Şəhid zabitimiz cəbhədə 120 erməni öldürüb - Sensasion məlumat
Hadise
Oxunub: 881
2 mar 2017 | 06:57
Şəhid zabitimiz cəbhədə 120 erməni öldürüb - Sensasion məlumat





Fevralın 24-dən 25-nə keçən gecə cəbhə xəttində ermənilərin Füzuli-Xocavənd istiqamətində təxribat cəhdlərinin qarşısını alarkən qəhrəmancasına şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Şahlar Yaşar oğlu Nəzərovun əmisi oğlu Vüsal Nəzərov şəxsi Facebook hesabından şəhidin qəhrəmanlıqları barədə bildiklərini bölüşüb.

Musavat.com şəhidin qohumunun Şahlar Nəzərov haqqında fikirlərini sizə təqdim edir.

V.Nəzərov yazır: "Şəhid qardaşım, kəşfiyyat bölüyü komandiri Şahlar Nəzərov haqda bildiklərimi sağlığında təhlükəsizliyi nöqteyi nəzərdən hər zaman gizlətmişik. Elə şeylər var ki, heç bir zaman açıqlanmır, açıqlanmayacaq. Amma bir məqam var ki, əziz qardaşımın korpus komandirinin də bildirdiyi kimi "Şahların qisasını alacağıq" demək, bəlkə də, lazımsız ifadə olar, çünki Şahlar özü öz qisasını alıb".

O bildirib ki, şəhid Şahlar Nəzərov xidmət keçdiyi müddətdə 120 erməni hərbi qulluqçusunu öldürüb: "Artıq bu fakt gizlədilmədən və fəxrlə deyilməlidir ki, Şahlar xidməti boyunca dəfələrlə erməni diversiya qruplarının təxribatının qarşısını aldığı zaman ümumilikdə 120-dən (!) artıq mənfur erməni hərbçisini şəxsən öldürüb. 120!!!"

V.Nəzərov əmisi oğlunun necə şəhid olmasından da yazıb: "Şahları son döyüşdə də öldürmək düşmənə asan başa gəlmədi. Əsgəri yaralandığı üçün onu çiyninə alaraq, döyüş meydanından çıxmaq istəyərkən mənfur düşmən gülləsinə tuş gələn Şahlar uzun müddət sürünərək, öz postumuza doğru irəliləmiş və qan itirərək şəhid olmuşdur.
Şərəfsiz ermənilər üç gün danışıqlara gəlməyərək, müxtəlif bəhanələr gətirərək, şəhidlərimizin cənazələrini verməməyə cəhdlər göstərdi. Ən son radiostansiya vasitəsilə çıxaraq yenə 5 dəqiqə vaxt istədilər. "Qırmızı Xaç Komitəsi əynini geyinsin, gəlirik" dəyərək daha bir saata vaxtı uzatdılar. Ən sonda korpus komandiri vasitəsi ilə cənab nazirin "Əgər bu dəqiqə bu məsələ həll olunmasa, müharibə elə bu saat başlayacaq" göstərişindən 2 dəqiqə sonra şəhidlərin nəşi qaytarıldı".

Qeyd edək ki, Şahlar Nəzərov 1990-cı ildə Yardımlı rayonunun Peştəsər kəndində dünyaya göz açıb. Bir neçə ay sonra övladı dünyaya gələcək olan Ş.Nəzərov ötən ilin avqust ayında ailə həyatı qurub. Şəhidimiz, elə doğulduğu kəndin qəbiristanlığında dəfn olunub.

Şəhidimizin yaxın qohumunun bu açıqlamasını dərc etsək də, oradakı iddiaların doğruluğunu təsdiq etmək mümkün deyil.
Dünən, 16:00
Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
Dünən, 15:30
Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
Dünən, 14:14
Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?
Dünən, 14:05
“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik
Dünən, 13:55
Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR
Dünən, 12:07
Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ
Dünən, 12:04
Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
Dünən, 12:00
Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
Dünən, 11:55
Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
Dünən, 11:46
Son Dəqiqə! Buğda ehtiyatlarımız azaldı
Dünən, 11:42
“Bakıya Baş nazirin tapşırığına əsasən gəlmişəm” - Hindistanlı nazir
Dünən, 11:38
Ceyhun Bayramov Subrahmanyam Cayşankarı belə qarşıladı - FOTO
Dünən, 11:35
Prezident Hindistanın XİN başçısını qəbul etdi - FOTOLAR
Dünən, 11:31
Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
Dünən, 11:28
Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir
Dünən, 10:48
Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
Dünən, 09:43
Zelenski müsahibə zamanı ağladı
Dünən, 09:28
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
Dünən, 09:22
Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
Dünən, 09:00
Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...
22-10-2026, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
22-10-2026, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
22-10-2026, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
22-10-2026, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
22-10-2026, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
22-10-2026, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
22-10-2026, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib