''Anası qızı ilə maraqlanmayıb, indi gəlib ki, pul verin...'' - Biznesmen oğlunun öldürdüyü qızın ailəsi arasında ''qanpulu'' davası

Bakıda biznesmenin 14 yaşlı ərköyün oğlunun “Porcshe Magnum” markalı ciplə yüksək sürətlə hərəkətdə olarkən vurub öldürdüyü, 2 azyaşlı uşaq anası olan qadının meyiti hələ də ortalıqdadır. Çünki ailənin meyiti qadının doğulduğu Gürcüstana aparıb dəfn etməyə maddi imkanı yoxdur
''Xəyalənin meyidi hələ də dəfn olunmayıb. Ailənin imkanı yoxdur ölüsünü götürməyə. Anası da özünü öldürür ki, balasını öldürənlər onun meyidini yerdə qoymasınlar''. Bu sözləri Criminal.az saytına açıqlamasında iki gün əvvəl Bakıda biznesmen oğlunun ''Porcshe'' markalı avtomobillə vurub öldürdüyü Xəyalə Məmmədovanın yalası Yeganə xanım deyib.
Bu açıqlamadan sonra X.Məmmədovanın dəfn ediləcəyi halda ailəsinin şikayətçi olmayacağı anlaşılsa da, mərhulmun əri Ramil Məmmədov Criminal.az saytına açıqlamasında od püskürdü. ''Kim deyir ki bağışlamışıq? O adamın üzünü görən olub ki? Tapın onu verin də mənə... Bağışlamaq nədi.. Şikayət edəcəm... O adamın tutulub-tutulmamasından da xəbərsizəm.''-deyə R. Məmmədov bildirdi.
''Qan pulu verilməlidir də... Qarşı tərəfi tapıb gətirin də yanıma. Prokurorluğa şikayət edəcəm. Bizi itirib-axtarn yoxdur. Xəyalənin anası bir dəfə gəlib qızı ilə maraqlanmayıb, indi rayondan gəlib ki, pul verin aparıb dəfn edim. Axı Xəyalənin əri olmadan onun meyidini kim verəcək morqdan? Bölmədə qızın anası ilə nə danışıblar bilmirəm, amma Xəyalə mənimlə nigahda olub. Yoldaşı qalıb bir kənarda, qızın anası ilə niyə danışırlar? Morq qızın ərinin icazəsi olmadan meyidi vermir. Şikayətim var, amma qarşı tərəf gəlib qızın anası ilə danışır. Bu dövlət yiyəsizdir? Cammat arvad-uşağın küçədən tapmayıb. Uşaqlara sahib çıxmaq lazımdır. Anası qarşı tərəfdən pulu alıb meyidi götürüb Gürcüstana getmək istəyir. Qızın anası ilə münasibət olmayıb, ailə məsələsi olub. Bakıda, Zığda kirayədə qalırdıq'', mərhumun əri əlavə etdi.
Dəhşətli hadisə mayın 3-də baş verib. 99 BS 999 dövlət nömrə nişanlı “Porshe Magnum” superkarı Bakıxanov qəsəbəsindən “Neftçilər” metrosuna tərəf gedən yolda yüksək sürətlə hərəkətdə olarkən 24 yaşlı Xəyalə Məmmədovanı vurub. Piyada aldığı xəsarətdən yerindəcə ölüb, sürücü hadisə yerindən uzaqlaşıb. Daha sonra sürücünün kimliyini və piyadanı vuran avtomobili müəyyən etmək mümkün olub.
Məlum olub ki, hadisəni Bakıda bir neçə elit restoran-klubun sahibi olan Füzuli Fərəcovun oğlu Ağaəli Fərəcov törədib. Atası deyib ki, oğlunun 14 yaşı var və məsuliyyətə cəlb olunmayıb. Bəzi məlumatlara görə isə yeniyetmə 16 yaşındadır.
Bəs yetkinlik yaşına çatmayan gəncə idarə etmək üçün avtomobili kim verib, necə olub ki, bu ərköyün gənc indiyədək Bakıda dəfələrlə avtoxuliqanlıq məharətini göstərib və onu sükan arxasından düşürən olmayıb? Bu gəncin “Porshe”nin sükanı arxasına keçməsi həmin gün baş vermiş uşaq dəcəlliyi deyil və biznesmenin oğlu əslində “böyüdüyünü” çoxdan hamıya nümayiş etdirirdi. Criminal.az bildirir ki, A.Fərəcovu Bakıxanov qəsəbəsində kifayət qədər ''məhşurdur''. Gün ərzində qəsəbə ərazisində onun ''Porcshe'' ilə ''şou''sunu görmək olardı.
Dünən, 16:00
Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
Dünən, 15:30
Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
Dünən, 14:14
Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?
Dünən, 14:05
“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik
Dünən, 13:55
Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR
Dünən, 12:07
Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ
Dünən, 12:04
Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
Dünən, 12:00
Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
Dünən, 11:55
Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
Dünən, 11:46
Son Dəqiqə! Buğda ehtiyatlarımız azaldı
Dünən, 11:42
“Bakıya Baş nazirin tapşırığına əsasən gəlmişəm” - Hindistanlı nazir
Dünən, 11:38
Ceyhun Bayramov Subrahmanyam Cayşankarı belə qarşıladı - FOTO
Dünən, 11:35
Prezident Hindistanın XİN başçısını qəbul etdi - FOTOLAR
Dünən, 11:31
Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
Dünən, 11:28
Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir
Dünən, 10:48
Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
Dünən, 09:43
Zelenski müsahibə zamanı ağladı
Dünən, 09:28
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
Dünən, 09:22
Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
Dünən, 09:00
Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...
22-10-2026, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
22-10-2026, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
22-10-2026, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
22-10-2026, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
22-10-2026, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
22-10-2026, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
22-10-2026, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib