Ağır avtoqəzalarda 3 nəfər canından oldu
Hadise
Oxunub: 1 088
25 apr 2016 | 21:01
Həftənin ilk günü ölkədə yenə ağır qəzalarla açılıb. Yenə ölüm və xəsarət xəbərləri gəlib. Hadisələrin əksəriyyətinə səbəbsə, avtomobillərin yüksək surətlə idarə edilməsidir.

Bakıda ölümlə nəticələnən yol qəzaları qeydə alınıb. Hadisələrin biri Nərimanov rayonunda baş verib. Rayonun Aşıq Molla Cümə küçəsində Bakı şəhər sakini Adıgözəl Ağayev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən paytaxt sakini Bənövşə Məmmədovanı vurub. Yaralı ağır vəziyyətdə yaxınlıqda yerləşən xəstəxanalardan birinə aparılıb. Həkimlərin bütün müdaxiləsinə baxmayaraq, qadın orada keçinib. İlkin ehtimala görə, qəza sürücünün avtomobili yüksəsk surətlə idarə etməsi səbəbindən baş verib.
Ağır avtoqəzalarda 3 nəfər canından olduÖlümlə nəticələnən daha bir qəza isə Nəsimi rayonunda baş verib. Bakı şəhər sakini Kamil Xanəliyev idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub. Piyada aldığı xəsarətlərdən elə yerindəcə keçinib. Bu qəzaya da səbəb kimi avtomobilin surət həddinin aşılması göstərilir.

Paytaxtın Qaradağ rayonunda da yol qəzası qeydə alınıb. Bakı-Qazax yolunun 54-cü kilometrliyində "KamAZ" markalı yük avtomobili idarəetməni itirərək yolun kənarındakı dərəyə aşıb. Nəticədə avtomobilin sürücüsü xəsarət alıb və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Onların müdaxiləsi ilə sürücü avtomobildən çıxarılaraq yaxınlıqdakı xəstəxanalardan birinə göndərilib. Həkimlər yaralının vəziyyətinin ağır olduğunu bildirir.
Bakının Nizami rayonunda restoranlardan birinin qarşısında da yol-nəqliyyat hadisəsi baş verib. Avtoqəza zamanı SOCAR-a məxsus avtobusla minik avtomobili toqquşub. Qəza nəticəsində bir nəfər ölüb, bir neçə nəfər xəsarət alıb. Hadisə zamanı minik avtomobili tamamilə yararsız hala düşüb. Zərbənin təsirindən minik avtomobilinin arxa oturacağı yerindən çıxıb, avtomobilin ön hissəsi deformasiyaya uğrayıb.

Abşeronda isə avtomobil traktora çırpılıb. Hadisə Xırdalan şəhəri, Heydər Əliyev prospektində qeydə alınıb. Prospektlə hərəkətdə olan “QAZ-3110” markalı minik avtomobili qarşıda, yol kənarında dayanan bələdiyyəyə məxsus qoşqulu traktoru arxadan vurub. Qəza zamanı minik avtomobili və traktorun qoşqusu yararsız hala düşüb. Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları çağırılıb. İlkin ehtimala görə, qəza minik avtomobilinin yüksək surətlə idarə olunması səbəbindən baş verib.

kepeztv/az
Dünən, 16:00
4 dəniz LAYİHƏSİ – Dünyanın XİLASI Türkiyənin əlində
Dünən, 15:50
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfər edib - FOTO
Dünən, 15:30
Separatçılardan Xankəndidəki kilsə haqda AĞ YALAN
Dünən, 14:22
Şagirdləri qatil edən oyun: "PUBG" qadağan olunsun! ÇAĞIRIŞI
Dünən, 13:23
May ayının qeyri-iş günləri AÇIQLANDI
Dünən, 13:17
Türkiyədə yaxalandı, Bakıya gətirilir - narkotik şəbəkəsinin izləri haraya gedib çıxır?
Dünən, 13:12
Prezidentin fərmanı icra olundu: Bu gündən ETİBARƏN...
Dünən, 12:45
Sabah 21 dərəcə isti olacaq
Dünən, 12:40
BŞTİ fotosu yayılan direktorla bağlı məlumat yaydı
Dünən, 12:01
İranlı narkotacirə kuryerlik edənlər Binəqədidə ələ keçdilər - VİDEO
Dünən, 11:52
Bu şəxslər peyvənd olunacaq
Dünən, 11:49
35 il sonra Ermənistandan məhsul aldıq
Dünən, 11:46
Daxili İşlər Nazirliyi tərəfindən genişmiqyaslı əməliyyatlar: çoxsaylı cinayətlər açılıb, silah və narkotik vasitələr götürülüb
Dünən, 11:14
Sabunçu tunelində də yol çökdü - Video
Dünən, 10:44
Cüdoçularımız Avropa çempionatında mübarizəyə başlayır
Dünən, 10:06
Azərbaycandan qaçan məktəb direktoru - Türkiyədə tutuldu
Dünən, 09:24
Bakıda dövlət qurumlarının avtomobilləri hərraca çıxarıldı – Qiymətlər
Dünən, 09:19
İsrail və Livan liderləri sabah danışacaq - 34 il sonra
Dünən, 09:16
Liseyə hücuma görə saxlanılanların sayı 16-ya çatdı
Dünən, 09:12
ABŞ Kubaya hücum hazırlıqlarına başlayıb
Dünən, 09:00
ABŞ oyundan çıxır: Parçalanan Avropa Rusiya ilə üz-üzə
15-04-2026, 16:00
Paşinyan hakimiyyətinin sonunun başlanğıcı?
15-04-2026, 15:30
Varlı azərbaycanlıların yeni modası - xaricdə doğuş
15-04-2026, 14:22
Yaxın Şərq: Hörmüz boğazı, Trampın böyük sövdələşmə axtarışı, Livan-İsrail razılaşaması
15-04-2026, 13:37
Köhnə pulları nə etməliyik? - RƏSMİ
15-04-2026, 13:27
Azərbaycanda əhalinin təbii artımı təxminən 30 faiz azalıb
15-04-2026, 13:12
Bu əşyaları zibilqabıya atsanız 300 manat cərimə OLUNACAQSIZ