Həbsdəki general Eldar Mahmudovu ələ verdi: “Onun göstərişi ilə etmişəm...”
Ləğv edilmiş MTN-in Monitorinq Mərkəzinin keçmiş rəhbəri, hazırda həbsdə olan general Teymur Quliyev istintaq zamanı rəhbərlik etdiyi mərkəzin sahibkarların telefon danışıqlarını nazir Eldar Mahmudovun yazılı icazəsi, habelə idarə rəisi Akif Çovdarovun göstərişi ilə həyata keçirdiyini bildirib.
Virtualaz.org xəbər verir ki, general Quliyev Akif Çovdarovun barəsində qaldırılmış cinayət işində şahid qismində dindirilib. Onu sahibkarlar Elşad Abdullayev, Vüqar Əliyev və digərlərinin telefonlarının qanunsuz dinlənilməsi epidozu üzrə dindiriblər.
T.Quliyev bildirib ki, telefonların dinlənilməsi barədə tapşırıq ona rəsmi qaydada, göstəriş vərəqələrində çatdırılıb. Lakin telefonların hansı əsasla dinlənildiyini araşdırmaq və buna icazə verən məhkəmə qərarının olub-olmadığını yoxlamaq onun səlahiyyətində deyildi. Generalın bildirdiyinə görə, həmin sahibkarların telefon danışıqlarının dinlənilməsinin təşəbbüskarı MTN-də Çovdarovun rəhbərlik etdiyi idarənin məsul əməkdaşı Azər Əliyev olub. Və tapşırıq Çovdarovun özü tərəfindən təsdiqlənib. T.Quliyev bildirib ki, mərkəzin əməkdaşları telefon danışıqlarının dinlənilməsinin nəticələrini Çovdarovun idarəsinə təqdim edirdi. Generalın bildirdiyinə görə, telefonların dinlənilməsi nazir Eldar Mahmudovun özünün icazəsi olmadan həyata keçirilə bilməzdi.
Habelə T.Quliyev sahibkar Allahverdiyev Səhrab Mustafa oğlunun telefonlarının dinlənilməsinə dair göstərişi MTN-in idarə rəisi, general Sübahir Qurbanovdan aldığını bildirib.
Monitorinq Mərkəzinin hazırda həbsdə olan əməkdaşı Fərhad Atayev də ifadəsində telefon danışıqlarının dinlənilməsini nazir E.Mahmudovun xüsusi icazəsi ilə həyata keçiriblər. Monitorinq Mərkəzinin digər əməkdaşı Anar Verdiyev isə etiraf edib ki, onların praktikasında telefon nömrələrinin qeyri-rəsmi dinləməyə qoyulması mövcud olub. Və bu barədə tapşırıqları rəisi Teymur Quliyevdən alıb. Verdiyev T.Quliyevin ona azı 10 telefon nömrəsini qeyri-rəsmi dinləməyə qoşmaq barədə göstəriş verdiyini deyib.
Dünən, 16:00
Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
Dünən, 15:30
Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
Dünən, 14:14
Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?
Dünən, 14:05
“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik
Dünən, 13:55
Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR
Dünən, 12:07
Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ
Dünən, 12:04
Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
Dünən, 12:00
Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
Dünən, 11:55
Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
Dünən, 11:46
Son Dəqiqə! Buğda ehtiyatlarımız azaldı
Dünən, 11:42
“Bakıya Baş nazirin tapşırığına əsasən gəlmişəm” - Hindistanlı nazir
Dünən, 11:38
Ceyhun Bayramov Subrahmanyam Cayşankarı belə qarşıladı - FOTO
Dünən, 11:35
Prezident Hindistanın XİN başçısını qəbul etdi - FOTOLAR
Dünən, 11:31
Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
Dünən, 11:28
Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir
Dünən, 10:48
Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
Dünən, 09:43
Zelenski müsahibə zamanı ağladı
Dünən, 09:28
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
Dünən, 09:22
Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
Dünən, 09:00
Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...
22-10-2026, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
22-10-2026, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
22-10-2026, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
22-10-2026, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
22-10-2026, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
22-10-2026, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
22-10-2026, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib