Kamran Əliyev yol polisinə görə maşınını yandıran Qarabağ əlilindən danışdı
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Qax rayon sakini, Qarabağ qazisi Bəxtiyar Bayramovun öz avtomobilini yandıraraq, yol polisini ittiham etməsinə münasibət bildirib.
K.Əliyev Ölkə.Az-a açıqlamasında bildirib ki, sözügedən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyinə görə cərimə olunub:
"Nə avtomobili, nə də sürücülük hüququ onun əlindən alınmayıb. Çünki sürücülük vəsiqəsi yoxdur. Bu ilin yayında nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yol-nəqliyyat hadisəsi törətdiyinə görə Qax Rayon Məhkəməsi tərəfindən 400 manat cərimə olunması barədə qərar çıxarılıb. Cəriməni vaxtında ödəmədiyinə görə həmin məbləğin üzərinə də dəbbə gəlib. Dəbbə pulu ilə birlikdə 640 manat məbləğ təşkil edib. Vətəndaşın hansı səbəbdən avtomobilini yandırdığını deyə bilmərəm. Bizim Qarabağ müharibəsi iştirakçılarına, veteranlarına, xüsusilə də əlillərə böyük hörmətimiz var. Amma Qarabağ əlili də düzgün hərəkət etməyib. Yol kənarında avtomobilə od vurmaqla digər hərəkət iştirakçılarının da həyatını təhlükədə qoyub. O avtomobil yanan vaxt istənilən an partlayışa səbəb ola bilərdi. Onun partlaması nəticəsində digər insanlar da xəsarət ala bilərdilər. Məsələ burasındadır ki, həmin şəxs məhkəmənin qərarıyla sürücülük hüququ olmadığına görə cərimə olunub. Məhkəmənin qərarı onda icra olunur ki, rəsmi qaydada həmin qərar yol polisinə daxil olsun. Bunu sivil formada da həll etmək olardı. Sadəcə, məhkəmənin qərarını gözləmək lazım idi".
Xatırladaq ki, B.Bayramov idarə etdiyi 16-BA-253 dövlət qeydiyyat nömrə nişanlı “VAZ 2109” markalı avtomobilini yandırıb və bunu yol polisinin ona qarşı haqsızlığıyla əlaqələndirib. Qarabağ qazisi həmçinin Qax rayon DYP-nin rəisi Ayaz Məmmədovu və əməkdaşlarını rüşvətdə ittiham edib.
Dünən, 16:00
Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
Dünən, 15:30
Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
Dünən, 14:14
Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?
Dünən, 14:05
“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik
Dünən, 13:55
Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR
Dünən, 12:07
Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ
Dünən, 12:04
Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
Dünən, 12:00
Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
Dünən, 11:55
Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
Dünən, 11:46
Son Dəqiqə! Buğda ehtiyatlarımız azaldı
Dünən, 11:42
“Bakıya Baş nazirin tapşırığına əsasən gəlmişəm” - Hindistanlı nazir
Dünən, 11:38
Ceyhun Bayramov Subrahmanyam Cayşankarı belə qarşıladı - FOTO
Dünən, 11:35
Prezident Hindistanın XİN başçısını qəbul etdi - FOTOLAR
Dünən, 11:31
Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
Dünən, 11:28
Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir
Dünən, 10:48
Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
Dünən, 09:43
Zelenski müsahibə zamanı ağladı
Dünən, 09:28
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
Dünən, 09:22
Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
Dünən, 09:00
Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...
22-10-2026, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
22-10-2026, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
22-10-2026, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
22-10-2026, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
22-10-2026, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
22-10-2026, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
22-10-2026, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib