Fərhad Əliyev yola getmədiyi oliqarx-nazirlərin hədəfində - Şok detallar
Hadise
Oxunub: 939
15 may 2017 | 09:51
Fərhad Əliyev yola getmədiyi oliqarx-nazirlərin hədəfində - Şok detallar

















Azərbaycanın keçmiş iqtisadi inkişaf naziri, 2005-ci ildə həbs olunan və 8 il sonra əfvlə azadlığa çıxan Fərhad Əliyev Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “Alco Lubricant Company” şirkətinin sahibidir...

Keçmiş nazir Bakıya dönüb və işinin başına keçib. Onun ölkəmizdə fəaliyyətinə şərait yaradılması üçün Ərdoğanın Azərbaycan prezidentindən xahiş etdiyi xəbərləri var.

Lakin eks-nazir vəzifədə olduğu dövrdə özünə çoxlu düşmənlər qazanmışdı. Onların F.Əliyevə münasibətinin dəyişib-dəyişmədiyi bəlli deyil.

Çünki bəzi nazirlər keçmiş həmkarları ilə elə o dönəmdən yola getmirdilər. Nəzərə almaq lazımdır ki, həmin nazirlərin F.Əliyevlə maraqları məhz merkantil müstəvidə toqquşurdu.

Zavodun investisiya dəyəri 10 milyon manatdır və orada ildə 30 min ton sürtkü yağı istehsal etməsi nəzərdə tutulur.

Şirkət 2016-cı il mayın 5-də yaradılıb, bundan 45 gün sonra Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib və investisiya təşviqi sənədi ilə təmin edilib.

Bu sənədə görə, şirkət əmlak və torpaq vergisindən tam, mənfəət vergisindən əlli faiz azad olunub.

Bundan əlavə şirkət xaricdən gətirəcəyi avadanlıq və istehsal təyinatlı texnologiyalara görə gömrük vergisindən də tam azad olunub. Zavodun bu ilin ikinci yarısında fəaliyyətə başlaması planlaşdırılır.

Ulus.Az-ın xəbərinə görə, keçmiş nazirin həbsində və “vurulmasında” vaxtilə bəzi nazirlərin rolu olmuşdu.

Onların monopoliya maraqları və inhisarçılıq siyasətinə zidd fəaliyyət göstərmiş F.Əliyev tez bir zamanda “akula”ların qurbanına çevrildi. Sabiq nazir siyasi və iqtisadi hakimiyyətin kluarlarında rəqiblərinə qarşı tab gətirə bilməmişdi.

İndi həmin nazirlərin onunla yola gedib-getməyəcəyi qeyri-müəyyəndir. Fakt isə budur ki, onun Bakıya gəlişi və zavodunun işə başlaması, ölkə rəhbərliyi tərəfindən “yaşıl” işıq yandırılması bəzi nazirlərin ürəyincə deyil.

Belə görünür ki, Fərhad Əliyev əfv olunandan sonra vaxtilə yığdığı kapitalın da reabilitasiyası üçün siyasi razılıq alıb.

Məlumdur ki, Əliyev qardaşları hələ 90-cı illərin əvvəllərindən Moldova bizneslə məşğul olublar, daha sonra Azərbaycanda öz bizneslərini inkişaf etdiriblər.

Fərhad Əliyevin nazir təyin olunması Əliyev qardaşlarının biznes imperiyasının daha da böyüməsinə şərait yaradıb. Lakin Fərhad Əliyev həbs olunandan sonra onların akivlərinin bir çoxu əllərindən alınmışdı.

Bununla belə şübhə yox idi ki, biznes işlərində və çirkli pulların leqallaşdırılmasında kifayət qədər məharət sahibi olan Əliyev qardaşları hansısa offşor zonalarda kapitallarının bir qismini gizlədə biliblər.

Və Fərhad Əliyev və qardaşı, “Azpetrol”un keçmiş rəhbəri Rafiq Əliyev həbsdən buraxılandan sonra həmin kapitalı xarici ölkələrə yatırmağa başlamışdılar.

İndi isə Əliyev qardaşlarına şərait yaradılıb və təminat verilib ki, kapitallarını Azərbaycanda da leqallaşdırsınlar, investisiya yatırsınlar.
Dünən, 16:00
Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
Dünən, 15:30
Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
Dünən, 14:14
Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?
Dünən, 14:05
“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik
Dünən, 13:55
Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR
Dünən, 12:07
Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ
Dünən, 12:04
Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
Dünən, 12:00
Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
Dünən, 11:55
Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
Dünən, 11:46
Son Dəqiqə! Buğda ehtiyatlarımız azaldı
Dünən, 11:42
“Bakıya Baş nazirin tapşırığına əsasən gəlmişəm” - Hindistanlı nazir
Dünən, 11:38
Ceyhun Bayramov Subrahmanyam Cayşankarı belə qarşıladı - FOTO
Dünən, 11:35
Prezident Hindistanın XİN başçısını qəbul etdi - FOTOLAR
Dünən, 11:31
Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
Dünən, 11:28
Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir
Dünən, 10:48
Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
Dünən, 09:43
Zelenski müsahibə zamanı ağladı
Dünən, 09:28
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
Dünən, 09:22
Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
Dünən, 09:00
Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...
22-10-2026, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
22-10-2026, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
22-10-2026, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
22-10-2026, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
22-10-2026, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
22-10-2026, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
22-10-2026, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib