“Sədərək” bazarında şok
Hadise
Oxunub: 2 987
21 okt 2016 | 05:18
“Sədərək” bazarında şok








“Sədərək” bazarında İŞİD xofu - Sensasion faktlara

Oktyabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hüquq-mühafizə orqanları ilə birgə “Sədərək” Ticarət Mərkəzində yerləşən dini təyinatlı ədəbiyyatın və əşyaların satışı ilə məşğul olan 6 mağazada monitorinq keçirib

Politika.Az-a verilən məlumata görə, reyd zamanı bəzi mağazaların dini təyinatlı ədəbiyyat və dini məzmunlu başqa məmulatların satışı ilə məşğul olması üçün DQİDK-dan müvafiq razılıq almadığı məlum olub.

Habelə, bəzi mağazalarda satılan dini təyinatlı ədəbiyyat nümunələrinin nəzarət markası ilə markalanmadığı, eləcə də həmin mağazaların ətrafında dini atributların asıldığı aşkar edilib.

Bildirək ki, qeydə alınmış qanun pozuntuları hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada sənədləşdirilib.

Hazırda aşkar edilmiş qanun pozuntuları ilə bağlı müvafiq araşdırmalar davam etdirilir. Bu reyd əslində dini ekstremizmə qarşı mübarizənin tərkib hissəsidir.

“Sədərək” yarmarkasında vəhhabilərin olması haqda hələ 2014-cü ildə həyəcan təbili çalınmışdı. Şeyxin qardaşı, millət vəkili Cavanşir Paşazadə demişdi ki, bazarda vəhabilər var:

“Azərbaycan böyük ticarət mərkəzlərində , o cümlədən Sədərək bazarında vəhhabi təriqətinə mənsub insanlar çoxluq təşkil edir və həmin yerlərdə hüquq -mühafizə orqanları nəzarəti gücləndirməlidirlər.

Bəzi şəxslərin siyahısı tutularaq, barələrində şəxsi məlumatlar qeydə alınıb. O zaman ANS məlumat yaymışdı ki, Sədərək ticarət mərkəzinin rəhbərliyi isə vəziyyətin nəzarətdə olduğunu deyir. Sədərəkdə vəhhabi təriqətinə mənsub şəxslərin siyası hazırlanıb və onların sayı 38 nəfər idi.

O zaman musavat.com da yazmışdı ki, “Sədərək” rəhbəri Yusif Qədimbəylinin siyasi oyunlarda iştirakı və vəhhabilərlə iş birliyi üzə çıxıb.

İş adamı obyektində Dağıstan və Çeçenistandan gələn radikal təmayüllü şəxslərə qucaq açıb. İki il sonra komitənin qanunsuz dini ədəbiyyatı məhz bu bazarda aşkarlaması da bu iddiaları gücləndirir. Yarmarka rəhbərliyinin mövqeyini dərc etməyə hazırıq.
Dünən, 16:00
Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
Dünən, 15:30
Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
Dünən, 14:14
Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?
Dünən, 14:05
“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik
Dünən, 13:55
Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR
Dünən, 12:07
Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ
Dünən, 12:04
Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
Dünən, 12:00
Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
Dünən, 11:55
Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
Dünən, 11:46
Son Dəqiqə! Buğda ehtiyatlarımız azaldı
Dünən, 11:42
“Bakıya Baş nazirin tapşırığına əsasən gəlmişəm” - Hindistanlı nazir
Dünən, 11:38
Ceyhun Bayramov Subrahmanyam Cayşankarı belə qarşıladı - FOTO
Dünən, 11:35
Prezident Hindistanın XİN başçısını qəbul etdi - FOTOLAR
Dünən, 11:31
Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
Dünən, 11:28
Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir
Dünən, 10:48
Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
Dünən, 09:43
Zelenski müsahibə zamanı ağladı
Dünən, 09:28
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
Dünən, 09:22
Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
Dünən, 09:00
Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...
22-10-2026, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
22-10-2026, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
22-10-2026, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
22-10-2026, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
22-10-2026, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
22-10-2026, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
22-10-2026, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib