Milyonluq biznes sahələri MTN generalları arasında necə bölüşdürülmüşdü? - ADLAR VƏ GƏLİRLƏR
Hadise
Oxunub: 879
19 fev 2017 | 06:00
Milyonluq biznes sahələri MTN generalları arasında necə bölüşdürülmüşdü? - ADLAR VƏ GƏLİRLƏR










Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları barəsində tərtib edilmiş cinayət işlərindən məlum olur ki, ölkədə biznesin müxtəlif sahələrinə ayrı-ayrı generallar nəzarət edib.

Lent.az-ın məlumatına görə, nazirliyin vəzifəli şəxsləri barəsində başladılan və hazırda məhkəmə araşdırılan cinayət işləri əsasında məlum olub ki, nazirlikdə biznesin müxtəlif sahələri qeyri-rəsmi şəkildə bölüşdürülüb.

Belə ki, nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş Akif Çovdarov barəsində hazırlanmış ittiham aktında qeyd olunanlara görə, Çovdarov əsasən tikinti sahəsinə nəzarət edib və bu işlə məşğul olan biznesmenlərə "çöküb”. Cinayət işlərinə əsasən onu da demək olar ki, A.Çovdarov digər generallarla müqayisədə daha böyük və pullu işləri nəzarətində saxlayıb. Buna misal kimi, Metropoliten sabiq rəisi Tağı Əhmədovdan pul tələb olunması epizodunu göstərmək olar.

Təsadüfi deyil ki, Çovdarovun zərərçəkmişləri arasında inşaat sektorunda fəaliyyət göstərən MTK rəhbərləri çoxluq təşkil edir: "Şahbulaq” MTK-nın sədri Nəsib Əliyev, "Real MTK”nın təsisçisi və rəhbəri İlham Qasımov, "Azərtikinti-ATF” MMC-in rəhbəri Azər Quliyev buna nümunədir. İşdə o da qeyd edilir ki, Çovdarov və birlikdə ittiham edildiyi şəxslər bu işlərdən 40 milyon manatdan çox qanunsuz gəlir əldə edib.

Ölkədə qiymətli daş-qaşların biznesi ilə məşğul olan iş adamlarına nəzarət və onların soyulması ilə isə digər bir MTN generalı - Sübahir Qurbanovdur.

Sabiq MTN rəsmisinin ittiham aktından məlum olur ki, o, Eldar Mahmudovun şifahi göstərişi ilə ölkəyə brilyant daş-qaş, qızıl və digər zinət məmulatlarının idxalı sahəsində inhisarçılığın yaradılması prosesini başladıb. Bu iş nazirliyin Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi Sübahir Qurbanova tapşırılıb. O da öz növbəsində bu işlə məşğul olacaq dəstə yaradıb. Həmin dəstəyə polkovnik Füzuli Əliyevi başçı təyin edilib.

Sübahir Qurbanovun işində isə iş adamlarından qanunsuz yolla ələ keçirilmiş məbləğ 40 milyon manatdan çoxdur.

MTN daha bir dəstə isə banklara nəzarət edib. Bu iş nazirlikdə MTN-nin İstintaq Baş İdarəsinin rəisi olmuş general Mövlam Şıxəliyevə tapşırılıb. Mövlan Şıxəliyev isə özünün işçisi olmuş Vüsal Ələkbərovun əli ilə tapşırıqları həyata keçirib. Bu dəstə əsasən banklarda çox pulu olan şəxslərə, sahibkarlara qənim kəsilib.

Ləğv edilən MTN-in İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi, polkovnik-leytenant Vüsal Ələkbərovun cinayət işi üzrə ittiham aktından məlum olur ki, qurban seçilən sahibkarlar MTN-ə çağırılaraq banklardakı pulları haqqında soruşulub, müxtəlif bəhanələr və hədə-qorxu gəlinərək külli miqdarda pulları alınıb.

Hər 3 dəstəsinin işində qanunsuz dinləmələri isə MTN-in Monitorinq Mərkəzinin rəhbəri general Teymur Quliyev həyata keçirib. Belə ki, Teymur Quliyev öz ifadəsində bildirib ki, bütün dinləmələri Eldar Mahmudovun tapşırığı və imzası olan sənədlər əsasında həyata keçirib.

Qeyd edək ki, adı çəkilən generallardan yalnız Mövlam Şixaliyev azadlıqdadır. Bir müddət əvvəl qafqazinfo.az saytı məlumat yayaraq onun da barəsində cinayət işinin açıldığını, hazırda icraatda olduğunu bildirmişdi
Dünən, 16:00
Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
Dünən, 15:30
Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
Dünən, 14:14
Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?
Dünən, 14:05
“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik
Dünən, 13:55
Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR
Dünən, 12:07
Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ
Dünən, 12:04
Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
Dünən, 12:00
Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
Dünən, 11:55
Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
Dünən, 11:46
Son Dəqiqə! Buğda ehtiyatlarımız azaldı
Dünən, 11:42
“Bakıya Baş nazirin tapşırığına əsasən gəlmişəm” - Hindistanlı nazir
Dünən, 11:38
Ceyhun Bayramov Subrahmanyam Cayşankarı belə qarşıladı - FOTO
Dünən, 11:35
Prezident Hindistanın XİN başçısını qəbul etdi - FOTOLAR
Dünən, 11:31
Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
Dünən, 11:28
Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir
Dünən, 10:48
Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
Dünən, 09:43
Zelenski müsahibə zamanı ağladı
Dünən, 09:28
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
Dünən, 09:22
Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
Dünən, 09:00
Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...
22-10-2026, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
22-10-2026, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
22-10-2026, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
22-10-2026, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
22-10-2026, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
22-10-2026, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
22-10-2026, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib