Bakı metrosunda təşviş
Hadise
Oxunub: 1 815
3 dek 2014 | 14:54
Bakı metrosunda təşviş


















Hadisə nəticəsində stansiyada sərnişin sıxlığı yaşanıb.

Bu gün səhər saat 08 radələrində Bakı Metropolitenində nasazlıq baş verib.

Azerinfo.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, hadisə metronun “Elmlər Akademiyası” stansiyasında qeydə alınıb.

Belə ki, sərnişinlərin sıx olduğu bir vaxtda stansiyanın çıxış istiqamətində işləyən eskalator dayanıb. Nəticədə eskalatorla yuxarı qalxan sərnişinlər təşviş keçiriblər.

Hadisə nəticəsində stansiyada sərnişin sıxlığı yaşanıb. Təxminən 2 dəqiqə müddətində eskalatordakı sərnişinlər ayaqla qalxmalı olublar.

“Elmlər Akademiyası” stansiyasının növbətçisi sərnişinlərə eskalatorun texniki səbəbdən dayandığını bildirib. Növbətçi sərnişinlərə ehtiyatlı olmağı tövsiyə edib.

“Hörmətli sərnişinlər, ehtiyatlı olun. Eskalator anidən işə düşə bilər və yıxıla bilərsiniz”, - deyə növbətçi bildirib.

Eskalator bir neçə dəfə dala və qabağa işləyib. Sonra isə yenidən işə düşüb.

Hadisə ilə bağlı Bakı Metropolitenilə əlaqə saxladıq. Metronun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, hadisə sərnişinlərdən birinin məsuliyyətsizliyi ucbatından baş verib.

“Hadisə saat 08:10-da baş verib. Sərnişinlərdən biri heç bir səbəb olmadan eskalatorun təcili dayandırma düyməsini basıb. Təcili hadisə yerinə mütəxəssislər və polis əməkdaşları cəlb olunub. Araşdırmalar aparılıb və eskalatorun heç bir səbəb olmadan dayandırıldığı məlum olub. Eskalator saat 08:17-də təkrar işə salınıb”, - deyə Nəsimi Paşayev bildirib.

Hadisə zamanı heç kəs xəsarət almayıb. Lakin sərnişinlər narahatlıq keçirib. Bu səbəbdən belə hadisələrin baş verməməsi üçün Nəsimi Paşayev vətəndaşlara müraciət edib:

“Gərək hər kəs etdiyi əməlin nəticəsini dərk etsin. Biz eskalator dayanan kimi işə sala bilmərik. Onun hansı səbəbdən dayandırıldığı yoxlanmalıdır. Bu, vaxt aparır. Buna qədər sərnişinlər əziyyət çəkir. Ona görə də, xahiş olunur ki, metropolitendə hansısa əməliyyatı yerinə yetirərkən son dərəcə diqqətli olun. Çünki məsuliyyətsiz hərəkət çoxsaylı insanın əziyyət çəkməsinə səbəb ola bilər”.
Bu gün, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
Bu gün, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
Bu gün, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
Bu gün, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
Bu gün, 12:24
Afra Saraçoğlu da saxlanıldı
Bu gün, 12:11
Tahir Gözel bu bankın rəhbəri oldu
Bu gün, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Bu gün, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
Bu gün, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
Bu gün, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
Bu gün, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı
Bu gün, 10:25
Rusiyada üçgünlük seçkilər başladı
Bu gün, 10:21
Hasan Şaş, Aras Bulut və daha bir neçə məşhur saxlanıldı
Bu gün, 10:18
Formula 1-ə görə sabahdan bu yollar bağlanır - Siyahı
Bu gün, 09:42
Dərslər başladı, xərclər artdı: Sentyabr ailə büdcəsini necə dəyişir?
Bu gün, 09:36
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Bu gün, 09:30
Səssiz ölüm təhlükəsi: Mikrodalğalı sobada yemək qızdıranların nəzərinə
Bu gün, 09:13
İrəvandan Bakı benzini ilə bağlı açıqlama – “Azərbaycan olmasaydı...”
Bu gün, 09:00
Satışda olan ətlərlə bağlı TƏCİLİ XƏBƏRDARLIQ
Dünən, 21:36
32 ildən sonra Xankəndiyə ilk daxil olan kəşfiyyatçılarla unudulmaz görüş
Dünən, 18:39
Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar
Dünən, 16:00
DÜNYA ÇALXALANIR: Neft 100 dolları keçdi, 10-dan çox ölkədə xalq AYAĞA QALXDI
Dünən, 15:30
Azərbaycan “həqiqi hərbi xidmət”dən niyə imtina etmir?
Dünən, 15:23
Prezident "Pirqulu Park" hotelinin açılışında iştirak etdi
Dünən, 14:47
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında
Dünən, 14:22
Rusiyadan Azərbaycana KÖÇ təhlükəsi – 10 gündə 100 min nəfər...
Dünən, 13:54
Prezident gənclərin tərbiyəsindən danışdı