibə zamanı ağladı
Dünən, 09:28
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
Dünən, 09:22
Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
Dünən, 09:00
Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...
22-10-2026, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
22-10-2026, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
22-10-2026, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
22-10-2026, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
22-10-2026, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
22-10-2026, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
22-10-2026, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib