İlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub - Yenilənib
Gundem / Siyaset / Maraqli
Oxunub: 456
8 noy 2024 | 18:12
İlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub -  Yenilənib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 8-də Bakıda Dövlət Bayrağı Meydanında olublar.

Dövlət başçısı burada Azərbaycanın üçrəngli Bayrağını ucaldıb.

Sonra Prezident İlham Əliyev meydanda və Dövlət Bayrağı Muzeyində yaradılan şəraitlə tanış olub.

Qeyd edək, ki, Dövlət Bayrağı Muzeyi Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva tərəfindən 2010-cu il noyabrın 9-da açılıb. Muzey fəaliyyəti dövründə Azərbaycanın Dövlət bayrağı ilə yanaşı, ölkəmizdə müxtəlif dövrlərdə mövcud olan xanlıqların, dövlətlərin bayraqları əyani nümayiş etdirilib və gələn qonaqlara ətraflı məlumatlar verilib. Bundan başqa, muzeydə Azərbaycanın qədim və zəngin dövlətçilik tarixini əks etdirən 400 eksponat sərgilənib. Muzeyə gələn qonaqlara hər bir tarixi nümunə haqqında təfsilatlı məlumatlar verilib.

2017-ci ildə Dövlət Bayrağı Meydanında aparılan yenidənqurma və bərpa işləri ilə əlaqədar Dövlət Bayrağı Muzeyi də təmirə bağlanıb. Təmir-bərpa işlərinin aparıldığı illər ərzində muzeyin əməkdaşları eksponatların qorunması, saxlanılması, daha da zənginləşdirilməsi istiqamətində işlər görüb, eksponat sayını 431-ə çatdırıblar.

Təmir-bərpa işlərindən sonra yeni görkəmdə və tərtibatda fəaliyyətə başlayan Dövlət Bayrağı Muzeyində 44 günlük Vətən müharibəsinə həsr olunan “Zəfər qalereyası” adlı ekspozisiya nümayiş olunur. Qalereyada Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərdə Dövlət bayrağının ucaldılması və Xankəndi şəhərində Vətən müharibəsindəki qələbənin üçüncü ildönümü ilə bağlı hərbi paradın fotoları sərgilənir.

Muzey altı sərgi salonundan ibarətdir.

A Sərgi salonunda ölkəmizin qədim və orta əsrlər dövrünə aid bayraqlar, bayraq ucluqları, hakimiyyət rəmzləri, sikkələr, silahlar və XIX əsr Azərbaycan şəhərlərinin gerbləri nümayiş olunur.

B Sərgi salonu Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR dövrünü əhatə edir. Burada Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində 1918-ci il dekabrın 7-də asılan Dövlət bayrağı, həmin dövrə aid fotoşəkillər, pul əskinazları, poçt markaları, eləcə də keçmiş Azərbaycan SSR-in bayraqları, gerbləri, müxtəlif illərdə qəbul olunan konstitusiyaları, pul əskinazları və poçt markaları təqdim edilir.

C Sərgi salonundakı eksponatlar isə müstəqillik dövrünü əhatə edir. Burada Ümummilli Lider Heydər Əliyevə həsr edilən xatirə medalları və poçt markaları, Azərbaycan Prezidentinin ştandartı, dövlətimizin orden və medalları, Azərbaycan Konstitusiyası, eləcə də, Vətən müharibəsinə həsr edilən orden və medallar, dünyanın ən hündür zirvələrinə sancılmış Dövlət bayrağı nümayiş etdirilir. Salonda Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli və “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” 2009-cu il 17 noyabr tarixli sərəncamlar, Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il 17 noyabr tarixli Qərarından ibarət stend yerləşdirilib.

Azərbaycan Silahlı Qüvvələrinin bayraqları, medalları, emblem və şevronları isə muzeyin D salonunda sərgilənir.

E və F salonlarında Azərbaycanın hərbi qulluqçularının mərasim geyim formaları nümayiş olunur.

Bundan əlavə, Dövlət Bayrağı Muzeyindəki monitorlarda ölkəmizin qədim və orta əsrlər, Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR dövrünə, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki xidmətlərinə, Prezident İlham Əliyevin ordu quruculuğuna və Ali Baş Komandanlığı ilə Vətən müharibəsindəki tarixi qələbəyə həsr edilən videolar nümayiş olunur.

***
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 8-də Bakıda Dövlət Bayrağı Meydanında olublar.

Dövlət başçısı burada Azərbaycanın üçrəngli Bayrağını ucaldıb.

İlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub -  Yenilənibİlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub -  Yenilənibİlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub -  Yenilənibİlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub -  Yenilənibİlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub -  Yenilənibİlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub -  Yenilənibİlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub -  Yenilənibİlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub -  Yenilənibİlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub -  Yenilənibİlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub -  Yenilənibİlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub -  Yenilənibİlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub -  Yenilənibİlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub -  Yenilənibİlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub -  Yenilənibİlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub -  Yenilənibİlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub -  Yenilənibİlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub -  Yenilənibİlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub -  Yenilənibİlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub -  Yenilənibİlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub -  Yenilənibİlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub -  Yenilənibİlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub -  Yenilənibİlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub -  Yenilənibİlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub -  Yenilənibİlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub -  Yenilənibİlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub -  Yenilənibİlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub -  Yenilənibİlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub -  Yenilənibİlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub -  Yenilənibİlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub -  Yenilənibİlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub -  Yenilənibİlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub -  Yenilənibİlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub -  Yenilənibİlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub -  Yenilənibİlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub -  Yenilənib
Bu gün, 11:33
Tramp İranın neft anbarı olan Xarq adasını ələ keçirmək istəyir - “Axios”
Bu gün, 11:22
Ağ Ev: İrana hücum ABŞ-a 12 milyard dollara başa gəlib
Bu gün, 11:08
İlham Əliyev onları təltif etdi
Bu gün, 11:03
Azərbaycanda tanınmış həkimin oğlu faciəli şəkildə öldü: Türkiyədən yenicə qayıdıbmış - FOTO
Bu gün, 10:59
SEPAH: Müharibənin bitməsi Tehrandan asılıdır
Bu gün, 10:54
Dünən keçirilən buraxılış imtahanının düzgün cavabları açıqlandı
Bu gün, 09:40
Kreml Makronun nümayəndlərinə rusca söyüşlə cavab verib
Bu gün, 09:36
Bakıda moped divara çırpıldı, sürücü öldü
Bu gün, 09:30
İranda 500 nəfər həbs edildi - Casusluqda ittiham olunurlar
Bu gün, 09:27
Avtobusdakı görüntüləri gündəm oldu
Bu gün, 09:23
Bakıda ucuz qiymətə satılan həyət evlərini almaq olar?
Bu gün, 09:00
Böyük enerji savaşı hələ indi başlayır: Ağ Evin planları alt-üst oldu, ABŞ-ın milyardları "əriyir"
14-03-2026, 10:50
Daha bir yanacaqdoldurma məntəqəsində pozuntu aşkar edildi - Video
14-03-2026, 10:41
Azərbaycan nefti bahalaşdı
14-03-2026, 10:34
Tramp: ABŞ və İsrailin İrandakı məqsədləri "bir az fərqli ola bilər"
14-03-2026, 10:29
XIII Qlobal Bakı Forumunun üçüncü günü keçirilir
14-03-2026, 10:10
Nüvə partlayışından sonra insanların başına nə gələcək: dəhşətli PROQNOZLAR
14-03-2026, 10:06
Yaşıllıqlara 73 min manatdan çox ziyan vuruldu
14-03-2026, 09:00
Türk Dünyasının “hərbi yumruğu” düyünlənir: NATO və Avrasiya arasında yeni güc mərkəzi yaradılır
13-03-2026, 16:00
Bank bağlanırsa,kredit borcu da ləğv olunur? - AÇIQLAMA
13-03-2026, 15:30
Yaxın Şərqəki müharibə üzündən NATO çətin vəziyyətdə - Avropadan görün nələr köçürülür
13-03-2026, 14:22
Sərhədimizdə 8000-ci PLAN – “Revizor”lar hələ də nə axtarır...
13-03-2026, 13:05
Mayda 14 gün iş OLMAYACAQ
13-03-2026, 12:23
Bu, Azərbaycanı qlobal əhəmiyyətə malik platformaya çevriləcək - Baş nazir
13-03-2026, 12:11
"PUA hücumundan sonra hamı əmin oldu ki, Prezident İlham Əliyev xalqının arxasında duran güclü liderdir"
13-03-2026, 11:32
Ceyranbatanda qurumuş ağac MÜBAHİSƏSİ: Sakin təhlükəni aradan qaldırdığını deyir, ETSN isə ziyan hesablayıb
13-03-2026, 11:27
Səfir: "Biləsuvarda Çin dilini tədris edən institut açılıb" - FOTO