TQDK rəhbəri 150 min dollarlıq qalmaqaldan danışdı
Gundem
Oxunub: 1 270
19 fev 2016 | 13:39
TQDK rəhbəri 150 min dollarlıq qalmaqaldan danışdı










“Sənədləri Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyaya göndərmişik”

Mən Elnur Nağızadənin fəaliyyətinə münasibətimi hələ ötən ilin noyabrında bildirmişəm və onu işdən azad etmişəm.

Bu sözləri fevralın 19-da Şamaxı rayonunda vətəndaşlarını qəbul edən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə APA-ya açıqlamasında deyib.

M.Abbaszadə bildirib ki, Elnur Nağızadə əmək məzuniyyətindən qayıtdıqdan sonra işdən çıxarılıb:

“Bu ilin yanvarında isə iki nəfər onunla bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına müraciət edib. Biz xidməti araşdırma aparmışdıq. Həmin şikayətlərin TQDK-nın fəaliyyətinə heç bir aidiyyəti yoxdur”.

M.Abbaszadə bildirib ki, E.Nağızadə ilə bağlı sənədlər Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasına göndərilib:

"Onunla bağlı bütün sənədləri Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyaya göndərmişik. Biz TQDK olaraq maraqlıyıq ki, onun qanuni və ya qeyri-qanuni fəaliyyəti ilə bağlı məsələlər araşdırılsın. Lakin Elnur Nağızadənin fəaliyyəti TQDK-nın işinə, komissiyanın daxilindəki proseslərə heç bir təsir göstərməyib. Bilirsiniz ki, o yalnız komissiyanın mətbuat katibi olub”.

Qeyd edək ki, bir neçə gün öncə yayılan məlumata görə, Bakı şəhər sakinləri Vüsal İbrahimov və Zaur Əsgərov hüquq-mühafizə orqanlarına verdikləri şikayət ərizələrində 2015-ci ilin avqust ayında Elnur Nağızadəyə işə düzəlmək məqsədilə 150 min ABŞ dolları verdiklərini bildiriblər.

Onlar işlə təmin olunmadıqlarını və pullarını geri ala bilmədiklərini vurğulayıblar. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

E.Nağızadə isə hazırda xaricdə olduğunu deyərək, bütün ittihamları rədd edib.

Qeyd edək ki, Elnur Nağızadə 2005-ci ildən TQDK-da çalışıb.
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI