Bakıda antiterror tədbiri - ənənəvi Yeni il konserti təxirə salındı
Hadise
Oxunub: 1 076
29 dek 2016 | 07:20
Bakıda antiterror tədbiri - ənənəvi Yeni il konserti təxirə salındı












Dünyanı cənginə alan teraktlar ölkəmizi də təhdid edir;

Azərbaycan hüquq-mühafizə orqanları bir saylı hazırlıq vəziyyətinə gətirilib

Paytaxtda və ətraf bölgələrdə dekabrın 31-də nəzərdə tutulmuş bayram konsertləri ləğv olunub. Bu qərar dekabrın 27-də Səngəçal qəsəbəsində qaz kəmərində güclü partlayışdan sonra verilib. Ona görə də diqqətdən kənar qalmayıb.

Bakıda illərdir ki, dekabrın 31-də Yeni il bayramı ilə əlaqədar Dənizkənarı Milli Parkda ənənəvi konsert proqramı keçirilir. Hətta ötən il Xəzərdə neftçilərin faciəli ölümündən sonra da konsert proqramı təxirə salınmadı. İctimaiyyətdən faciə ilə əlaqədar gələn sərt təpkilər də qulaqardına vuruldu. Bəs bu il nə baş verdi ki, ənənəvi konsert proqramı təxirə salınıb? Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov aznews.az-a açıqlamasında bu suallara aydınlıq gətirməkdən yayınıb. Bildirib ki, bu günə kimi parkda keçirilən konsert layihələrinə Bakı Şəhər İcra Hakimiyyəti cavadehlik daşıyıb: "Konsertin keçirilməməsinin səbəbini də onlar bilir”.

BŞİH-dən konsertin təxirə salınması ilə bağlı hər hansı bir açıqlama verilməyib. Ümumilikdə isə bulvarda kütləvi tədbirlərin təxirə salınması başadüşüləndir. Dünyada qlobal xarakter almış terrorçuluğun və ekstremizmin doğurduğu problemlər bizim regionumuzda da tüğyan edir. Türkiyədə tez-tez partlayış olur, Yaxın Şərqdə terrorlar, güllə səsləri səngimir. Azərbaycanın adı tez-tez müxtəlif dövlətlərin xarici işlər nazirliklərinin öz vətəndaşlarına müraciətlərində terror təhdidi və riski yüksək olan ölkələr sırasında çəkilir.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) son 2 ayda Azərbaycanda 3 İŞİD-çini məhv edib, bir neçəsini həbs edib. Səngəçalda magistral qaz borularında partlayış baş verən ərazinin yaxınlığında bir müddət əvvəl DTX əməkdaşları tərəfindən 2 İŞİD üzvü öldürülmüşdü. Qeyd edək ki, DTX-nin 2 ay əvvəl keçirdiyi əməliyyatla bağlı yaydığı məlumatda zərərsizləşdirilən şəxslərin Azərbaycanda terror əməlləri planlaşdırdıqları xüsusi vurğulanırdı.

Bir müddət əvvəl isə DTX rəisi, general-leytenant Mədət Quliyev mətbuata açıqlamasında Azərbaycanı terror təhdidlərindən qorumaq üçün bütün preventiv addımların atıldığını deyib. Görünür, Azərbaycan hüquq-mühafizə və xüsusi xidmət orqanlarında elə informasiyalar var ki, kütləvi tədbirlərin təxirə salınması vacib bilinib. İndiyədək ölkəmizin xüsusi xidmət orqanları paytaxt Bakıda və bölgələrdə bir neçə antiterror əməliyyatları həyata keçirib. Lakin dünyada və bölgəmizdə terrorçuluğun artan xətlə inkişafı bu arxayınçılığı istisna edir. /// musavat.com
Dünən, 16:00
Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
Dünən, 15:30
Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
Dünən, 14:14
Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?
Dünən, 14:05
“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik
Dünən, 13:55
Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR
Dünən, 12:07
Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ
Dünən, 12:04
Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
Dünən, 12:00
Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
Dünən, 11:55
Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
Dünən, 11:46
Son Dəqiqə! Buğda ehtiyatlarımız azaldı
Dünən, 11:42
“Bakıya Baş nazirin tapşırığına əsasən gəlmişəm” - Hindistanlı nazir
Dünən, 11:38
Ceyhun Bayramov Subrahmanyam Cayşankarı belə qarşıladı - FOTO
Dünən, 11:35
Prezident Hindistanın XİN başçısını qəbul etdi - FOTOLAR
Dünən, 11:31
Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
Dünən, 11:28
Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir
Dünən, 10:48
Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
Dünən, 09:43
Zelenski müsahibə zamanı ağladı
Dünən, 09:28
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
Dünən, 09:22
Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
Dünən, 09:00
Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...
22-10-2026, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
22-10-2026, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
22-10-2026, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
22-10-2026, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
22-10-2026, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
22-10-2026, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
22-10-2026, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib