Arif Əsgərovun baldızı deputat oğluna 1,7 milyon dollar verməsindən danışdı – NÜANSLAR
Hadise
Oxunub: 1 237
8 apr 2017 | 13:15
Arif Əsgərovun baldızı deputat oğluna 1,7 milyon dollar verməsindən danışdı – NÜANSLAR











Lətifə Hüseynova: "Əhliman Əmiraslanovun oğlu "Banditizm”ə kefli halda gəldi, müstəntiqin yanında məni təhqir etməyə başladı”

Bu il dekabrın 21-də Legion saytında Bakı şəhər sakini Vüqar Bağırovun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti dərc olunub. Müraciətdə Vüqar Bağırov qeyd edir ki, o, 2011-ci ildə Emin Hüseynov adlı iş adamı ilə birgə fəaliyyətə başlayıb. "Mən onun MDB ölkələri və Türkiyə ərazisində həyata keçirilən bəzi layihələrində iştirak etmişəm. Onun sonuncu layihəsinin həyata keçirilməsi üçün mən Emin Hüseynova 3 milyon 500 min dollar ayırmışdım. Amma layihənin həyata keçirilməsi gecikirdi deyə, mən Emin Hüseynovdan pullarımı geri qaytarmasını tələb etdim. Emin cavab olaraq bildirdi ki, pullar onun qohumlarındadır. Mən bibim oğlu Azər Əmiraslanova (Azərbaycan Tibb Universitetinin keçmiş rektoru, Millət vəkili Əhliman Əmiraslanovun oğlu – red.) öz problemlərim haqqında danışarkən, o borcun qaytarılmasında mənə kömək edəcəyini vəd etdi. Həqiqətən də Azər Əmiraslanov Emin Hüseynovun qohumlarından mənə məxsus 3 milyon 500 min dolları ala bilib. Amma o, mənə cəmi təxminən 2 milyona yaxın dollar verib. Yerdə qalan 1 milyon 534 min dollar məbləğində pulu isə Azər Əmiraslanov mənimsəyib. Mən ona bizim qohumluq əlaqələrimiz barədə xatırlatdığımda isə Azər dedi ki, belə anlayışlar keçmişdə qalıb. "Bu gün hər kəs özünə cavabdehdi”,- Azər mənə dedi. Ailə üzvlərim öz narazılıqlarını bildirdikdə isə o dedi ki, 1 milyon yarım dollar onun payıdır. "Başqası bu işə görə daha çox götürərdi”, - deyə Azər Əmiraslanov bildirib. Son görüşümüz zamanı Azər Əmiraslanov bildirdi ki, əgər bir daha pul üçün müraciət etməyə cəhd etsəm, o məni həbsxanaya saldıracaq”,- deyə Vüqar Bağırovun müraciətində deyilir.

Onun Vüqar Bağırovun pulunu mənimsəyib-mənimsəmədiyini aydınlaşdırmaq üçün dəfələrlə Azər Əmiraslanov ilə əlaqə saxlamağa cəhd edib. Amma təəssüf ki, cəhdlərimiz nəticəsiz qaldı. Qeyd edək ki, bu günlərdə LEGİON-da "Arif Əsgərov oğlu naminə bacanağının övladlarını qurban verir?” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda bildirilirdi ki, DİN Baş DYPİ-nin rəisi Ramiz Zeynalovun qardaşıoğlu (və Tovuz RİH başçısı Tofiq Zeynalovun oğlu) Qoşqar Zeynalov Rahib İsmayıl oğlu Hüseynovu və Emin İsmayıl oğlu Hüseynovu milyonlarla dolları "atmaq” ittihamı ilə həbs etdirib və indi qardaşlar təcridxanada saxlanılır. Rahib və Emin Hüseynovların vəkili Sevil Hacıyeva LEGİON-a bildirmişdi: "Məsələ ondadır ki, istintaqa nəqliyyat nazirinin müavini Arif Əsgərovun oğlu Elnar Əsgərov da cəlb olunmalıdır. Elnar Əsgərov Qoşqar Zeynalovun bacanağıdır, eyni zamanda Rahib Hüseynovun xalası oğludur. Qoşqar Zeynalov 7 milyon ABŞ dollarını 2011-2012-ci illərdə faizlə, Rahib Hüseynov vasitəsilə Elnar Əsgərova verib. 2013-cü ildə isə Qoşqar Zeynalov Rahib Hüseynova pul vermədiyi barədə ifadə vermişdi, çünki Elnar Əsgərov o pulu özünün verəcəyini vəd etmişdi. Amma indi görünür Rahib Hüseynovu qurban vermək qərarına gəliblər”. Dekabrın 28-də LEGİON əməkdaşı A.Əsgərovun baldızı, yəni, Rahib və Emin Hüseynovların anası ilə Lətifə Hüseynova ilə əlaqə saxladı.

"Lətifə xanım, oğlunuz Eminin Vüqar Bağırova olan borcunu Azər Əmiraslanov tələb etmişdi sizdən?” – deyə soruşduq. "Bəli. Özüylə şəxsən görüşmüşəm, 2 il əvvəl "Banditizm”də Canpolad Daanovun kabinetində Azər Əmiraslanov kefli halda içəri girib məni təhqir etməyə başladı. Vüqar Bağırov özü mərifətli adamdır, Azəri sakitləşdirməyə çalışdı... amma Azər başladı ağzına gələni danışmağa. Bilinmir, içmişdi, ya çəkmişdi... Müstəntiq əsəbiləşib onu otaqdan bayıra çıxardı. Bu məsələdə Azər Əmiraslanov qabağa düşmüşdü, oğluma hədə-qoru gəlirdi ki, səni elə edərəm, belə edərəm. Sonra tez-tez onun köməkçisi Vüqar Cavadov bizə zəng edir, pulu tələb edirdi.

Eminin Vüqar Bağırova borcundan 1 milyon 700 min dollardan çox pulu bizim sürücü aparıb Azər Əmiraslanovun köməkçisi Vüqar Cavadova verdi. Qalan pulu isə Azər Əmiraslanov qaynım Arif Əsgərovdan aldı. Sonra öyrəndim ki, Azər Əmiraslanov bu pulun böyük hissəsini mənimsəyib. Mənim Vüqar Bağırovdan heç bir narazılığım yoxdur, çünki özünü bizə qarşı həmişə hörmətlə aparıb”, - deyə L.Hüseynova bildirdi. Biz Vüqar Cavadovun mobil nömrəsini əldə edərək, özüylə əlaqə saxladıq. Sualımıza keçməmiş, LEGİON-dan olduğumuzu eşidən V.Cavadov "mən indi tədbirdəyəm, sonra sizə yığaram” deyib dəstəyi asdı. Sonra isə Vüqar Cavadovla danışa bilmədik.


Arif Əsgərovun baldızı deputat oğluna 1,7 milyon dollar verməsindən danışdı – NÜANSLAR
Arif Əsgərovun baldızı deputat oğluna 1,7 milyon dollar verməsindən danışdı – NÜANSLAR
Arif Əsgərovun baldızı deputat oğluna 1,7 milyon dollar verməsindən danışdı – NÜANSLAR



Dünən, 16:00
Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
Dünən, 15:30
Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
Dünən, 14:14
Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?
Dünən, 14:05
“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik
Dünən, 13:55
Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR
Dünən, 12:07
Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ
Dünən, 12:04
Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
Dünən, 12:00
Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
Dünən, 11:55
Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
Dünən, 11:46
Son Dəqiqə! Buğda ehtiyatlarımız azaldı
Dünən, 11:42
“Bakıya Baş nazirin tapşırığına əsasən gəlmişəm” - Hindistanlı nazir
Dünən, 11:38
Ceyhun Bayramov Subrahmanyam Cayşankarı belə qarşıladı - FOTO
Dünən, 11:35
Prezident Hindistanın XİN başçısını qəbul etdi - FOTOLAR
Dünən, 11:31
Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
Dünən, 11:28
Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir
Dünən, 10:48
Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
Dünən, 09:43
Zelenski müsahibə zamanı ağladı
Dünən, 09:28
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
Dünən, 09:22
Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
Dünən, 09:00
Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...
22-10-2026, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
22-10-2026, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
22-10-2026, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
22-10-2026, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
22-10-2026, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
22-10-2026, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
22-10-2026, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib