İcra başçısından Heydər Əliyevin heykəlinə şikayət etdi - AĞSUDA İLGİNC AKSİYA
Gundem / Bolge
Oxunub: 1 474
15 fev 2016 | 12:58
İcra başçısından Heydər Əliyevin heykəlinə şikayət etdi - AĞSUDA İLGİNC AKSİYA
Ağsu rayonunda məskunlaşan Ağdam rayonundan olan məcburi köçkün Quliyev Asəf Lətif oğlu dövlət qrumlarında şikayətlərinə baxılmadığı üçün Heydər Əliyevin Ağsu rayonunda olan heykəlinə şikayət edib.

Bu barədə məlumat verən Asəf Quliyev bildirib:

"20 ildən çoxdur Ağsu rayonunun Meleoratorlar qəsəbəsində yerləşən "Qərənfil” uşaq bağçasında məskunlaşmışıq. Hər iki valideyinimi itirmişəm, iki körpə övladımla bağça binasında yaşayırıq. Keçən bu illər ərzində bir dəfə də olsun istər Ağdam rayon, istərsə də Ağsu rayon rəhbərliyindən bizim vəziyyətimizlə maraqlanan olmayıb. Əksinə, olaraq hər zaman problemlərlə rastlaşmışıq. Məskunlaşdığımız binanı bir il də üç dəfə təmir işi aparıblar. Hər dəfə də, biz tozun-torpağın içində yaşamağa məcbur olmuşuq. Dekabr ayında da yenicə təmir etdikləri yerləri sökərək, yenidən təmir adına iş apardılar. Biz dəfələrlə rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevə və onun müavinlərinə müraciət edərək başqa yerdə mənzillə təmin edilərək məskunlaşdırılmağımızı bildirsək də, kimdir bizi eşidən...? Yenə də bu soyuq qış ayında binanın damını sökərək bizi şaxtanın altında yaşamağa məcbur etdilər. Dəfələrlə prezidentimiz İlham Əliyev cənablarına da yazaraq şikayət etsək də, şikayətimizə baxılmayıb. Əksinə Ənvər Seyidəliyev deyib ki, "kimə şikayət edirlər etsinlər, onları o binada çürüdəcəm.”

Mən də gördüm şikayətim eşidilmir, dərdimi Heydər Əliyevə deməyə qərar verdim. Mərhum prezidentimizin dövründə bu adamlar haqsızlıq edə bilmirdilər. Hər yerdə dərdimiz eşidilirdi. Ulu öndər Heydər Əliyevin vəfatından sonra isə məmurlar söz eşitməz olubdur. Xalqa sanki düşmən kəsliblər. Ənvər Seyidəliyev sanki bizim qəsdimizə dayanıb. Tikintidən 5-10 manat pul yeyəcək deyə, bizi bu qədər aşağılamağı hansı ədalətə uyğun gəlir? İki övladım var, o binada hər an faciə baş verə bilər və uşaqlarıma ciddi xəsarət toxuna bilər. Mən Cənab prezidentimizdən də, bizim problemlərimizə nəzər salmağı xahiş edirəm.

Ağsu rayonunda vəziyyətin gün-gündən gərginləşməsi əhalini ayağa qaldırmaq üzrədir. Bu barədə rayon sakinləri məlumat verib. Məlumatda bildirilir ki. Rayonda yaradılan dözülməz şərait əhalini cana yığıb. Ağsu rayonu məmurlar tərəfindən işğal olunub. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun kurasiyasında olan Ağsu rayonunda nazirin qohumlarından başqa vəzifədə olan yoxdur. İcra başçısı Səlim Müslümovun dayısı olan ənvər Seyidəliyev bütün gəlir mənbələrinə öz qohumlarını yerləşdirib. Bundan başqa, rayon ərazisində təmir adı ilə işlər görülsə də, əslində həmin təmir pərdəsi altında külli miqdarda pullar yeyilir. Belə ki, rayonun əsas küçəsləri qismən asfaltlansa da, qalan küçələr biabırçı vəziyyətdədir. Amma, hesabatlarda rayonun bütün ərazilərinin yollarının təmir edildiyi deyilsə də, həmin ərazilərin asfalt pulları mənimsənilib. Şəhərin görünən mərkəzi hissələrində küçələrin divarları demək olar ki hər 2 aydan bir təmir edilir, bu adla büdcədən milyonlar silinir.
Əhali digər faktları da açıqlayıb. Şikayətçilərin dediyinə görə, Ağsu rayonunda normal yaşayış üçün heç bir şərait yoxdur. Rayon hələ də içməli su üzünə həsrət qalıb. Əhali uzun müddətdir ki bulanıq çay suyu ilə qidalanır ki bu da rason əhalisinin əksər faizinin uzunmüddətli xəstəliklərə tutulmasına səbəb olub. Hər il Ağsu sakinlərinin içməli suya olan tələbatının ödəniləcəyi barədə vədlər verilsə də, bu vədlər elə vəd olaraq qalır. Nəticədə əhali dəhşətli vəziyyətə düşür.
Sakinlər deyirlər ki, Azərbaycanın ən ucqar rayonlarının kəndlərinə təbii qazın verilməsi təmin olunsa da, Ağsu sakinləri bundan da məhrum olub. Bir neçə il əvvəl rayonun bir neçə yaxın kəndlərinə qaz verilsə də, 60 dan çox kənd hal-hazırda da qazssız qalıb. İcra hakimiyyəti hər il əhaliyə söz versə də, hələ ki bu sözə əməl etmək yada düşməyib. Əksinə, sovet dövründə qaz verilən kəndlərin xətləri kəsilib oğurlanır. Ratyon Qaz İstismar İdarəsinin rəhbərliyi icra başçısı Ənvər Seyidəliyevin tapşırığı ilə kəndlərdəki köhnə qaz xətlərini kəsməyə başlayıb. Kəndçilərin şəxsi vəsaiti hesabına çəkilmiş həmin qaz xətlərini kəsməklə icra başçısı iz azdırmaq istəyir ki, guya əvvəllər bu kəndlərdə qaz xətti olmayıb.
Sakinlər deyirlər ki, rayonda elektrik enerjisi də fasilələrlə verilməyə başlayıb. Qış aylarında bu fasilələr daha çox olur ki, rayona verilən elektrik enerjisi əlavə yerlərə satılaraq gəlir əldə olunsun.
Sakinlər deyirlər ki, bu barədə icra başçısına dəfələrlə məlumat verilsə də, bacısı oğlu Səlim Müslümova arxayın olan icra başçısı Ənvər Seyidəliyev sakinləri q
əbul etmir, onların şikayətlərini eşitmir.
/ARDI VAR/

Növbəti sayımızda oxuyun. BAŞI EŞQ MƏCARALARINA QARIŞAN İCRA BAŞCISI...
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI