Sumqayıtdakı 34 saylı orta məktəbdə «orjinal» pul yığımı
Direktor Bəyaz Novruzova pul yığmaqdan imtina edən müəllimlərin mobil telefonlarını əllərindən alaraq, girov saxlayır
Samir Gülalıyev: «Yazdıqlarımı sübut etmək üçün əlimdə məktəb direktorunun əməllərini əks etdirən görüntü və səs yazıları var»
Jurnalist Samir Güləliyev bütün ölkə mediasına müraciət edərək, Sumqayıt şəhərində fəaliyyət göstərən 34 saylı orta məktəblə bağlı şikayət yollayıb. Redaksiyamıza daxil olan şikayət məktubunda qeyd edilir ki, sözügedən orta məktəbin direktoru Bəyaz Novruzova qanunsuzluqla məşğul olur.
Onun sözlərinə görə, Təhsil Nazirliyinin tətbiq etdiyi qaydaların heç biri bu məktəbdə işləmir. «Təsəvvür edin ki, direktor müəllimləri məcbur edir ki, şagirdlərdən pul yığsınlar. Fond pulu, süpürgə pulu, bilet pulu, şəkil pulu, hansısa tədbirdən çəkilmir görüntülərin satılması və sairi bura aid etmək olar. Maraqlıdır, təhsil naziri Mikayıl Cabbarov qərar verib ki, orta məktəblərdə pul yığılmasının qarşısı qətiyyətlə alınmalıdır. Amma Bəyaz Novruzova deyir ki, onun yanında Mikayıl Cabbarov heç kimdir».
Jurnalist qeyd edir ki, direktor pul yığımı işlərini müavini Amaliya xanıma həvalə edib. «Tapşırıq belədir ki, pul verməyən siniflərin rəhbərlərindən həmin məbləğ yığılmalıdır. Buna etiraz edən və ya şagirdlərdən pul yığılması prosesindən boyun qaçıran müəllimlərin isə telefonları əllərindən alınır. Girov saxlanılan həmin telefonlar o zaman sahibinə qaytarılır ki, tələb olunan pullar yığılsın. Yalnız, bu halda mobil telefon sahibinə qaytarılır».
Redaksiyamız xəbər verir ki, sözügedən jurnalist artıq Təhsil Nazirliyi, Baş Prokurorluq, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi və Sumqayıtın icra başçısına artıq məktub yazmağa hazırlaşır. Üstəlik, məsələ ilə bağlı Sumqayıt merinin qəbuluna da yayılıb.
Samir Gülalıyev sonda bəyan edir ki, dediklərini isbat etmək üçün əlində tutarlı dəlillər var. «Qeyd edim ki, baş verən hadisələri sübuta yetirmək üçün əlimdə məktəb direktorunun və onun müavininin səs yazıları var. Həmin faktları isə aidiyyəti dövlət qurumlarına təqdim edəcəm».
Qarşı tərəfi də dinləməyə hazırıq.
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI