Cəbhədən əhaliyə bəd xəbər döyüş yenidən başladı - itki var - Adlar - ALLAH bizim əsgərləri qorusun
Hadise
Oxunub: 30 026
3 dek 2016 | 07:26
Cəbhədən əhaliyə bəd xəbər döyüş yenidən başladı - itki var - Adlar - ALLAH bizim əsgərləri qorusun








Qarabağda bir günlük ağır müharibə: düşmən itki verdi - Adlar

Dekabrın 2-də cəbhə xəttində bir günlük müharibə baş verdi; Sülh danışıqlarından qaçan və təmas xəttində vəziyyəti gərginləşdirməkdə maraqlı olan Ermənistan tərəfi bir günlük müharibədə ağır zərbə alaraq geri çəkilməli oldu...

Politika.Az-ın Analitik Mərkəzinin yaydığı məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 56 dəfə pozub.

Ermənistanın İcevan rayonunun Paravakar, Noyemberyan rayonunun Dovex kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə və Kəmərli kəndində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Ağbulaq kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Şirvanlı, Çıraqlı, Cəvahirli, Yusifcanlı, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Füzuli və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Müdafiə Nazirliyi cəbhə bölgəsində düşmənlə təmas xəttində gərginliyin yaranması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, erməni silahlı bölmələrinin təxribatlarının qarşısı qətiyyətlə alınır.

Politika.Az xəbər verir ki, bir günlük savaşda Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində bir neçə erməni əsgər yaralanıb. Onların işğalçı ordunun nəzarəti altındakı Xocavənd rayonunda güllə yarası aldıqları bildirilir.

Ermənistan Müdafiə Nazirliyi Mərkəzi Hərbi Klinik Hospitalının direktoru Aram Asaturyan bildirib ki, yaralanmış əsgərlərdən ikisinin vəziyyəti ağırdır, onların həyati təhlükəsi var.

Məlumata görə, ağır yaralanmış hərbçilər 24 yaşlı Xadjik Badalyan və 19 yaşlı Karapet Mikaelyandır. Onlardan biri qarın nahiyəsisindən və sağ budundan qəlpə yaraları alıb.

Digərinin başından yaralandığı söylənilir. Erməni hərbçilərin hansı şəraitdə yaralandığı barədə hələ ki rəsmi məlumat açıqlanmasa da, sosial şəbəkələrdə hadisənin Azərbaycan tərəfinin açdığı atəş nəticəsində baş verdiyi bildirilir.

Politika.Az xəbər verir ki, hər iki hərbçinin Xankəndindəki hospitaldan Yerevandakı hərbi xəstəxanaya aparıldığı qeyd olunur. Daha bir erməni əsgərin isə Xankəndi hospitalında olduğu bildirilir. Ermənistan tərəfi hələ ki yaralı sayının neçə nəfər olduğunu rəsmən açıqlamayıb.

Ermənistanın bəzi informasiya saytları isə ölkə rəhbərliyinə daxil olan bir sıra rəsmilərin Qarabağdakı situasiya ilə bağlı təşvişə düşdükləri barədə xəbərlər yayıblar. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan özünün Facebook səhifəsində Azərbaycanla təmas xəttində atışmanın ara-sıra davam etdiyini bildirsə də, situasiyanın təhlükəli olmadığını vurğulayıb.

Xatırladaq ki, Ermənistanın bəzi KİV-ləri və sosial şəbəkələrində yayılan məlumata görə, ötən gün Qarabağda bir neçə erməni hərbçi ağır ayaralanıb. Hələlik rəsmilər onların dəqiq sayını açıqlamasalar da, 2 əsgərin ağır durumda olduğu rəsmən etiraf olunub.

Politika.Az xatırladır ki, Ermənistan prezidentinin mətbuat xidmətinin rəhbəri Vladimir Akopyan Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılmasının müzakirə mövzusu olmadığını bildirib. O, bir şərtlərinin olduğunu deyib. "Hansısa ərazinin qaytarılması məsələsi Qarabağın statusunun müəyyənləşdirilməsi halında müzakirə oluna bilər”, - o qeyd edib.

Ermənistan prezidenti Serj Sərkisyan "Rusiya bu gün” agentliyinə müsahibəsində qeyd etmişdi ki, Qarabağın statusunun müəyyən edilməsi şərti ilə yeddi rayonun qaytarılmasını nəzərdə tutan sənəd mövcud olub, lakin Bakı bununla razılaşmayıb.

Ermənistan rəhbərliyinin yenidən əvvəlki mövqelərinə qayıdaraq, sülh danışıqlarını dalana salmaq cəhdləri müşahidə olunur. Halbuki, aprel müharibəsindən sonra ərazilərin qaytarılması və münaqişənin həll olunması istiqamətində ciddi irəliləyişin olduğu deyilirdi.
Bu gün, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Bu gün, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Bu gün, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Bu gün, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Bu gün, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Bu gün, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Bu gün, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO