Arif Əsgərov üçün həbs təhlükəsi - 48 milyonluq yeyinti
2004-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışmış Arif Əsgərovun həbs olunmaq ehtimalı var.
Bunu “Yeni Müsavat” yazıb. Qəzet bildirir ki, QSC-yə rəhbərlik etdiyi vaxt böyük maliyyə qalmaqalı üzündən 2013-cü ildə onun həbs ediləcəyi də gözlənilirdi. Həmin il QSC-də külli miqdarda, daha dəqiq desək, 48 milyonluq yeyinti faktı aşkarlandı.
Həmin vaxt Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları QSC-nin marketinq şöbəsinin rəisi Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynovu həbs etdilər. R.Hüseynov 48 milyon manat dövlət əmlakını mənimsəməkdə ittiham olunurdu. Az sonra məlum oldu ki, R.Hüseynovu qabağa verib həbs etdirən də A.Əsgərovun özü olub. O bu yolla oğlu, “Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərovu məsuliyyətdən kənarda saxlamağı bacardı. Məsələ mətbuatda hallanmağa başlayan kimi A.Əsgərov oğlunu xaricə göndərdi. Beləliklə, əsas fiqur hadisələrdən kənarda qala bildi. Əvəzində Rahib Hüseynov və qardaşı etmədikləri qanunsuzluqlara görə həbsdə qaldılar.
İş üzrə 50 sahibkar zərər çəkib və onlar prezidentə müraciət ediblər. Faktla bağlı məlumatlarda ictimaiyyətin diqqətini daha çox cəlb edən məqamlardan biri isə maliyyə fırıldağında bilavasitə Arif Əsgərovun oğlu Elnar Əsgərovun da iştirak etməsi haqda iddialar idi. Arif Əsgərovun və oğlunun cinayət məsuliyyətinə cəlb edilməməsi o dövrlərdə hər kəsi maraqlandıran suallardan idi. Arif Əsgərovun Ziya Məmmədovla yaxın münasibətlərinin olduğu da bilinirdi.
İllərlə uzanan istintaqdan yayınmağı bacaran A.Əsgərov 2015-ci ildə ölkə prezidentinin fərmanı ilə tutduğu vəzifədən azad edildi. Başqa bir fərmanla o, nəqliyyat nazirinin müavini təyin edildi. Bununla da A.Əsgərov 2 il öncə mümkün həbsdən canını birtəhər qurtara bildi.
Hazırda isə özünün ən güclü himayəçisini itirmiş, vəzifədən məhrum olmuş Arif Əsgərovun aqibəti yaxşı görünmür. Onu həbs etmək üçün kifayət qədər əsas da var. Ata-oğul Əsgərovların ayağında 48 milyon oğurluq var. Təkcə bu faktı qurdalamaqla A.Əsgərovu qandallamaq mümkündür.
Bu arada, Rahib Hüseynovun həbs edildiyi cinayət işində “Azərbaycan Dövlət Dəmir Yolları” QSC-nin sabiq sədri Arif Əsgərovun köməkçisi və həmyerlisi İlqar Məmmədov və “DəmirBank” ASC-nin Mərkəz filialının müdiri Müşfiq Tükanovun da adı çəkilirdi. Müşfiq Tükanovdan əvvəl həmin filialın müdiri Arif Əsgərovun köməkçisi İlqar Məmmədov olub.
İlqar Məmmədov A.Əsgərova köməkçi təyin olunandan sonra onu Müşfiq Tükanov əvəzləmişdi. Onun Mərkəz filialındakı xidməti otağında dəmir yolunda qaranlıq əməliyyatların ssenarisi yazılıb. Onları da Müşfiq Tükanovla tanış edən İlqar Məmmədov olub. Onun Mərkəzi Bankda işləyən qayınatasının vasitəçiliyi ilə “DəmirBank”ın Mərkəz filialı şübhəli maliyyə əməliyyatlarının əsas mərkəzlərindən birinə çevrilmişdi.
Dünən, 16:00
Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
Dünən, 15:30
Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
Dünən, 14:14
Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?
Dünən, 14:05
“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik
Dünən, 13:55
Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR
Dünən, 12:07
Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ
Dünən, 12:04
Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
Dünən, 12:00
Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
Dünən, 11:55
Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
Dünən, 11:46
Son Dəqiqə! Buğda ehtiyatlarımız azaldı
Dünən, 11:42
“Bakıya Baş nazirin tapşırığına əsasən gəlmişəm” - Hindistanlı nazir
Dünən, 11:38
Ceyhun Bayramov Subrahmanyam Cayşankarı belə qarşıladı - FOTO
Dünən, 11:35
Prezident Hindistanın XİN başçısını qəbul etdi - FOTOLAR
Dünən, 11:31
Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
Dünən, 11:28
Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir
Dünən, 10:48
Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
Dünən, 09:43
Zelenski müsahibə zamanı ağladı
Dünən, 09:28
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
Dünən, 09:22
Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
Dünən, 09:00
Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...
22-10-2026, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
22-10-2026, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
22-10-2026, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
22-10-2026, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
22-10-2026, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
22-10-2026, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
22-10-2026, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib