16 yaşlı qızı evlənmək bəhanəsiylə Bakıya çağırıb təcavüz etdi
Dələduzluq və seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Şahin Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Şahin Quliyev 23 noyabr 2015-ci il tarixdə 2000-ci il təvəllüdlü Vəfa Əliyevaya (ad və soyad şərti verilib - red.) onunla ailə quracağı barədə yalan vədlər verərək, etibarını qazanıb.
Bu etibardan istifadə edən Şahin Quliyev Vəfaya özünə və ailəsinə məxsus qızıl-zinət əşyalarını götürüb, Bakı şəhərində birgə kirayişin yaşamağı təklif edib.
16 yaşlı qızı necə aldadıb?
Vəfa Əliyeva da öz növbəsində Şahin Quliyevin vədlərinə inanıb. O, yaşadığı Quba şəhəri, Ə.Nərimanov küçəsindəki evdən nənəsi Tükəzbanın (ad və soyad şərti verilib - red.) ona bağışladığı ümumilikdə dəyəri 6000 manat olan "Kardinal” markalı qızıl boyunbağını və qolbağını, 1 ədəd "Tross” formalı boyunbağını, 1 ədəd kəpənək formalı nişan üzüyünü, 1 ədəd nazik boyunbağını, 1 ədəd yaşıl qaşları olan qızıl üzüyünü, 1 cüt qızıl sırğanı və 2 ədəd gümüşdən olan komplektləri götürüb.
Qızılları götürən Vəfa Şahin Quliyevlə birgə Bakı şəhərinə gəlib. Şahin Quliyev metronun "Neftçilər” stansiyasının qarşısında Vəfa Əliyevanın özü ilə gətirdiyi zinət əşyaları ələ keçirib.
Təcavüz
Şahin Quliyev həmin qızılları elə Nizami rayonu, Q.Qarayev prospekti 15/29 ünvanında yerləşən qızıl qəbulu mağazasında Firudin İbrahimova 1.646 manata satıb.
Daha sonra Şahin Quliyev Vəfa Əliyeva ilə Xətai rayonu, Babək prospekti şərq qurtaracağı 106 "D” ünvanında yerləşən "Günəş” otelinə gəliblər. Şahin Quliyev oteldə Vəfa Əliyeva ilə könüllü cinsi əlaqədə olub. Ona qarşı seksual xarakterli hərəkətlər edib.
Şahin Quliyev Vəfa ilə cinsi əlaqədə olandan sonra onu oteldə qoyub və oranı tərk edib. Oteldə tək qalan yetkinlik yaşına çatmayan qız valideynlərinə məlumat verib və Bakı şəhərinə evlənmək məqsədilə gəldiyini, burada oteldə təcavüzə məruz qaldığını deyib.
Vəfa Əliyevanı oteldən tapan valideynləri hüquq-mühafizə orqanlarına məlumat veriblər. Keçirilən əməliyyat nəticəsində cinayəti törədən Şahin Quliyev həbs edilib.
Şahin Quliyev Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham edilib.
Cəza: 4 il 6 ay
Xətai rayon Məhkəməsinin hökmü ilə Şahin Quliyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Şahin Quliyev apelyasiya şikayəti verib.
Şahin Quliyev şikayətində bildirib ki, Vəfa Əliyeva ilə məcbur cinsi əlaqədə olmayıb. Ona qarşı dələduzluq da etmədiyini deyən Şahin Quliyev barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Həmçinin hökmdən narazı qalan zərərçəkmişin qanuni nümayəndəsi də apelyasiya şikayəti verib. O, təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.
Tərəflərin şikayətləri araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Vüqar Məmmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Apelyasiya şikayətlərinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, tərəflərin apelyasiya şikayətləri təmin edilməyib və Xətai rayon Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
///Teleqraf.com
Dünən, 16:00
Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
Dünən, 15:30
Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
Dünən, 14:14
Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?
Dünən, 14:05
“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik
Dünən, 13:55
Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR
Dünən, 12:07
Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ
Dünən, 12:04
Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
Dünən, 12:00
Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
Dünən, 11:55
Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
Dünən, 11:46
Son Dəqiqə! Buğda ehtiyatlarımız azaldı
Dünən, 11:42
“Bakıya Baş nazirin tapşırığına əsasən gəlmişəm” - Hindistanlı nazir
Dünən, 11:38
Ceyhun Bayramov Subrahmanyam Cayşankarı belə qarşıladı - FOTO
Dünən, 11:35
Prezident Hindistanın XİN başçısını qəbul etdi - FOTOLAR
Dünən, 11:31
Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
Dünən, 11:28
Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir
Dünən, 10:48
Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
Dünən, 09:43
Zelenski müsahibə zamanı ağladı
Dünən, 09:28
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
Dünən, 09:22
Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
Dünən, 09:00
Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...
22-10-2026, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
22-10-2026, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
22-10-2026, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
22-10-2026, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
22-10-2026, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
22-10-2026, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
22-10-2026, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib