Məhkəməyə gəlməyən Əli İnsanov azadlığa buraxılmadı
Qaradağ rayon Məhkəməsində keçmiş səhiyyə naziri Əli İnsanovun növbəti məhkəmə prosesi keçirilib.
Sabiq nazirin ev dustaqlığına buraxılması ilə bağlı vəkilləri Toğrul Babayev və Ağaveyis Şahverdinin vəsatətinə baxılıb.
Amma Əli İnsanov məhkəməyə gəlməyib. O, məhkəməyə məktub göndərərək, iştirak etmək istəmədiyini bildirib.
Keçmiş nazirin vəkilləri məhkəmədə çıxış edərkən prezident İlham Əliyevin fevralın 10-da imzaladığı sərəncama istinad edərək Ə.İnsanovun həbsdə saxlanılmasının əsassız olduğunu qeyd ediblər.
"Prezidentin sərəncamında böyük ictimai təhlükə törətməyən və az ağır cinayətdə ittiham olunan şəxslər barəsində əksər hallarda həbs-qətimkan tədbirinin seçilməməsi nəzərdə tutulur".
Əli İnsanovun törətmədiyi, amma əsassız və qanunsuz olaraq təqsirləndirildiyi son əməllər də həmin kateqoriyaya aiddir. Buna görə də Əli İnsanov barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmalıdır",- deyə vəkillər məhkəmədəki çıxışlarında vəsatətlərini əsaslandırarkən bildiriblər.
Məhkəməyə sədrlik edən hakim Fuad Hüseynov Əli İnsanovun vəkillərinin vəsatətini təmin etməyib. Sabiq nazir azadlığa buraxılmayıb.
Əli İnsanovun vəkilləri məhkəmənin ev dustaqlığına buraxılmasından imtina etməsini əsassız hesab edir. Əli İnsanov bu qərardan apellyasiya şikayəti verəcək.
Qeyd edək ki, sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. 11 il azadlıqdan məhrum edilən sabiq nazirin həbs müddəti başa çatsa da ona qarşı yeni ittiham irəli sürülüb.
Ə.İnsanov barəsində açılan yeni cinayət işində keçmiş nazir cəzaçəkmə müəssisəsinin əməkdaşını döyməkdə, otağında psixotrop tərkibli dərman saxlamaqda təqsirli hesab edilir.
///Musavat.com
Dünən, 16:00
Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
Dünən, 15:30
Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
Dünən, 14:14
Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?
Dünən, 14:05
“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik
Dünən, 13:55
Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR
Dünən, 12:07
Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ
Dünən, 12:04
Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
Dünən, 12:00
Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
Dünən, 11:55
Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
Dünən, 11:46
Son Dəqiqə! Buğda ehtiyatlarımız azaldı
Dünən, 11:42
“Bakıya Baş nazirin tapşırığına əsasən gəlmişəm” - Hindistanlı nazir
Dünən, 11:38
Ceyhun Bayramov Subrahmanyam Cayşankarı belə qarşıladı - FOTO
Dünən, 11:35
Prezident Hindistanın XİN başçısını qəbul etdi - FOTOLAR
Dünən, 11:31
Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
Dünən, 11:28
Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir
Dünən, 10:48
Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
Dünən, 09:43
Zelenski müsahibə zamanı ağladı
Dünən, 09:28
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
Dünən, 09:22
Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
Dünən, 09:00
Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...
22-10-2026, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
22-10-2026, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
22-10-2026, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
22-10-2026, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
22-10-2026, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
22-10-2026, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
22-10-2026, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib