Türkiyədəki soyuq hava bizə gəlir - Diqqət!
Hadise
Oxunub: 983
11 yan 2017 | 06:33
Türkiyədəki soyuq hava bizə gəlir - Diqqət!













“Türkiyədə, Rusiyanın Avropa hissəsində, Şərqi-Avropada müşahidə olunan soyuq havanın yaxın 1 həftə ərzində Azərbaycanda gəlmə ehtimalı var”.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov APA-ya bildirib ki, Atlantik okeanından gələn mülayim dəniz və şimaldan gələn mülayim-kontinental hava kütlələrinin qarşılaşması Türkiyədə, Rusiyanın Avropa hissəsində, Şərqi-Avropada güclü qarların yağmasına səbəb olub.

Onun sözlərinə görə, bu, mülayim kontinental hava kütlələrinin daha uzun müddətli hakim olmasının nəticəsidir: “Azərbaycanda isə atmosfer təzyiqi 750-755 millimetr civə sütunu civarındadır. Təzyiq get-gedə aşağı düşür və belə olduqda soyuq hava kütlələri Azərbaycana gələcək. Lakin ölkəmizə gələnə qədər onlar təsirini müəyyən qədər itirəcək. Çünki həmin hava kütlələri tərkibində olan qar, yağış buludlarının xeyli hissəsini itirərək gələcək. Məsələn, Türkiyədə, Rusiyanın Avropa hissəsindəki qar bizdə olmayacaq. Havanın temperaturu 3-5 dərəcə aşağı düşəcək və iqlim normasına uyğun olacaq”.

M.Həsənov vurğulayıb ki, ötən il yağıntının miqdarı bütün ölkə üzrə çoxillik normadan yüksək olub. Onun sözlərinə görə, temperatur həddi isə iqlim normasından 1 dərəcə aşağı müşahidə edilib: "Aylar üzrə götürdükdə isə sentyabr, oktyabr, noyabr aylarında daha çox fərq hiss olunub. Yağıntıların miqdarında yazda bir qədər çoxluq müşahidə edilib. Payız fəslində fərq daha kəskin şəkildə özünü büruzə verib. Son 25 ildə yağıntının belə çox olması qeydə alınmayıb. Yağıntıların çox olması nəticəsində 2016-cı il daha rütubətli il olub”.
Dünən, 16:00
Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
Dünən, 15:30
Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
Dünən, 14:14
Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?
Dünən, 14:05
“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik
Dünən, 13:55
Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR
Dünən, 12:07
Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ
Dünən, 12:04
Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
Dünən, 12:00
Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
Dünən, 11:55
Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
Dünən, 11:46
Son Dəqiqə! Buğda ehtiyatlarımız azaldı
Dünən, 11:42
“Bakıya Baş nazirin tapşırığına əsasən gəlmişəm” - Hindistanlı nazir
Dünən, 11:38
Ceyhun Bayramov Subrahmanyam Cayşankarı belə qarşıladı - FOTO
Dünən, 11:35
Prezident Hindistanın XİN başçısını qəbul etdi - FOTOLAR
Dünən, 11:31
Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
Dünən, 11:28
Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir
Dünən, 10:48
Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
Dünən, 09:43
Zelenski müsahibə zamanı ağladı
Dünən, 09:28
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
Dünən, 09:22
Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
Dünən, 09:00
Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...
22-10-2026, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
22-10-2026, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
22-10-2026, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
22-10-2026, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
22-10-2026, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
22-10-2026, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
22-10-2026, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib