DTX gömrük rəisini həbs etdi
Hadise
Oxunub: 960
1 iy 2017 | 10:54
DTX gömrük rəisini həbs etdi

















Azərbaycan-Gürcüstan sərhədindəki Sadaxlı Gömrük Postunun rəisi Mehmandar Həsənov saxlanılıb

Onun iş yerində, maşınında və evində axtarış aparılıb. Verilən məlumatlara görə, əməliyyatı Dövlət Təhlükəsilzik Xidmətinin əməkdaşları gerçəkləşdirib. İddia olunur ki, M.Həsənovun maşınından 100 min, Ağstafadakı evindən isə 800 min dollar götürülüb. Əməliyyat zamanı gömrük postunun rəisi ilə yanaşı, bir neçə qaçaqmalçı da saxlanılıb. Həmin şəxslərin mütəmadi olaraq Azərbaycandan Gürcüstana və geriyə qaçaqmal daşıdıqları, əsasən ölkədən böyük məbləğlərin çıxarılması ilə məşğul olduqları haqda məlumatlar var.

M.Həsənovun həmin şəxslərə dəstək verdiyi haqda çox ciddi məlumatlar olduğundan məsələ araşdırılıb və əməliyyatın gerçəkləşdirilməsi qərarı verilib. Əməliyyat zamanı M.Həsənovla yanaşı, 4 şəxs də tutulub. Həmin şəxslərin Gəncə sakinləri olduqları da bildirilir. Hazırda M.Həsənov istintaqa cəlb olunsa da, barəsində həbslə əlaqəli olmayan tədbir seçilib. 4 Gəncə sakini isə həbsdədir. Tutulanlar ölkədən külli miqdarda pul vəsaitlərini - əsasən dollar şəklində çıxarıb və ölkəyə qaçaq yolla mobil telefon, psixotrop maddələr daşıyıblar. Ağstafada dolaşan söhbətlərdən belə aydın olur ki, M.Həsənov ona etibar edilən postdan tez-tez öz şəxsi maraqları üçün istifadə edib. Onun tapşırığı əsasında istənilən maşın heç bir yoxlama aparılmadan Gürcüstan ərazisinə adlaya bilib. Gürcüstan tərəfindəki postdan belə həmin maşınların yoxlamasız keçməsini M.Həsənov təmin edə bilirmiş. İddialara görə, M.Həsənovun özünün xüsusi maşınları olub. Həmin maşınlar Gürcüstana və geriyə heç bir yoxlamadan keçmədən sərbəst hərəkət edə bilirmiş. Həmin maşınlar vasitəsilə daşınınların nədən ibarət olmasını istintaq araşdırır.

Qeyd edək ki, 2013-cü ilin sentyabrında Gürcüstan-Ermənistan sərhədindəki Sadaxlı gömrük-buraxılış məntəqəsinin rəisi Kaxaber Musenidze saxlanılmışdı. Məntəqə rəisi Kaxaber Musenidze vəzifəsindən sui-istifadə ittihamı ilə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq İdarəsinin əməkdaşları tərəfindən tutulmuşdu. Həmin dövrdə yayılan məlumatlarda bildirilirdi ki, istintaq nəticəsində gömrük-buraxılış məntəqəsinin növbə rəisi Kaxa Arçvadze də cinayət məsuliyyətinə cəlb edilib. “İstintaqın gedişi zamanı məlum olub ki, 2013-cü il sentyabrın 21-də Sadaxlı gömrük-buraxılış məntəqəsinin rəisi Kaxaber Museridzenin tapşırığı ilə məntəqənin növbə rəisi Kaxa Arçvadze vəzifəsinin icrası zamanı müvafiq gömrük və baytarlıq sənədləri olmadan satış məqsədilə müxtəlif növ dekorativ quşlar yüklənmiş və ümumi dəyəri 10 min 103 lari (6 min dollara qədər) olan, iş adamına məxsus avtomobili gömrük yoxlama və nəzarəti olmadan buraxıb”, deyə nazirliyin məlumatında bildirilirdi.

Qeyd edək ki, M.Həsənov YAP-ın Siyasi Şurasının üzvü Məlahət İbrahimqızının (Həsənova) qardaşıdır.

Xəbərlə bağlı rəsmi mövqeləri də öyrənməyə çalışırıq. (musavat.com)
Dünən, 16:00
Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
Dünən, 15:30
Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
Dünən, 14:14
Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?
Dünən, 14:05
“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik
Dünən, 13:55
Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR
Dünən, 12:07
Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ
Dünən, 12:04
Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
Dünən, 12:00
Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
Dünən, 11:55
Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
Dünən, 11:46
Son Dəqiqə! Buğda ehtiyatlarımız azaldı
Dünən, 11:42
“Bakıya Baş nazirin tapşırığına əsasən gəlmişəm” - Hindistanlı nazir
Dünən, 11:38
Ceyhun Bayramov Subrahmanyam Cayşankarı belə qarşıladı - FOTO
Dünən, 11:35
Prezident Hindistanın XİN başçısını qəbul etdi - FOTOLAR
Dünən, 11:31
Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
Dünən, 11:28
Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir
Dünən, 10:48
Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
Dünən, 09:43
Zelenski müsahibə zamanı ağladı
Dünən, 09:28
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
Dünən, 09:22
Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
Dünən, 09:00
Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...
22-10-2026, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
22-10-2026, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
22-10-2026, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
22-10-2026, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
22-10-2026, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
22-10-2026, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
22-10-2026, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib