Generalın daha bir cinayəti - Agentlərə çatmalı olan 1 milyonu mənimsəyib
Hadise
Oxunub: 857
6 yan 2017 | 09:15
Generalın daha bir cinayəti - Agentlərə çatmalı olan 1 milyonu mənimsəyib














Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri general-mayor Sübahir Qurbanov, general-mayor Teymur Quliyev, general-mayor Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə 2013-cü ilin oktyabr ayında xüsusi xərclər smetasından ayrılmış pul vəsaitindən 1 milyon manatın mənimsənilməsi ilə bağlı epizod məlum olub.

"Report"un məlumatına görə, ittiham aktında qeyd edilib ki, istintaq zamanı S.Qurbanov, F.Əliyev və qeyriləri tərəfindən MTN-nin Maliyyə idarəsinin kassasından xüsusi xərclər smetasından ayrılmış pul vəsaitlərindən 1 milyon manat guya muxtəlif agentlərə mükafat kimi verilməsi üçün götürülüb.
Lakin həmin pulların təyinatı üzrə xərclənməyərək, MTN əməkdaşları tərəfindən mənimsədikləri toplanan təkzibedilməz sübutlarla tam təsdiqini tapıb.
Belə ki, Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) istintaqa təqdim edilən 04.07.2016-cı il tarixli 4/1598 nömrəli xidməti araşdırmaya dair arayışından görünür ki, S.Qurbanovun verdiyi vəkalətnamələr əsasında baş idarənin əməkdaşları tərəfindən Maliyyə idarəsinin kassasından ümimilikdə 9 nəfər agentin birdəfəlik mükafatlandırılması üçün 1 milyon manat pul vəsaiti götürülüb.

Xidməti yoxlama zamanı müəyyən edilib ki, həmin agentlərin göstərilən yüksək məbləğlərdə (100.000-150.000 manat olmaqla) birdəfəlik pulla mükafatlandırılmaları üçün S.Qurbanov tərəfindən sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova məruzə edilib. Raportlarda göstərilən istiqamətlər üzrə əməliyyat mənbələrindən zəruri əməliyyat əhəmiyyətli məlumatlar alınmayıb və bu haqda müvafiq arayışlar tərtib edilməyib. Ümumiyyətlə isə həmin pul vəsaitlərinin MTN-in xüsusi xərclər smetasından ayırlmasının heç bir məqsədəuyğunluğu və əməliyyat zəruriliyi olmayıb və onlar təyinatı üzrə istifadə edilməyib. Həmin pul vəsaitlərini Maliyyə idarəsinin kassasından götürülüb, əməkdaşların bir qismindən izahatlar alınıb və sözügedən agentlərlə nəzarət görüşləri keçirilib.

Qeyd edək ki, S.Qurbanov Cinayət Məcəlləsinin 145.3, 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 320.1, 320.2, 341.2.1, 341.2.2, 341.2.3-cü maddələri ilə ittiham olunur.
Bu gün, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Bu gün, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Bu gün, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Bu gün, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Bu gün, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Bu gün, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Bu gün, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Bu gün, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Bu gün, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Bu gün, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Bu gün, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Bu gün, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Bu gün, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Bu gün, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Bu gün, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Bu gün, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Bu gün, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Bu gün, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Bu gün, 09:22
Çin lideri Makronu belə alçaldıb
Bu gün, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Bu gün, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!
Bu gün, 09:11
Bu tarix Ümumdünya Futbol Günü elan edildi
Bu gün, 09:05
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır
Bu gün, 09:01
"Atəşkəs əldə olunmasa, faciə baş verəcək"
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh