Zərərli proqramları kriptovalyuta qarşılığında satırmış... - Kiberpolisdən əməliyyat

Virtual məkanda mövcud olan təhdidlərin qarşısının alınması, informasiya texnologiyaları mühitində vətəndaşların təhlükəsizliyinin etibarlı şəkildə təmini məqsədilə kiberpolis tərəfindən qabaqlayıcı tədbirlər davam etdirilir.
“Qafqazinfo” xəbər verir ki, DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən əməliyyat-texniki tədbirlər zamanı DNV-RAT.İNFO domeni adı altında fəaliyyət göstərən saytda naməlum şəxsin kompüter sistemlərinə zərərli kibermüdaxilə proqramlarının satışının həyata keçirildiyi müəyyən edilib.
Tədbirlərin davamı olaraq saytın Sumqayıt şəhər sakini Fərid Cəfərli tərəfindən yaradılaraq idarə edildiyi müəyyən olunub və o saxlanılaraq Baş İdarəyə gətirilib.
Araşdırma zamanı F.Cəfərlinin qeyd edilən saytda kompüter avadanlıqları ilə yanaşı, mobil telefon zənglərinin saxtalaşdırılması, istənilən nömrədən hədəf nömrəyə zənglərin edilməsi, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş təhlükəsizlik şifrəsinin (OTP) qarşı tərəfə göndərilməsi funksiyalarına malik və kibercinayətlərin törədilməsində istifadə olunan digər zərərli proqramların satışını da həyata keçirdiyi müəyyən edilib.
Qeyd edək ki, saxlanılan şəxs həmin proqramların satışını kriptovalyuta qarşılığında həyata keçirib. O, proqramları almaq istəyən şəxslərdən bunun müqabilində müxtəlif məbləğlərdə USDT kriptovalyutasını istifadəsində olan virtual hesaba köçürülməsini tələb edib.
Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin - kompüter sisteminə, yaxud onun hər hansı bir hissəsinə hüququ olmadan daxil olmağa imkan verən cinayətlərin törədilməsi məqsədi ilə satışı, yayılması və ya onların əldə edilməsinə şərait yaradılması maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Dünən, 16:00
“Burada da xalqımıza xəyanət edənlərin izi tapılacaq” – Nuradan SENSASİON AÇIQLAMA
Dünən, 15:30
Ziya Məmmədov, Adnan Əhmədzadə və Əli Həsənovu birləşdirən şifrəli "Nöqtə"!
Dünən, 14:22
Türkiyədə erməni yüksək vəzifəyə gətirildi
Dünən, 13:11
Ermənistan MTX Eçmiədzində hərbi hissədə əməliyyat keçirir
Dünən, 13:08
Zəngəzur dəhlizinin Azərbaycan–Ermənistan sərhədinə qədər olan hissəsində işlər tamamlanır
Dünən, 12:28
Parlament Bəyanat qəbul etdi
Dünən, 12:23
Milli Məclis Prezident və xanımına təbrik məktubu ünvanladı
Dünən, 12:18
Zərərli proqramları kriptovalyuta qarşılığında satırmış... - Kiberpolisdən əməliyyat
Dünən, 12:14
“Nar” Azərbaycan dilinə həsr olunmuş beynəlxalq simpoziuma dəstək oldu - Fotolar
Dünən, 11:19
Türkiyədə zəlzələ oldu
Dünən, 11:00
ABŞ bu ölkələrdən qoşunlarını çıxarmağı planlaşdırır
Dünən, 10:55
Ramiz Mehdiyevin gəlini işdən çıxarıldı
Dünən, 10:49
ABŞ HƏMAS-a Qəzzadan təhlükəsiz çıxış təklif edib
Dünən, 10:46
ABŞ ilk dəfə İsrail ordusunu insan haqlarının pozulmasında ittiham etdi
Dünən, 10:17
Bakıdakı qəzada ölən qadın tanınmış müğənni imiş - Fotolar
Dünən, 10:08
5 ay əsir saxlanıldı - İndi “Qarabağ”ın oyununda hakim olacaq
Dünən, 09:52
İranlı nazirin bu jesti maraqla qarşılandı - Video
Dünən, 09:46
“Azeri Light” ucuzlaşdı
Dünən, 09:41
İslam Rzayevin vəkili məlum oldu
Dünən, 09:35
Diplomatların Cəbrayıl və Zəngilana səfəri başlayır
Dünən, 09:28
BYD şirkətinin xalis mənfəəti kəskin azalıb
Dünən, 09:24
Tramp illik qaçqın qəbulu limitini azaldıb
Dünən, 09:19
Makrona qarşı etimad reytinqi tarixi minimumda
Dünən, 09:00
Trampın dönüşü: ABŞ 33 ildən sonra nüvə sınaqlarına qayıdır – dünya yeni silahlanma yarışından qorxur
30-10-2025, 16:00
Azərbaycanda mağazada qurdlu şokolad satılacaq? - Açıqlama
30-10-2025, 15:30
Təcili yardım mobil tətbiqlə çağırılacaq
30-10-2025, 14:30
“Bəzən məmurların xəyanət yoluna düşdüyünü də görürük”