Sentyabrda hava necə olacaq?

Sentyabr ayına olan hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidməti xəbər verir ki, bu ilin sentyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur.
Birinci ongünlüyün ilk günlərində əsasən dağlıq və dağətəyi rayonlarda arabir qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 21-23°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1°C yüksəkdir. Gecələr temperatur 19-24°C, gündüzlər 26-31°C, birinci ongünlüyün bəzi günlərində 33-35°C isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına (norma 12-23 mm) yaxın olacağı bildirilir.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturunun 22-25°C isti olacağı ehtimal edilir ki, bu da iqlim normasına yaxın və 1-2°C yüksəkdir. Gecələr havanın temperaturu 17-22°C isti, gündüzlər 26-31°C, birinci ongünlüyün bəzi günlərində 34-39°C isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 7-13 mm) bildirilir.
Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturu 16-19°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 12-17°C, gündüzlər 19-24°C, birinci ongünlüyün bəzi günlərində 26-30°C isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına (norma 34-50 mm) yaxın olacağı bildirilir.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 17-20°C isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 12-17°C, gündüzlər 19-24°C, birinci ongünlüyün bəzi günlərində 26-30°C isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına (norma 29-37 mm) yaxın olacağı qeyd olunur.
Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 21-24°C isti olacağı ehtimal edilir ki, bu da iqlim normasına yaxın və 1-3°C yüksəkdir. Gecələr havanın temperaturu 17-22°C, gündüzlər 25-30°C, birinci ongünlüyün bəzi günlərində 33-35°C isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına (norma 17-44 mm) yaxın olacağı təxmin edilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 19-23°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın 1-3°C yüksəkdir. Gecələr havanın temperaturu 14-19°C, gündüzlər 22-27°C, birinci ongünlüyün bəzi günlərində 30-33°C isti, dağlarda gecələr 9-14°C isti, gündüzlər 16-19°C isti, birinci ongünlüyün bəzi günlərində 22-25°C isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı qeyd edilir (norma 33-120 mm).
Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 22-25°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2°C yüksəkdir. Gecələr havanın temperaturu 18-23°C, gündüzlər 24-29°C, birinci ongünlüyün bəzi günlərində 31-35°C isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına (norma 14-38 mm) yaxın olacağı ehtimal edilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 19-23°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2°C yüksəkdir. Gecələr havanın temperaturu 17-22°C, gündüzlər 24-29°C, birinci ongünlüyün bəzi günlərində 33°C-dək isti, dağlarda gecələr 13-18°C isti, gündüzlər 20-25°C isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına (norma 50-199 mm) yaxın olacağı ehtimal edilir.
Dünən, 12:00
Avropada qaz qiymətləri kəllə-çarxa qalxdı: Bazarda böyük təlaş yaranıb
Dünən, 11:17
Beynəlxalq axtarışla tutulan gömrükçü həbsdən buraxıldı - Bunları etiraf etdi
Dünən, 11:00
Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı
Dünən, 10:55
Anbardar iş adamını aldatdı - 1 milyonluq dələduzluq
Dünən, 09:59
"Biri qalxıb demədi ki, ay əziz Sahibə xanım..."- Xoşqədəm Aqil Abbası müdafiə etdi
Dünən, 09:42
Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
Dünən, 09:37
Polşada gərginlik pik həddə çatdı - Onlar vəzifədən uzaqlaşdırıldı
Dünən, 09:00
Bilgəhdə şok: "Ağac əkməyin, ölüm təhlükəsi ilə üzləşərsiniz"
30-10-2026, 16:00
Tikinti şirkətləri ilə sakinlər arasındakı mənzil davası – KİM HAQLIDIR?
30-10-2026, 15:30
Məhkəmədən disk oğurlandı, saxtakarlıqlar üzə çıxdı! – 5 milyonluq əmlakın ələ keçirilməsinin ŞOK TƏFƏRRÜATLARI
30-10-2026, 14:23
Putindən Avropaya açıq müharibə anonsu: “Çox irəli getsəniz...!”
30-10-2026, 13:00
Bakı və İrəvan üçün KRİTİK 2027: Gələn ilin yazı...
30-10-2026, 12:30
Onların gəlirindən 10 faiz vergi tutulacaq - YENİ LAYİHƏ
30-10-2026, 12:08
Azərbaycanda bu şəxslərə xüsusi rütbə veriləcək
30-10-2026, 11:26
Narkotik aludəçisi olan avtobus sürücüsü ifşa olundu
30-10-2026, 10:48
Əli Əsədov İrakli Kobaxidze ilə görüşdü
30-10-2026, 10:45
Bu gün Azərbaycanla Gürcüstan arasında bir sıra sənədlər imzalanacaq
30-10-2026, 10:33
Maliyyə Nazirliyində yoxlama: Leysan Məmmədov vəzifəsindən azad edildi
30-10-2026, 10:13
"Böyük Dəbilqə": Hidayət Heydərov və digər iki cüdoçu mübarizəyə başlayır
30-10-2026, 10:10
Bu marşrutlar "20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan çıxarılır
30-10-2026, 10:06
FIFA U-15 dünya çempionatının qalibi bu gün müəyyənləşəcək
30-10-2026, 09:49
Azərbaycan nefti 3 dollar ucuzlaşdı
30-10-2026, 09:46
Bəzi yerlərdə yağıntılar intensivdir - Faktiki hava
30-10-2026, 09:42
Fransada böyük etiraz dalğası: 70 min polis və jandarm səfərbər edilir
30-10-2026, 09:38
Avropa ölkələri Rusiya ilə danışıqlara nümayəndə tapa bilmir
30-10-2026, 09:34
Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR - EKSKLÜZİV
30-10-2026, 09:31
Maaşı istədiyimiz bankın kartı ilə ala biləcəyik - Bu tarixdən