Azərbaycanlı əsirlərin saxlanıldığı yer tapıldı
Hadise
Oxunub: 1 186
11 may 2017 | 13:06
Azərbaycanlı əsirlərin saxlanıldığı yer tapıldı

















Ermənilər Kəlbəcərdəki qızıl yataqları və mədən işlərində bizimkilər işlətməklə yanaşı, həm də olmazın işgəncə verirlər

Qarabağ döyüşlərində 4000-dən artıq azərbaycanlının itkin düşdüyünə dair məlumatlar rəsmi qaynaqlar tərəfindən də təsdiqlənir. Amma erməni tərəfi heç bir şəkildə əllərində azərbaycanlı əsir olduğunu qəbul etmirlər. Lakin bu yaxınlarda üzə çıxan bir fakt erməniləri çətin vəziyyətə salıb.

Bu yaxınlarda işğal altında olan torpaqlarımıza səfər etmiş qonşu ölkələrdən birinin vətəndaşları əsir azərbaycanlıların işlədildiyi məkanı aşkarlayıb. Daxil olan məlumatlara görə, həmin şəxslər təsadüfən Kəlbəcərdə olublar və Zod kəndi yaxınlığındakı əraziləri gəziblər. Həmin vaxt oradakı mədənlərdə işləyən, çəlimsiz, yarı ac, səfil gündə xeyli sayda adam görüblər.

Tikanlı məftillərlə əhatələnmiş ərazidə işgəncələrə məruz qalan işləyənlərin kimliyini soruşduqda isə heyrətə gəliblər. Onlara bələdçilik edən erməni bildirib ki, Zod qızıl yataqları və digər mədənlərdə çalışanlar azərbaycanlı əsirlərdir. «Onların bir dəri, bir sümüyü qalmışdı. Erməni əsgərlər onlarla vəhşi kimi davranırdılar. İnsanın gücü çatmayan işlərə vadar edirdilər. Döyürdülər, təhqir edirdilər və sair. Həmin mənzərəni görəndə dəhşətə gəlmişdik. Erməni bələdçi bizə dedi ki, onlar azərbaycanlılardır. Qarabağ müharibəsi zamanı əsir düşüblər. İndi isə ən ağır fiziki işlərdə işlədilirlər».

JAM.AZ-a danışan həmin şəxslər daha sonra qeyd ediblər ki, əsir azərbaycanlılara gün ərzində bir dəfə yemək verirlər. Onların arasında qadınlar və uşaqların olduğunu da bildirən mənbə vurğulayıb ki, əsirlərin ölməməsinə təəccüb ediblər. «Biz 15-20 dəqiqə onların necə işlədildiyini, hansı işgəncələrə məruz qaldığını uzaqdan da olsa müşahidə elədik. Bu şərtlər daxilində onların həyatda qalmaları bizim üçün inanılmaz idi. O işgəncələr ki, onlara verilirdi, buna insan dözməzdi. Amma görünür, fiziki imkanları bu vəziyyətə dözməyə imkan verib ki, bu illər ərzində sağ qala biliblər».

Erməni bələdçi isə Qarabağda olan həmin şəxslərə digər mətləblərdən də bəhs edib. O bildirib ki, əsir azərbaycanlıların bir qismi Kəlbəcərdə saxlanılır. «Bizə dedi ki, İrəvanda, Leninakanda, Gümrüdə də əsir azərbaycanlılar az deyil. Onlardan əsasən ağır fiziki işlərdə istifadə olunur. Təəssüf ki, fotoşəkillər çəkməyə imkan vermədilər. Yoxsa, gördüklərimizi lentə alıb, bütün dünyaya yayardıq».

Xatırladaq ki, hələ bir müddət əvvəl də Gürcüstana turist kimi gəlmiş bir neçə erməni Ermənistanda və Qarabağda xeyli sayda azərbaycanlı əsirlərin olduğu barədə məlumat vermişdilər. Lakin onlar əsirlərin saxlanıldığı ünvanları konkret olaraq deməkdən çəkinmişdilər.(jam.az)
Dünən, 16:00
Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
Dünən, 15:30
Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
Dünən, 14:14
Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?
Dünən, 14:05
“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik
Dünən, 13:55
Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR
Dünən, 12:07
Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ
Dünən, 12:04
Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
Dünən, 12:00
Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
Dünən, 11:55
Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
Dünən, 11:46
Son Dəqiqə! Buğda ehtiyatlarımız azaldı
Dünən, 11:42
“Bakıya Baş nazirin tapşırığına əsasən gəlmişəm” - Hindistanlı nazir
Dünən, 11:38
Ceyhun Bayramov Subrahmanyam Cayşankarı belə qarşıladı - FOTO
Dünən, 11:35
Prezident Hindistanın XİN başçısını qəbul etdi - FOTOLAR
Dünən, 11:31
Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
Dünən, 11:28
Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir
Dünən, 10:48
Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
Dünən, 09:43
Zelenski müsahibə zamanı ağladı
Dünən, 09:28
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
Dünən, 09:22
Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
Dünən, 09:00
Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...
22-10-2026, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
22-10-2026, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
22-10-2026, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
22-10-2026, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
22-10-2026, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
22-10-2026, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
22-10-2026, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib