Yol polisi əməkdaşlarının “ikibaşlı oyun”u
Faciəli hal odur ki, bu ilin 18 yanvarında dövlət nömrə nişanı 10 YP-517 olan yol polisi əməkdaşları, İbrahim Hümbətova məxsus avtomobili növbəti dəfə Xəzər rayonu ərazisində saxlayıb, cərimə meydançasına da aparırlar
Dövlətmizin əsas dayaqlarından biri hesab olunan Azərbaycan polisi, zaman-zaman şərəfli anlarını yaşayıb. İstər əski sovet dönəmində, istərsə də müstəqillik dövrümüzdə ictimai həyatımızda baş verən proseslərdə, dövlətimizin varlığının qorunub yaşadılmasında və s. polis əməkdaşlarının müstəsna xidmətləri olub. İllər keçdikcə DİN-nin strukturlarında həyata keçirilən islahatlar, bu sahəni daha da formalaşdırıb. Artıq bu gün Azərbaycan polisi hər bir sıravi vətəndaşın həm güvənc, həm də inam yerinə çevrilib. Çünki, polis əməkdaşlarının peşə hazırlığı, operativ iş fəaliyyəti sadaladıqlarımızı tam təsdiq etməyə əsas verir.
Belə bir arxayın olunmanın nəticəsidir ki, Bakı şəhəri Nəsimi rayonu 20 Yanvar küçəsi-40, mən-17 ünvanında yaşayan Hümbətov İbrahim Qubad oğlu, 22 fevral 2014-cü il tarixdə Suraxanı rayonu post-patrul xidmətinin əməkdaşı Qurbanov Şaiq Namiq oğlu ilə danışıb razılıq əldə etdikdən sonra, ona məxsus 07 markalı dövlət nömrə nişanı 10-UB-795 olan nəqliyyat vasitəsini, ayda 200 manat pul ödəmək şərtilə ona icarəyə verir. Onun nəqliyyat vasitəsini icarəyə verməsinə səbəb, İbrahim Hümbətovun ayaqlarında əmələ gələn xəstəliklərin varlığı olur.
Tərəflər arasında ümumi şərtlə razılıq əldə edildikdən sonra, onlar Bakı şəhərindəki 32 saylı notariat kontoruna gedirlər ki, Şaiq Qurbanovun nəqliyyat vasitəsini idarə etməsi üçün, ona verilən etibarnaməni təsdiq etdirə bilsinlər. Həmin vaxt Şaiq Qurbanov İbrahim Hümbətovun ona etdiyi etibardan və ayaqlarının ağrıması səbəbindən, onun notariat kontorunun ikinci mərtəbəsinə qalxa bilməməsindən istifadə edərək, etibarnaməni öz adına deyil, atası Qurbanov Namiq Allahverdi oğlunun adına (atası Lənkərandakı “N” saylı hərbi hissələrdən birində xidmətdədir) yazdırır. Etibarnamənin təsdiqi zamanı isə o, teztələsik həyətə düşür və İbrahim Hümbətova etibarnaməyə tez imza atmaq lazım gəldiyini də bildirir.
Etibarnaməni notariat kontorunda fırıldaq yolu ilə atasının adına təsdiq etdirən Şaiq Qurbanov, hər ay verəcəyi pulu da vaxtlı-vaxtında vermir. Belə olan halda İbrahim Hümbətov məcbur olur ki, 32 saylı notariat kontorunda 31 may 2014-cü il tarixdə vermiş olduğu etibarnaməni bitərəfli qaydada ləğv etdirsin. O, etibarnaməni ləğv etdirsə də, Şaiq Qurbanov avtomobili geri qaytarmır və edilən telefon zənginə də heç cür cavab vermir. Belə olan halda İbrahim Hümbətov məcbur olur ki, avtomobilinin geri qaytarılması üçün, Suraxanı rayon Polis İdarəsinin rəhbərliyinə, DİN-nin 102 xidmətinə, Bakı şəhər Prokurorluğuna və digər instansiyalara yazılı şikayətlərini ünvanlasın.
O, ayrı-ayrı instansiyalara nə qədər şikayət ərizələri ünvanlasa da, təəssüflər olsun ki, Şaiq Qurbanovla bağlı bir kimsə heç bir ciddi tədbir görmür və dələduzluq edən polis əməkdaşının əməlləri vaxtında da ifşa olunmur. Belə bir cəzasızlığı görən Şaiq Qurbanov, növbəti dəfə başqa bir dələduzluq əməlinə qol qoyur. Yəni, o, ələ keçirdiyi avtomobili bir müddətdən sonra, başqa bir şəxsə məxsus “BVM” markalı avtomobillə dəyişir. Tərəflər arasındakı razılaşmaya görə, Şaiq Qurbanov hər ay “BVM” avtomobilinin sahibinə əlavə pul da verməli olur. Bir müddət sonra isə, 07 markalı avtomobili ələ keçirən şəxs də, onu satmaq qərarına gəlir və avtomobilin alqı-satqısını həyata keçirmək üçün, ortada “generalnı dovernos” olmadığından, o, Şaiq Qurbanovla belə bir plan qurur və son anda da həyata keçirə bilirlər. Yəni, həmin şəxs 07 markalı avtomobilin ilk sahibi, mülkiyyətçisi Nəcəfquliyev Rafiq Xasay oğlunun yanına gedib bildirir ki, “mən İbrahim Hümbətovdan avtomobilin alqı-satqısını həyata keçirmək üçün “generalnı dovernost” almışdım. Amma, bir neçə gün bundan əvvəl evdə şalvarım yuyularkən, aldığım “generalnı dovernos” şalvarımın cibində qalır və tam yarasız vəziyyətə də düşür. Hal-hazırda İbrahim Hümbətov Azərbaycanda deyil, xarici ölkələrin birindədir” deməklə, o, mülkiyyətçini
aldada bilir. Belə bir yolla o, 09 aprel 2015-ci il tarixdə 07 markalı avtomobili Bakı şəhərindəki 50 saylı notariat kontorunda, Bakı şəhəri 3-cü mkr-n B.Əliyev küç ev-46, mən-13-də yaşayan Tamarov Təvəkkül Akif oğluna, əldə etdiyimiz məlumatlara görə 1750 manata satır.
Bir qədər vaxt keçdikdən sonra, avtomobilin ilk mülkiyyətçisi Rafiq Nəcəfquliyev aldadıldığını bilir və o, dərhal vermiş olduğu “generalnı dovernos”u ləğv etdirir. Belə olan təqdirdə, təqribən ötən ilin iyul ayında yol polisi əməkdaşları Şaiq Qurbanovun dələduzluq yolu ilə ələ keçirmiş olduğu avtomobili saxlayıb cərimə meydançasına aparırlar və bir gündən sonra isə, onu İbrahim Hümbətova təhvil verirlər. Bunu qeyd etməkdə məqsədimiz odur ki, ötən ilin iyul ayına qədər avtomobili Şaiq Qurbanovla Təvəkkül Tamarovun ixtiyarında olur ki, onlar da avtomobili qeyri-qanuni idarə edirlər. Yol hərəkəti qaydalarını dəfələrlə pozduqları üçün, həmin avtomobilimə bir neçə dəfə cərimə protokolları da yazılır.
Faciəli hal odur ki, bu ilin 18 yanvarında dövlət nömrə nişanı 10 YP-517 olan yol polisi əməkdaşları İbrahim Hümbətova məxsus avtomobili növbəti dəfə Xəzər rayonu ərazisində saxlayıb, cərimə meydançasına da aparırlar. Səbəb də, 07 markalı dövlət nömrə nişanı 10-UB-795 olan nəqliyyat vasitəsinə yazılmış cərimə protokollarının varlığını göstərirlər. Amma 03 fevral tarixdə isə, yol polisi əməkdaşları qeyd olunan nəqliyyat vasitəsini sərbəst buraxırlar. O halda sual oluna bilər ki, yol polisi əməkdaşları dövlət nömrə nişanı 10-UB-795 olan nəqliyyat vasitəsini niyə saxlayırlar və təqribən 16 gün sonra da niyə buraxırlar? Onlar belə bir addımlarını atarkən niyə dərk etmirlər ki, 22 fevral 2014-cü il tarixdən, təqribən 2015-ci ilin iyul ayına kimi, qeyd olunan nəqliyyat vasitəsi İbrahim Hümbətovda deyil, Şaiq Qurbanov və Təvəkkül Tamarov da olur. Yəni, yazılmış protokollar həmin vaxtlara təsadüf edir. Deməli belə olan halda, yazılmış cərimə protokolları qanunvericiliyin tələbinə görə Şaiq Qurbanovdan və Təvəkkül Tamarovdan alınıb dövlətə ödənilməlidir.
İndi istəyimiz odur ki, dövlət nömrə nişanı 10-UB-795 olan nəqliyyat vasitəsinin hansı əsasla saxlanılması, 16 gündən sonra isə heç bir cərimə ödənilmədən buraxılması məsələsinə, yol polisinin səlahiyyətliləri aydınlıq gətirsinlər.
Problemin varlığını diqqətimizdə saxlayacağıq.
Azerinfo.az
Dünən, 16:00
4 dəniz LAYİHƏSİ – Dünyanın XİLASI Türkiyənin əlində
Dünən, 15:50
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfər edib - FOTO
Dünən, 15:30
Separatçılardan Xankəndidəki kilsə haqda AĞ YALAN
Dünən, 14:22
Şagirdləri qatil edən oyun: "PUBG" qadağan olunsun! ÇAĞIRIŞI
Dünən, 13:23
May ayının qeyri-iş günləri AÇIQLANDI
Dünən, 13:17
Türkiyədə yaxalandı, Bakıya gətirilir - narkotik şəbəkəsinin izləri haraya gedib çıxır?
Dünən, 13:12
Prezidentin fərmanı icra olundu: Bu gündən ETİBARƏN...
Dünən, 12:45
Sabah 21 dərəcə isti olacaq
Dünən, 12:40
BŞTİ fotosu yayılan direktorla bağlı məlumat yaydı
Dünən, 12:01
İranlı narkotacirə kuryerlik edənlər Binəqədidə ələ keçdilər - VİDEO
Dünən, 11:52
Bu şəxslər peyvənd olunacaq
Dünən, 11:49
35 il sonra Ermənistandan məhsul aldıq
Dünən, 11:46
Daxili İşlər Nazirliyi tərəfindən genişmiqyaslı əməliyyatlar: çoxsaylı cinayətlər açılıb, silah və narkotik vasitələr götürülüb
Dünən, 11:14
Sabunçu tunelində də yol çökdü - Video
Dünən, 10:44
Cüdoçularımız Avropa çempionatında mübarizəyə başlayır
Dünən, 10:06
Azərbaycandan qaçan məktəb direktoru - Türkiyədə tutuldu
Dünən, 09:24
Bakıda dövlət qurumlarının avtomobilləri hərraca çıxarıldı – Qiymətlər
Dünən, 09:19
İsrail və Livan liderləri sabah danışacaq - 34 il sonra
Dünən, 09:16
Liseyə hücuma görə saxlanılanların sayı 16-ya çatdı
Dünən, 09:12
ABŞ Kubaya hücum hazırlıqlarına başlayıb
Dünən, 09:00
ABŞ oyundan çıxır: Parçalanan Avropa Rusiya ilə üz-üzə
15-04-2026, 16:00
Paşinyan hakimiyyətinin sonunun başlanğıcı?
15-04-2026, 15:30
Varlı azərbaycanlıların yeni modası - xaricdə doğuş
15-04-2026, 14:22
Yaxın Şərq: Hörmüz boğazı, Trampın böyük sövdələşmə axtarışı, Livan-İsrail razılaşaması
15-04-2026, 13:37
Köhnə pulları nə etməliyik? - RƏSMİ
15-04-2026, 13:27
Azərbaycanda əhalinin təbii artımı təxminən 30 faiz azalıb
15-04-2026, 13:12
Bu əşyaları zibilqabıya atsanız 300 manat cərimə OLUNACAQSIZ