Polis rəisi əxlaqsızlıq yuvasina havadarlıq edir?
Gundem / Sosial
Oxunub: 1 587
23 mar 2016 | 14:48
Polis rəisi əxlaqsızlıq yuvasina havadarlıq edir?Bu gedişlə artıq az bir müddətdən sonra ölkəmizdə yeni təsnifatda hüquq-mühafizə orqanlarının, daha dəqiq desək, əxlaq polisinin yaradılmasına dair təkliflərin müzakirəsinə başlanmalı olacaq. Belə ki, bugünkü reallıqlar nə rayon polis idarələrinin, nə prokurorluq orqanlarının, nə də İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin bir çox əxlaqsızlıq yuvalarının fəaliyyətini durdurmaq iqtidarında olmadığını nümayiş etdirirlər. Digər tərəfdən isə bu xüsusda yaranmış vəziyyətin şəhər və bölgələrimizdə, konkret ərazilərdə yaşayan vətəndaşların hüquqlarını pozması da acı bir reallı

Bir müddət əvvəl daxili işlər naziri cənab Ramil Usubovun imzaladığı sərəncamla İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Cavad Şıxəliyev vəzifəsindənçıxarılaraq bu vəzifəyə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində rəis müavini olmuş polkovnik Şərif Əsədullayev təyin edilib. Qeyd etmək lazımdır ki, bu təyinatla bağlı Bakının Binəqədi rayon sakinlərinin böyük ümidləri var. Şikayət edən rayon sakinləri onları uzun müddətdən bəri narahat edən bir problemə İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin yeni rəhbərliyinin də diqqətini cəlb etməyə çalışırlar. Problem “İstanbul” otelidir. Əslində bu sadəcə “İstanbul” kafesi kimi qeydiyyata alınıb. Lakin mahiyyət etibarı ilə bunun əslində heç bir önəmi yoxdur. Çünki “İstanbul” otelinin fəaliyyət növünü ən dürüst əks etdirən yeganə bir ad var ki, bu da “əxlaqsızlıq yuvası”dır. Təəssüflər olsun ki, bu günə qədər Bakının Binəqədi rayonunda yerləşən “İstanbul” otelinin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsinə hüquq-mühafizə orqanlarının diqqətini cəlb etmək mümkün deyil. Əldə olunan tək nəticə Vergilər Nazirliyi tərəfindən “İstanbul”da müvafiq yoxlamanın keçirilməsi olmuşdur. Həmin obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar olunmuş və vergi ödəyicisi barəsində Vergi Məcəlləsinə müvafiq qaydada 02.12.2013-cü il tarixli akt tərtib edilmişdir. Lakin, aşkar olunan qayda pozuntuları “İstanbul” otelinin fəaliyyətində müşahidə oluna biləcək qanunsuzluqların bəlkə də ən bəsitidir. Müxtəlif mənbələrdən aldığımız məlumatlarda “İstanbul” otelində müştərilərə təklif olunan intim xidmətlərin qiymət preyskurantından tutmuş, bu xidmətlər üçün cəlb olunan insan resurslarının obyektə gətirilmə sxeminə qədər bütün incəliklər öz əksini tapır. Həmin məlumatlar isə dəfələrlə Binəqədi Rayon Polis İdarəsinə, Binəqədi Rayon Prokurorluğuna və İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə təqdim edilib. Lakin bütün bunların heç bir nəticəsi olmayıb. Dünyanın üç böyük cinayətindən biri olan insan alveri bəzən şəhərin mərkəzində, sakinlərin gözü önündə baş verir. Bundan yəqin ki, bəzi qurumların xəbəri var, lakin, heç bir iş görülmür. Qeyd olunduğu kimi “İstanbul” oteli Binəqədi RPİ-nin cəmi bir neçə yüz metrliyində yerləşir. Buna baxmayaraq, nədənsə bu əxlaqsızlıq yuvasının fəaliyyəti ilə bağlı yaranmış vəziyyətə müdaxilə edilmir. Deyilənə görə, qiymət baxımından müştəri ilə razılığa gəlindikdən sonra məhz otelin xüsusi ayrılmış əməkdaşı sonrakı prosesləri təmin edir. Məxsusi olaraq bu işlər üçün ayrılmış Niyazi adlı bir şəxs əvvəlcə müəyyən yüngül əxlaqlı qadınlarla telefon vasitəsilə əlaqəyə girir. Sonra isə “KİA” markalı avtomobillə gedərək həmin qadınları “İstanbul”a gətirir. Bu zaman müştəridən bilavasitə otaq üçün alınan pullar birbaşa otelin rəhbərliyinə çatır. Yəni bu pul üzərində bölgü yoxdur. Amma intim xidməti göstərən qadınlara verilən pullardan isə, artıq həm rəhbərlik, həm də vasitəçi Niyazi öz faizlərini alırlar. Həmçinin məlumatlarda qeyd olunur ki, bir çox digər analoji pritonlar kimi bu restoran da müştərilərinə təklif etdiyi şübhəli “xidmətlərin” yüksək keyfiyyəti ilə seçilmir. Xidmətlərin mahiyyəti barədə yaranan şübhələr isə ciddi əsaslara malikdir. “İstanbul” otelinin sahiblərinin sözlərinə görə isə obyektə yoxlamaya gələn şəxslərə “vaxtında və yerində olunan hörmət» buranın bağlanmasına imkan vermir. Amma Binəqədi rayon sakinləri «İstanbul» otelinin sahiblərinə qarşı lazımi ölçülərin götürüləcəyinə inanırlar. Öz növbəmizdə biz də İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Şərif Əsədullayevin bu məsələdə xüsusi qətiyyət nümayiş etdirəcəyinə inanırıq.
Yazı ilə bağlı qarşı tərəfin də cavab haqqını tanıyırıq.
Polis rəisi əxlaqsızlıq yuvasina havadarlıq edir?
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI