İnsan Alverinə Qarşı Mübarizə İdarəsi "fil qulağın"da yatıb, yoxsa... ??? - YENİLƏNİB
Gundem / Sosial
Oxunub: 1 287
15 fev 2016 | 12:24
İnsan Alverinə Qarşı Mübarizə İdarəsi "fil qulağın"da yatıb, yoxsa... ??? - YENİLƏNİB
Bu gedişlə artıq az bir müddətdən sonra ölkəmizdə yeni təsnifatda hüquq-mühafizə orqanlarının, daha dəqiq desək əxlaq polisinin yaradılmasına dair təkliflərin müzakirəsinə başlanmalı olacaq. Belə ki, bugünkü reallıqlar nə rayon polis idarələrinin, nə prokurorluq orqanlarının, nə də İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin bir çox əxlaqsızlıq yuvalarının fəaliyyətini durdurmaq iqtidarında olmadığını nümayiş etdirirlər. Digər tərəfdən isə bu xüsusda yaranmış vəziyyətin şəhər və bölgələrimizdə, konkret ərazilərdə yaşayan vətəndaşların hüquqlarını pozması da acı bir reallıqdır. Redaksiyamıza daxil oln məlumatlarda Bakının Binəqədi rayon sakinlərinin də artıq uzun müddətdən bəri belə bir problemlə üz-üzə qaldıqlarından bəhs olunur. Qeyd edək ki, dəfələrlə biz bu problemi işıqlandırsaq da, Binəqədi rayonunda yerləşən “İstanbul” hotelinin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsinə hüquq-mühafizə orqanlarının diqqətini cəlb etmək cəhdlərimiz hələ də bir nəticə verməyib. Halbuki dərc etdiyimiz materiallarda biz bu əxlaqsızlıq yuvasında baş verənləri təfərrüatlarına qədər təsvir etmişik. Müxtəlif mənbələrdən aldığımız məlumatlarda “İstanbul” hotelində müştərilərə təklif olunan intim xidmətlərin qiymət preyskurantından tutmuş, bu xidmətlər üçün cəlb olunan insan resurslarının obyektə gətirilmə sxeminə qədər bütün incəliklər öz əksini tapmışdır. Artıq qeyd olunduğu kimi bu obyektə gələnlərin əksəriyyəti məhz intim xidmətlərə olan tələbatlarını ödəmək məqsədi güdürlər. “İstanbul” otelinin rəhbərliyi isə bu kimi tələbatların qarşılanması məqsədilə müştərilərinə tam servis paketi təklif edir. Belə ki, qiymət baxımından müştəri ilə razılığa gəlindikdən sonra məhz otelin xüsusi ayrılmış əməkdaşı sonrakı prosesləri təmin edir. Məxsusi olaraq bu işlər üçün ayrılmış Niyazi adlı bir şəxs əvvəlcə müəyyən yüngül əxlaqlı qadınlarla telefon vasitəsilə əlaqəyə girir. Sonra isə “KİA” markalı avtomobillə gedərək həmin qadınları “İstanbul”a gətirir. Bu zaman müştəridən bilavasitə otaq üçün alınan pullar birbaşa otelin rəhbərliyinə çatır. Yəni bu pul üzərində bölgü yoxdur. Amma intim xidməti göstərən qadınlara verilən pullardan isə, artıq həm rəhbərlik, həm də vasitəçi Niyazi öz faizlərini alırlar. Daxil olan məlumatlarda qeyd olunur ki, bir çox digər analoji pritonlar kimi bu restoran da müştərilərinə təklif etdiyi şübhəli “xidmətlərin” yüksək keyfiyyəti ilə seçilmir. Xidmətlərin mahiyyəti barədə yaranan şübhələr isə ciddi əsaslara malikdir. Bu kimi məlumatları biz dəfələrlə Binəqədi Rayon Polis İdarəsinə, Binəqədi Rayon Prokurorluğuna və İinsan Alverinə Qarşı Mübarizə İdarəsinə təqdim etmişik. Lakin problem hələ də öz həllini tapa bilmir. Binəqədi RPİ nədənsə bu pritonun fəaliyyəti ilə bağlı yaranmış vəziyyətə müdaxilə etmir. Bir müddət əvvəl redaksiyamıza daxil olan məktublarda rayon sakinləri onları uzun müddətdən bəri narahat edən problemə Insan Alverinə Qarşı Mübarizə Baş Idarəsinin yeni rəhbərliyinin də diqqətini cəlb etməyimizi xahiş etmişdilər. Lakin bu gün artıq bu qurumun da “İstanbul” oteli ilə bağlı yaranmış vəziyyətə müdaxilə imkanlarının məhdudluğu özünü aşkar göstərir. Insan Alverinə Qarşı Mübarizə Baş Idarəsinin rəhbərliyində baş vermiş dəyişiklik, idarənin “İstanbul” probleminə münasibətində heç bir dəyişikliyə səbəb olmamışdır. Həmçinin bu biabırçılığa son qoymaq üçün Bakı Şəhər Baş Polis İdarəsi və yaxud da Daxili İşlər Nazirliyinin digər müvafiq idarələri tərəfindən də hələ ki, heç bir tədbir görülmür. “İstanbul” otelinin sahiblərinin sözlərinə görə isə, polis orqanlarının bu liberallığını təmin edən səbəb, obyektə yoxlamaya gələn əməkdaşlara “vaxtında və yerində olunan hörmətdir”...
/ARDI DAVAM EDƏCƏK/



Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI