Azərbaycanda Rəzillik! Oğlan doğma bibisiqızını zorladı: "Səni ala bilmərəm, mənimlə yatmısan"

30 yaşlı Xaçmaz rayon sakini Gülnaz Rəhimovadır (ad-soyad şərtidir-red) big.az-a həyat faciəsini danışaraq, bu uçurumdan çıxış yolu axtarır:
"15 yaşım var idi. Orta məktəbə getmirdim. Çünki oxumaqla heç də aram yox idi. Valideynlərim də məni məktəbdən çıxarıb, evdə oturtmuşdular. Ona görə də nə oxumaq bilirdim, nə də ki, yazmaq... Günüm ev işlərində anama yardım etməklə keçirdi.
... 19 yaşlı dayımoğlu Azər isə bizə tez-tez gəlirdi. Həmişə onun tərəfindən özümə qarşı nəsə maraq hiss edirdim. Sonralar Azər bizə gələndə, məni tək görən kimi yaxınlaşıb, astaca deyirdi ki, səndən çox xoşum gəlir. Düzü, mənim də ona meylim vardı, yəni xoşlanırdım...
"Paltarlarımı zorla cırıb, əynimdən çıxardı…"
Bir dəfə qonşu kənddə toy vardı. Valideylərim və qardaşım yığışıb, toya getdilər. Mən isə evdə tək qaldım. Bizə tez-tez gələn Azər yenə yolunu evimizdən salmışdı. O, heç nə olmamış kimi gəldi, salam-kəlamdan sonra, "evdə kim var?" – deyə soruşdu. Mən də cavab verdim ki, hamı toya gedib, təkəm. Bu sözlərdən sonra o, mənə yaxınlaşdı, əl atmağa başladı. Əvvəlcə müqavimət göstərmədim, əksinə, onun məni qucaqlayıb, öpməyi xoşuma gəldi. Amma sonra o, daha da irəli getməyə başladı. Belə olanda, mən dedim ki, Azər, lazım deyil, yoxsa qışqıracağam. O, mənim etiraz və müqavimətimə əhəmiyyət vermədi. Əli ilə ağzımı qapayıb, məni yerə yıxdı, paltarlarımı zorla cırıb, çıxarmağa başladı. Bir anlıq nə baş verdiyini anlamadım. Sonradan artıq iş-işdən keçmişdi... Sonra o, məni qucaqlayıb çox sevdiyini dedi və getdi.
Axşam valideynlərim evə gələndən sonra hadisəni anama danışdım. Anam məni susmağa məcbur etdi, hətta hədə-qorxu da gəldi ki, bu haqda heç kimə danışmayım. Dedi ki, ailələr arasında qan davası düşər, mən qardaşımla sənə görə düşmən olmaq istəmirəm".
"Deyirdi ki, səni alacağam..."
Gülnaz deyir ki, dayısı oğlunun onlara gəlişi daha da intensivləşir. Onlar gizli görüşməyə başlayırlar:
"Onunla bizim evin anbarında görüşürdük. Gizli münasibətlərimizdən heç kimin xəbəri olmurdu. Onunla sevişməyə razılaşdım, çünki məni sevdiyini və tezliklə evlənəcəyimizi deyirdi. Onunla düz bir il görüşdük. Mənə evlənib, xoşbəxt olacağımızla bağlı vədlər verirdi. Yoxsa imkan verməzdim ki, mənə yaxın dursun, toxunsun! Bir ildən sonra gəlib, dedi ki, sən mənə lazım deyilsən. Rusiyaya gedirəm və düşünmə ki, nə zamansa səninlə evlənəcəyəm. Sən mənimlə yatmısansa, necə təmiz qız ola bilərsən ki?! Özümə təmiz qız alacağam. Daha sonra da çıxıb getdi və uzun illər Azərbaycana qayıtmadı. Anam da bu sirrin açılmasına imkan vermədi. Hər zaman deyirdi ki, qardaşımla düşmən ola bilmərəm".
"Bakirə olmadığım üçün məni ərə vermək istəyəndə evdən qaçdım"
Gülnaz deyir ki, anası vəfat edəndən sonra onun güzaranı daha da pisə doğru getdi:
"İllər sonra mənim 30 yaşım olanda anam dünyasını dəyişdi. Bu müddət ərzində isə mən ailə həyatı qurmadım. Anam öləndən sonra atamla-qardaşım kəndimizdə yaxşı bir ailədən mənə evlənmək üçün namizəd tapdılar. Məni ona ərə vermək istədilər. Mən də bakirə olmadığım üçün rayonda biabır olacağımı görüb, başımı götürüb qaçdım. Sumqayıtda yaşayan rəfiqəmin yanına gəldim. Rəfiqəm sağ olsun, mənə evində yer verdi. Dedi ki, narahat olma, mən sənə iş tapmaqda kömək edərəm. Ərim restoranda işləyir, o, sənə restoran və ya kafedə iş tapar. Nə isə, rəfiqəmin əri məni kafedə işə düzəltdi".
"Görünüşüm başıma bəla oldu..."
"Gözəl görünüşümə görə ətrafımda çox kişilər fırlanır. Kirayə evə çıxmaq istəyirəm, amma buna imkanım yoxdur. Ona görə də kafeyə gələn kişilərlə pul müqabilində cinsi əlaqəyə girirəm. Yəni bədənimi pula satıram, təki pis durumdan çıxım.
Anlayıram ki, zamanla çirkabın içinə batdıqca batıram. Özümü çox bədbəxt hiss edirəm, dayım oğlunu da lənətləyirəm. Amma çıxış yolunu tapa bilmirəm. Mənə kömək edin" - ağlayaraq Gülnaz imdad dilədi...ARDI VAR...
Dünən, 16:00
Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
Dünən, 15:30
Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
Dünən, 14:14
Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?
Dünən, 14:05
“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik
Dünən, 13:55
Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR
Dünən, 12:07
Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ
Dünən, 12:04
Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
Dünən, 12:00
Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
Dünən, 11:55
Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
Dünən, 11:46
Son Dəqiqə! Buğda ehtiyatlarımız azaldı
Dünən, 11:42
“Bakıya Baş nazirin tapşırığına əsasən gəlmişəm” - Hindistanlı nazir
Dünən, 11:38
Ceyhun Bayramov Subrahmanyam Cayşankarı belə qarşıladı - FOTO
Dünən, 11:35
Prezident Hindistanın XİN başçısını qəbul etdi - FOTOLAR
Dünən, 11:31
Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
Dünən, 11:28
Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir
Dünən, 10:48
Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
Dünən, 09:43
Zelenski müsahibə zamanı ağladı
Dünən, 09:28
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
Dünən, 09:22
Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
Dünən, 09:00
Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...
22-10-2026, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
22-10-2026, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
22-10-2026, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
22-10-2026, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
22-10-2026, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
22-10-2026, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
22-10-2026, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib