Sabah “Dadaş Novxaninskiy”in il mərasimi olacaq - “Lənkəranski” ona niyə düşmən oldu?
Hadise
Oxunub: 911
8 apr 2017 | 10:48
Sabah “Dadaş Novxaninskiy”in il mərasimi olacaq - “Lənkəranski” ona niyə düşmən oldu?















Bir il əvvəl Borispol hava limanında özünə yetirdiyi xəsarətlərdən sonra dünyasını dəyişən “qanuni oğru”nun sirli görüşünün təfərrüatları...

Aprelin 9-da bir il əvvəl Borispol hava limanında özünə yetirdiyi xəsarətlərdən sonra dünyasını dəyişən “qanuni oğru” Dadaş İbrahimovun (“Lotu Dadaş”) il mərasimi keçiriləcək. Bu barədə xəbər verən bakipost.az- saytının məlumatına görə, doğulduğu Novxanıda keçiriləcək il mərasiminə Rusiya və Gürcüstandan olan “qanuni oğru”ların da qatılacağı gözlənilir.
“Lotu Dadaş” Bakının ən tanınmış avtoritetlərindən biri olan Hikmət İbrahimovun ailəsində doğulub. H.İbrahimov dövrünün ən nüfuzlu avtoritetlərindən biri kimi tanınıb. O, 1937-ci ildə anadan olub, 2004-cü ildə xəstəlikdən vəfat edib. Mərhum “qanuni oğru”nun evində indi böyüyən yeganə övladı Hikmət adını daşıyır.

Dadaş “qanuni oğru” adını 2000-ci ildə, 27 yaşında alıb. O ilk məhkumluğunu 2002-ci ildə yaşayıb. D.İbrahimov xuliqanlıq maddəsi ilə 1,5 il azadlıqdan məhrum edib. Sonuncu dəfə 2011-ci ilin iyununda Sankt-Peterburqa getmək istəyərkən narkotik maddə ilə həbs edilmişdi. Moskvanın Meşanski Rayon Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilən “qanuni oğru”nun “srok”u 2015-ci ildə daha 11 ay artırılmışdı. Buna səbəb kimi isə onun Krasnayarskda cəza çəkdiyi 17 saylı kolonun telefon keçirmək istəyi olub. Rəsmi qaynaqlarda onun telefonu keçirmək müqabilində türmə əməkdaşına rüşvət olaraq öz saatını təklif etməsi ilə izah edirdilər.

2015-ci ilin yanvarında Ədliyyə Nazirliyi “qanuni oğru”nun Rusiya ərazisində qalmasının arzuledilməz olması barədə qərar vermişdi. Bu səbəbdən cəzasını bitirib azadlığa çıxan kimi polis nəzarəti altında onu Moskvanın “Domodedovo” aeroportundan Azərbaycana deportasiya olunmuşdu. Amma o, Bakıdan dərhal İstanbula gedib. Məlumata görə, Dadaş “Rövşən Lənkəranski”nin Sumqayıtda “smotryayuşi” olan adamı haqsız yerə cəzalandırdığı üçün “sxodka”ya çağırılıbmış.
Rusiya mənbələri o zaman xəbər vermişdi ki, Dadaş İstanbuldakı bir kafedə “Lənkəranski”nin keçirdiyi “sxodka”da iştirak edib. Bu görüşdə onun “Rövşən Lənkəranski”nin imzası olan “praqonu” niyə tanımadığı barədə soruşulub.

Bu “sxodka” da nə baş verdiyi haqda iki versiya var. Birincisi budur ki, “Lənkəranski” izahla qane olmayıb və Dadaşın “qanuni oğru” adını “dayandırıb”. Bu isə “Lotu Dadaş” üçün ölüm hökmünə bərabər sayıldığı üçün o, İstanbuldan Biraspol hava limanına uçub, burada sonradan üzə çıxan videogörüntülərdən də təsdiqləndiyi kimi bıçaqla canına qəsd edib, ona yaxınlaşan polisi isə yaralayıb. Daha bir versiya da var ki, “Lənkəranski” onu mərhum atasının adına hörmət əlaməti olaraq bağışlayıbmış...

“Lotu Dadaş” 2013-cü ildə öldürülən Aslan Usoyana (“Ded Xasan”) loyal mövqeyi ilə tanınan azərbaycanlı “qanuni oğru”lardan biri idi.

Onun “Lənkəranskinin” “qanundan kənar” elan etdiyi Nadir Səlifovun(“Lotu Quli”) “oğru” adının bərpası ilə bağlı “Ded Xasan”ın məktubuna da imzasını qoyduğunu unutmayaq. “Lənkəranski” ilə düşmənçilik edən “Ded Xasan”ın qətlindən sonra ona yaxın olan azərbaycanlı “qanuni oğru”ların da “yarpaq tökümü” başladı. Onlar bir-birinin ardınca öldürüldülər ki, bu qətilərdə də “Lənkəranski”nin adı hallanırdı. “Lotu Dadaş” həbsdən çıxandan sonra faktiki təklənmiş kimi görünürdü və gözlənilənlər də başına gəldi...


Allah rəhmət eləsin...
Dünən, 16:00
Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
Dünən, 15:30
Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
Dünən, 14:14
Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?
Dünən, 14:05
“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik
Dünən, 13:55
Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR
Dünən, 12:07
Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ
Dünən, 12:04
Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
Dünən, 12:00
Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
Dünən, 11:55
Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
Dünən, 11:46
Son Dəqiqə! Buğda ehtiyatlarımız azaldı
Dünən, 11:42
“Bakıya Baş nazirin tapşırığına əsasən gəlmişəm” - Hindistanlı nazir
Dünən, 11:38
Ceyhun Bayramov Subrahmanyam Cayşankarı belə qarşıladı - FOTO
Dünən, 11:35
Prezident Hindistanın XİN başçısını qəbul etdi - FOTOLAR
Dünən, 11:31
Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
Dünən, 11:28
Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir
Dünən, 10:48
Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
Dünən, 09:43
Zelenski müsahibə zamanı ağladı
Dünən, 09:28
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
Dünən, 09:22
Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
Dünən, 09:00
Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...
22-10-2026, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
22-10-2026, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
22-10-2026, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
22-10-2026, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
22-10-2026, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
22-10-2026, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
22-10-2026, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib