FHN-də biabırçılıq: yanğınsöndürənlər yanğın yerinə susuz gəldilər, ev külə döndü (VİDEO)
Sosial şəbəkələrdə ötən həftə Lənkəran rayonunun Boladi kəndində fərdi yaşayış evində baş verən yanğının görüntüləri yayılıb. Yayılan məlumatlarda iddia olunur ki, yanğını söndürmək üçün hadisə yerinə gələn yanğınsöndürəndə su olmayıb.
Ev sahibi Vüqar Nəsirov hadisənin təfərrüatını danışıb. Onun sözlərinə görə, hadisə yerinə ümumilikdə üç yanğınsöndürən maşın gəlib. Lakin o, yanğınsöndürən maşınların hadisə yerinə gec çatdıqlarını iddia edib: "Birinci yanğınsöndürən maşın gələndən sonra dedim ki, "yuxarıya çıxın, buradan söndürmək daha asan olar". Uzun mübahisələrdən sonra özüm çıxdım evin damına. Şlanqları aldım onlardan, başladım söndürməyə. Demək olar ki, söndürmüşdüm. Lakin yanğınsöndürənin suyu qutardı. İkinci yanğınsöndürən gəldi, şlanqları çıxardılar, bir də gördülər ki, su yoxdu. Alov da yenidən genişləndi, o qədər genişləndi ki, heç qarşısını da almaq olmadı. Susuz gələn yanğınsöndürən yaxınlıqdakı kanaldan su götürməyə başladı. Sonra Masallıdan üçüncü yanğınsöndürən gəldi. Onun suyu olsa da, artıq gec idi. Ev tamami ilə yanmışdı".
Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən (RDYMH) report-a bildirilib ki, yanğın güclü olduğundan hadisə yerində su çatışmazlığı yaranıb: "Dekabrın 8-də Lənkəran rayonunun Boladi kəndi ərazisində, Vuqar Rəfail oğlu Nəsirova məxsus yaşayış evində baş verən yanğının söndürülməsi zamanı yaranan su çatışmazlığı alovun güclü olmasından irəli gəlib".
RDYMH-dən, həmçinin məlumat verilib ki, ümumi sahəsi 400 kvadratmetr olan ikimərtəbəli tikilinin mansar hissəsində yanğın olması barədə növbətçi hissəyə 12.49 dəqiqədə məlumat daxil olub: "Məsafə nəzərə alınaraq hadisə yerinə ilk olaraq 13.01 dəqiqədə Liman Yanğından Mühafizə Bölməsinin şəxsi heyəti və 5 ton su tutumu olan yanğınsöndürən maşını çatıb. Yanğınsöndürənlər hadisə yerinə çatanda alov yaşayış evinin mansar hissəsini tamamilə bürüyüb. Lənkərandan çıxan ikinci heyət isə 13.18-də 6 ton su tutumu olan yanğınsöndürən maşınla hadisə yerində olub. Dərhal yanğının lokallaşdırılması istiqamətində tədbirlər görülüb. Yanğının mürəkkəbliyi və əlverişsiz hava şəraiti nəzərə alınaraq Masallı RDYM hissəsindən kömək istənilib. Daha bir yanğınsöndürən maşın Lənkərandan gəlməklə, ümumilikdə yanğının söndürülməsinə şəxsi heyətlə birlikdə 4 maşın cəlb edilib. Yanğın 15.52-də tam olaraq lokallaşdırılıb. Ümumi sahəsi 400 kvadratmetr olan ikimərtəbəli tikilinin birinci mərtəbəsi müxtəlif boya və plastik materiallarla birlikdə xilas edilib. Alovun belə sürətlə yayılmasının və güclənməsinin əsas səbəbi hadisə barədə gec məlumat verilməsidir. Ev sahibi ətrafdakıların köməyi ilə yanğını söndürməyə çalışıb". (report)
Dünən, 16:00
Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
Dünən, 15:30
Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
Dünən, 14:14
Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?
Dünən, 14:05
“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik
Dünən, 13:55
Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR
Dünən, 12:07
Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ
Dünən, 12:04
Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
Dünən, 12:00
Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
Dünən, 11:55
Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
Dünən, 11:46
Son Dəqiqə! Buğda ehtiyatlarımız azaldı
Dünən, 11:42
“Bakıya Baş nazirin tapşırığına əsasən gəlmişəm” - Hindistanlı nazir
Dünən, 11:38
Ceyhun Bayramov Subrahmanyam Cayşankarı belə qarşıladı - FOTO
Dünən, 11:35
Prezident Hindistanın XİN başçısını qəbul etdi - FOTOLAR
Dünən, 11:31
Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
Dünən, 11:28
Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir
Dünən, 10:48
Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
Dünən, 09:43
Zelenski müsahibə zamanı ağladı
Dünən, 09:28
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
Dünən, 09:22
Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
Dünən, 09:00
Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...
22-10-2026, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
22-10-2026, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
22-10-2026, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
22-10-2026, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
22-10-2026, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
22-10-2026, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
22-10-2026, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib