Neft meydançasında baş verən qəza ilə bağlı cinayət işi başlanıb
Hadise
Oxunub: 1 262
24 okt 2014 | 14:22
Neft meydançasında baş verən qəza ilə bağlı cinayət işi başlanıbNeft meydançasında baş verən qəza ilə bağlı cinayət işi başlanıb.

Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Məlumata görə, baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma - ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Qeyd edək ki, oktyabrın 23-də saat 12.00 radələrində "Azneft" İstehsalat Birliyi N. Nərimanov adına NQCİ-nin ərazisində yerləşən 441 saylı qəzalı meydançada təmir işləri aparılarkən uçqun baş verib.
Uçqun nəticəsində meydançada olan vaqon evcik dənizə düşüb, meydançanın üstündən keçən 700 diametrlik boru kəməri qırılıb və yanğın baş verib. Saat 12.45 radələrində yanğın söndürülüb.
Uçqun zamanı ərazidə cəmi 41 nəfər işçi olub. Hadisə baş verəndən dərhal sonra qəza xilasetmə briqadası tərəfindən görülən operativ tədbirlər nəticəsində 37 nəfər ərazidən çıxarılaraq "Orion-15" və "PSK-52" gəmiləri vasitəsi ilə sahilə gətirilib.
Baş vermiş qəza nəticəsində itkin düşmüş 4 nəfər işçidən üçünün cəsədi hadisə yerindən 2 kilometr aralıda tapılaraq sahilə çıxarılıb.

İtkin düşmüş 1 nəfərin axtarışı isə xilasedicilər tərəfindən davam etdirilir.
Dünən, 16:00
Kreml və Tehran zəiflədi, rəqib bu ölkədir - ABŞ
Dünən, 15:30
İllər sonra Suriyadan Türkiyəyə ilk yüksək səviyyəli səfər
Dünən, 14:29
Metroda qadına qarşı əxlaqsız hərəkətlər etdi - Həbs olundu
Dünən, 13:19
AZAL-ın üç reysi Bakıya çatıb - YENİLƏNİB
Dünən, 13:15
Valideynlərdən Səhiyyə Nazirliyinə etiraz - Yeni dərmanlar ölümə səbəb olur?
Dünən, 12:55
Hökumə Əliyevanın həyatı film olur
Dünən, 12:50
Qərbi Azərbaycan İcması TƏCİLİ BƏYANAT YAYDI
Dünən, 12:46
Prezident Əbu-Dabidə açılış mərasimində - Foto
Dünən, 12:05
Fransa səfiri İran XİN-ə çağrıldı - Nota verildi
Dünən, 12:01
Los-Ancelesdəki yanğınlarla bağlı ŞOK: Belə yandırdılar - FOTO
Dünən, 11:39
20 Yanvar günü iş olacaq?
Dünən, 11:34
Bələdiyyələrin birləşməsi ilə bağlı komissiyalar yaradılacaq
Dünən, 10:43
Prezident Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində iştirak edir
Dünən, 10:38
Kaliforniyada yanğın tullantılarının utilizasiyası üçün yarım il lazım gələcək
Dünən, 10:15
Nəzrinin həyat yoldaşı: İsrailin təsdiqlədiyi sənədimiz var - VİDEO
Dünən, 10:10
Zurabyan: Paşinyan psixi cəhətdən qeyri-adekvatdır
Dünən, 09:52
Vəfat edən Şəmsəddin Xanbabayev: baş nazir, icra başçısı... - DOSYE
Dünən, 09:47
AZAL-ın üç təyyarəsi dumana görə Gəncədə eniş etdi
Dünən, 09:42
Azərbaycanda dini icma üzvünə sui-qəsd hazırlayanlar saxlanıldı
Dünən, 09:21
Bakı Qafqaz masasını təkbaşına idarə edir: ABŞ və Qərb də, Rusiya da Azərbaycandan icazə ala bilmir
Dünən, 09:13
Zəngəzurla bağlı ayrıca razılaşma var, təhvil veriləcək - Akopyan
Dünən, 09:00
Hərb olmadan bu ərazi ABŞ-yə birləşəcək - Vens
13-01-2025, 16:00
Hollivud yanğınları: Süni videolar sürətlə artır: Necə ayırd edək? – İzah
13-01-2025, 15:30
"İlon Mask Ağ Evə buraxılmayacaq, qovulacaq"
13-01-2025, 14:29
İlon Mask indi də Britaniyada "hökumətə gəlmək istəyir" - Teyti dəstəkləyir
13-01-2025, 14:25
Prezidentlər birgə nahar etdi
13-01-2025, 13:32
Salyanda ərini doğrayıb kanala atmaqda şübhəli bilinən qadın sərbəst buraxılıb