Akif Çovdarovun oğluna sosial şəbəkədə hücum başlandı - FOTO
Hadise
Oxunub: 915
20 yan 2017 | 17:01
Akif Çovdarovun oğluna sosial şəbəkədə hücum başlandı - FOTO












Tair Tairov: "Atan dedi ki, ya 1 milyon dollar gətir, ya bu heroinlə tapança sənindi...”; Ruslan Çovdarov: "Nə zibilin var ki, sənin başına torba keçiriblər? Toyda bir-birinə heroin satanda MTN neynəməlidi?”

Fəaliyyəti ləğv edilmiş MTN-in generalı Akif Çovdarovun oğlu Ruslan Çovdarovun sosial paylaşımları ciddi müzakirə mövzusudur.

Musavat.com xəbər verir ki, R.Çovdarov atasının məhkəməsindən hazırlanan reportaj materialını paylaşaraq, MTN generalının üzünə duran şəxsləri tənqid edib. Bu paylaşımın altında isə çox maraqlı bir şərh-cavab paylaşılıb.

Tair Tairov adlı profil sahibi aşağıdakıları yazaraq general oğlu ilə polemikaya girib: "Çovdarov toydan adamların başına maska keçirib tutur və deyir ki, bəs sən evi dollarla satmısan. Ona görə mənə 500 min dollar ver. Kişilik budu? Terroristdi bəyəm Bakıda hamı? Hamının başına qara maska keçirib ki, vahimə yaratsın. Yetənə deyib ki, "daluva dubinka soxaram”. Kişinin dalına dubinka soxmaq kişilikdi? Bunun adı başqadı. Çovdarov ən kişiyə yaraşmayan işlərlə məşğul olub. Hər şey də sübutdu. Sübutdan əlavə, bunu bilməyən yoxdu. Onun cəzası 15 ildi. Allah eləsin ki, elə türmədə də ölsün. Ruslan, qurban olum Allaha. Əgər Akif Çovdarov deyilənləri etməyib, hamı kimi sadəcə rüşvət alıbsa, Allah onun da balalarının da köməyi olsun, qapısını açsın. Yox, əgər eləyibsə, onda Allah onun da, onun alçaq hərəkətindən bəhrələnin də bəlasını versin. Bil! Şəxsən mənim başıma küçədə getdiyim yerdə maska keçirib MTN-ə onun yanına aparıblar. Deyib ki, xaricdə tikinti ilə məşğul olursan. Ya 1 milyon dollar gətir, ya bu heroinlə tapança sənindi. 500 min dollar verib canımı qurtarmışam. Şikayət etməmişəm. Çünki onun şefi kişilik elədi. 1 milyondan 500 minə endirdi”.

R.Çovdarovun ona cavabı isə gecikməyib. General oğlu da öz arqumentləri ilə onu haqsız danışmaqda suçlayıb: "Sən hansı kişilikdən danışırsan? Saxta profilnən oturub arvad kimi qarğış eləmək kişilikdi? Sən bir qəpik pul verəsən adama, gedib şikayət eləmiyəsən? Birincisi, sən idin indi üzə duran. Kişiliyin var şəklin olan profilnən yaz görək bir kimsən, nə zibilin var ki, sənin başına torba keçiriblər? Toyda bir-birinə heroin satanda MTN neynəməlidi? Bu gün toydu deyə bağışlamalıdı? Narkotik satanı tutmamalıdı? Bildi bilmədi danışır hamı”.

T.Tairov isə geri çəkilməyib və aşağıdakıları yazıb: "Mən Eldar Mahmudovun dostuyam. Ona görə şikayət etməyəcəm. O 500 mini də Akif əl çəkmədi deyə verdim. Prigovordan (hökmdən-musavat.com) sonra biləcəksən”.


Akif Çovdarovun oğluna sosial şəbəkədə hücum başlandı - FOTO
Dünən, 16:00
Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
Dünən, 15:30
Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
Dünən, 14:14
Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?
Dünən, 14:05
“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik
Dünən, 13:55
Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR
Dünən, 12:07
Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ
Dünən, 12:04
Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
Dünən, 12:00
Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
Dünən, 11:55
Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
Dünən, 11:46
Son Dəqiqə! Buğda ehtiyatlarımız azaldı
Dünən, 11:42
“Bakıya Baş nazirin tapşırığına əsasən gəlmişəm” - Hindistanlı nazir
Dünən, 11:38
Ceyhun Bayramov Subrahmanyam Cayşankarı belə qarşıladı - FOTO
Dünən, 11:35
Prezident Hindistanın XİN başçısını qəbul etdi - FOTOLAR
Dünən, 11:31
Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
Dünən, 11:28
Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir
Dünən, 10:48
Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
Dünən, 09:43
Zelenski müsahibə zamanı ağladı
Dünən, 09:28
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
Dünən, 09:22
Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
Dünən, 09:00
Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...
22-10-2026, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
22-10-2026, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
22-10-2026, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
22-10-2026, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
22-10-2026, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
22-10-2026, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
22-10-2026, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib