Azərbaycanda oğlan dostları ilə birgə sevdiyi qızı oğurladı, təcavüz etdi və... – TƏFƏRRÜAT
Hadise
Oxunub: 1 194
3 dek 2016 | 05:58
Azərbaycanda oğlan dostları ilə birgə sevdiyi qızı oğurladı, təcavüz etdi və... – TƏFƏRRÜAT











Qız qaçırmaqda ittiham olunan Şəmkir rayon sakiniləri – 1985-ci il təvəllüdlü Afiq Hüseynov və 1987-ci il təvəllüdlü Daşqın Abbasov və Ceyhun Qarayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Şəmkir rayonunun Seyfəli kəndində yaşayan, 1994-cü il təvəllüdlü Xədicə Mehdiyeva (ad və soyad şərti verilib) Daşqın Abbasovun evlilik təklifinə rədd cavabı versə də, sonuncu inadından dönməyib.

Daşqın Abbasov qohumu Afiq Hüseynov ilə evlənmək məqsədilə Xədicə Mehdiyevanı oğurlamaq qərarına gəlib.

Bu niyyətlə Daşqın Abbasov və Afiq Hüseynov 27 sentyabr 2013-cü il tarixdə saat 13 radələrində Ceyhun Qarayevin idarə etdiyi "VAZ-2101” markalı 21-BA-283 dövlət nömrə nişanlı avtomaşınla Şəmkir rayonunun Çinarlı qəsəbəsinə gəliblər. Orada Xədicə Mehdiyevanın avtobus dayanacağında tək dayandığını görən gənclər onu zorla avtomobilə mindiriblər.

Daşqın Abbasov Xədicəni uzaq qohumu olan Elşən Zamanovun Şəmkir şəhəri, M.Qəhrəmanov küçəsi 34 nömrəli evinə gətirib.

Daşqın Abbasov Afiq Hüseynovla birlikdə Xədicə Mehdiyevanı zorla avtomaşından düşürüb sözügedən evə aparıblar. Daşqın Abbasov Xədicədən könüllü qoşulub gəlməsi barədə ərizə yazmağa tələb edib. Xədicə Mehdiyeva onların hərəkətlərinə etiraz edərək gətirildiyi evin qab-qacaq şkafından mətbəx bıçağını götürüb və özünə xəsarət yetirmək istəyib.

Daşqın Abbasov cəld hərəkət etməklə Xədicənin əlindən bıçağı alıb. Bunu görən ev sahibi Elşən Zamanov və ailə üzvləri Xədicə Mehdiyevanın evlərindən aparılmasını tələb ediblər.

Bundan sonra Daşqın Abbasov cinayət əlaqəsində olduğu Afiq Hüseynovla birlikdə Xədicə Mehdiyevanı öz evinə qaytarmaq bəhanəsi ilə aldadaraq taksi ilə Şəmkir rayonunun Çənlibel kəndində yaşayan bibisi Şüküfə Kazımovanın evinə aparıb.
Orada Daşqın Abbasov Xədicə Mehdiyevadan anasına zəng edərək qoşularaq qaçdığını deməyi tələb edib. Xədicə Mehdiyeva onun bu tələbinə əməl etməyib.

Daşqın Abbasov düşünüb ki, əgər Xədicə ilə cinsi əlaqədə olarsa, o, evlənmək məcburiyyətində qalacaq. Bu səbəbdən Daşqın Abbasov Xədicə ilə zorla cinsi əlaqədə olmaq qərarına gəlib.

O, Xədicə Mehdiyevanı evin ikinci mərtəbəsində yerləşən otağa salaraq qapını arxadan bağlayıb. Sonra qızın çarpayın üzərinə uzanmağı tələb edib.

Xədicə onun niyyətini başa düşüb və tələbini yerinə yetirməkdən imtina edib. O, Xədicə Mehdiyevaya qarşı fiziki zor tətbiq etməklə çarpayı üzərinə yıxıb. Sonra onunla zorla cinsi əlaqədə olmaq istəyib. Amma Xədicə müqavimət göstərdiyi üçün Daşqın Abbasov onunla cinsi əlaqədə ola bilməyib. Həmin vaxt Daşqın Abbasov Xədicə Mehdiyevaya bədən xəsarətləri yetirib.

Xədicə Mehdiyevanın valideynlərinin şikayətindən sonra Daşqın Abbasov, Afiq Hüseynov və Ceyhun Qarayev məsuliyyətə cəlb olunublar.

Daşqın Abbasov Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu törətmək), 29, 149.1-ci (zorlamaya cəhd) maddələri ilə, Afiq Hüseynov və Ceyhun Qarayev isə Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə ittiham ediliblər.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Onların barəsində 7 il 7 ay 18 gün müddətinə şərti cəza təyin edilib.

Hökmdən prokurorluq apelyasiya protesti verib. Prokurorluq protestində təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyib.

Prokurorluğun protesti baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya instansiyasında işi hakim Çingiz Məmmədov araşdırıb.

Hakim heyəti prokurorluğun protestini təmin edib və Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünü ləğv edib, yeni hökm çıxarılıb.

Yeni hökmə əsasən, Daşqın Abbasov 10 il, Afiq Hüseynov 8 il müddətinə azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalında həbs ediliblər. Ceyhun Qarayev isə şərti cəza alıb.


teleqraf.com
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Dünən, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Dünən, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Dünən, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Dünən, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Dünən, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Dünən, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Dünən, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
1-05-2024, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
1-05-2024, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
1-05-2024, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
1-05-2024, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
1-05-2024, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
1-05-2024, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
1-05-2024, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"