Binəqədi rayonundakı «OĞUZXAN» Restoranı qumarxana fəaliyyətinə keçib... – ŞOK ETİRAFLAR

Burda təşkil olunan loto oyununda külli miqdarda pul uduzan vətəndaş nələri söylədi?
Hər gün böyük pulların dövr etdiyi obyektin bağlanması vacibdir Bildiyiniz kimi, ölkəmizdə qumar və qumarxanalar rəsmi şəkildə qadağan edilib.
Belə ki, ümummilli lider Heydər Əliyev Azərbaycanda bütün kazino və qumarxanaların bağlanması barədə 1998-ci ildə qərar vermişdi. Mövcud qanunvericiliyə əsasən, bu fəaliyyətlə məşğul olmaq cinayət sayılır. Amma buna baxmayaraq, son illər Bakıda və bölgələrdə qeyri-leqal qumarxanaların sayı xeyli artıb. Aparılan araşdırmalar göstərir ki, paytaxtda çay evi, restoran, şadlıq evi, kafe adı altında qumarxanalar fəaliyyət göstərir və hər gün həmin məkanlarda külli miqdarda qara pullar dövriyyə edir. Bu işdə uduzan vətəndaşlar, qazanan isə bir qrup işbazdır. Qeyd edək ki, son aylar qumar oyunları Bakının bir neçə rayonunda geniş yayılıb. Bu rayonlar arasında Binəqədi rayonu xüsusi yer tutur. Bu rayonun ərazisində loto-qumar məkanlarının sürətlə artması həyəcan təbilinin çalınması deməkdir. Gundelik-baku.com saytına daxil olan məlumatlara görə, Binəqədi rayonunda yerləşən «Oğuzxan» ictimai-iaşə obyektində hər gün loto-qumar məclisi təşkil edilir. Həmin məclislərin birində külli miqdarda pul uduzan Asif Məmmədov Yəhya oğlu bildirdi ki, qeyri-qanuni fəaliyyət göstərən bu qumarxana yüzlərlə insanın taleyini qaraldıb: «Mən belə bir obyektin fəaliyyətindən xəbərsiz idim. Dostlarımdan biri məni aldadıb bura apardı. Deməli, vəziyyət bu cürdür. Hər gün axşam saat 18:00-dan sonra obyektdə qumar məclisi başlayır. Ta ki, gecə saatlarına qədər. Burda qumarın daha çox loto növünə üstünlük verilir. Hər gecə saat 00:00-da böyük uduş, yəni çek-pot oynanılır. Mən demək olar ki, bir ay davamlı olaraq burda loto oynadım, amma heç nə udmadım. Əksinə, bir ay ərzində 12 min manat uduzdum. Qumara o qədər aludə olmuşdum ki, hətta həyat yoldaşımın qızıl-zinət əşyalarını satıb loto oynadım. Düzdür, indi bu vərdişdən əl çəkmişəm. Amma nə fayda, borc içində üzürəm və ailəm dağılmaq ərəfəsinə çatıb. Bu fikirləri sizə deməkdə, ictimailəşdirməkdə məqsədim odur ki, başqa insanlar mənim aqibətimi yaşamasınlar.
Qoy aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları «Oğuzxan» restoranında təşkil olunan loto-qumar məclislərini dağıtsın və qeyri-leqal fəaliyyət göstərən obyektin işi dayandırılsın». Həyatı alt-üst olan Asif Məmmədov deyir ki, «Oğuzxan»da təşkil olunan lotoda oyuna başlamaq üçün mütləq ədədi 4 manata olan kartları götürmək lazımdır: «Bundan ucuz kart yoxdur. Hər gün bu obyektdə müştəri sıxlığı müşahidə olunur. Əksəriyyət olan-qalan pulunu da uduzub əliboş evinə gedir. Çox maraqlıdır ki, burda qumar oynayan şəxslərin arasında polis əməkdaşları da nəzərə çarpır. Amma nə onlar, nə də Binəqədi rayonunun aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları qumarxanın fəaliyyətinə müdaxilə edirlər. Obyektin bir günlük dövriyyəsi təxminən 10-15 min manat civarındadır. Bütün masalar dolu olur. Burda xeyli sayda işçi var. Loto kartlarını paylayanlar, torbadan daş çıxaranlar, çay paylayanlar və s. Çox maraqlıdır ki, burda həm də müştərilərə pulsuz spirtli içki verilir. Ən dəhşətlisi isə odur ki, narkotik maddələrin satışını həyata keçirən şəxslər burda açıq alver edirlər. Bir sözlə, «Oğuzxan» restoranında qeyri-qanuni fəaliyyət göstərən qumarxana yüzlərlə gənci çirkaba sürükləyir». Obyekti işlədən və bura «krışalıq» edən şəxslərin adı bizə məlumdur. Hələlik onların kimliyini açıqlamaq istəmirik. Tezliklə bu obyektlə bağlı geniş videomaterial təqdim edəcək və loto-qumarxananın «müdafiəçiləri» barədə maraqlı faktları diqqətinizə çatdıracağıq. Sonda Daxili İşlər Nazirliyinin, Vergilər Nazirliyinin və Binəqədi Rayon Polis İdarəsinin rəhbərliyinə müraciət edib sözügedən məkanın fəaliyyətinə müdaxilə etmələrini xahiş edirik. Mövzu diqqətimizdədir. //gundelik-baku.com//
P.S. Etibarlı mənbədən əldə etdiyimiz məlumatda bildirilir ki, bu tip obyektlərin işləməsi üçün qumar mafiyası Binəqədi rayon İcra hakimiyyətində bəzi nüfuzlu şəxslərə 10.000 manat aylıq ödəyib toxunulmazlıq əldə etdiklərini qeyd edir. Bu aylıqların verilməsi isə qumarxananın böyüklüyünə görəqiymət dəyişiklikləridə zərurət doğurur. Bu məsələdə fəaliyyət göstərmələri üçün isə biləvasitə Binəqədi rayon İCRA BAŞÇISININ razılığı olmadan heç cürə həyata keçirilə bilmədiyi də əsas vurğulanan faktrlardandır. Qeyri qanuni rus lotosu ilə məşğul olan bu şəxslərində özlərinin bildirdiyinə görə məhs aidiyyəti hüquq-mühafizə orqanlarına da icra başçısının göstərişi əsasında bu tip obyektlərin fəaliyyətinə müdaxilə olunmur.



Dünən, 16:00
4 dəniz LAYİHƏSİ – Dünyanın XİLASI Türkiyənin əlində
Dünən, 15:50
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfər edib - FOTO
Dünən, 15:30
Separatçılardan Xankəndidəki kilsə haqda AĞ YALAN
Dünən, 14:22
Şagirdləri qatil edən oyun: "PUBG" qadağan olunsun! ÇAĞIRIŞI
Dünən, 13:23
May ayının qeyri-iş günləri AÇIQLANDI
Dünən, 13:17
Türkiyədə yaxalandı, Bakıya gətirilir - narkotik şəbəkəsinin izləri haraya gedib çıxır?
Dünən, 13:12
Prezidentin fərmanı icra olundu: Bu gündən ETİBARƏN...
Dünən, 12:45
Sabah 21 dərəcə isti olacaq
Dünən, 12:40
BŞTİ fotosu yayılan direktorla bağlı məlumat yaydı
Dünən, 12:01
İranlı narkotacirə kuryerlik edənlər Binəqədidə ələ keçdilər - VİDEO
Dünən, 11:52
Bu şəxslər peyvənd olunacaq
Dünən, 11:49
35 il sonra Ermənistandan məhsul aldıq
Dünən, 11:46
Daxili İşlər Nazirliyi tərəfindən genişmiqyaslı əməliyyatlar: çoxsaylı cinayətlər açılıb, silah və narkotik vasitələr götürülüb
Dünən, 11:14
Sabunçu tunelində də yol çökdü - Video
Dünən, 10:44
Cüdoçularımız Avropa çempionatında mübarizəyə başlayır
Dünən, 10:06
Azərbaycandan qaçan məktəb direktoru - Türkiyədə tutuldu
Dünən, 09:24
Bakıda dövlət qurumlarının avtomobilləri hərraca çıxarıldı – Qiymətlər
Dünən, 09:19
İsrail və Livan liderləri sabah danışacaq - 34 il sonra
Dünən, 09:16
Liseyə hücuma görə saxlanılanların sayı 16-ya çatdı
Dünən, 09:12
ABŞ Kubaya hücum hazırlıqlarına başlayıb
Dünən, 09:00
ABŞ oyundan çıxır: Parçalanan Avropa Rusiya ilə üz-üzə
15-04-2026, 16:00
Paşinyan hakimiyyətinin sonunun başlanğıcı?
15-04-2026, 15:30
Varlı azərbaycanlıların yeni modası - xaricdə doğuş
15-04-2026, 14:22
Yaxın Şərq: Hörmüz boğazı, Trampın böyük sövdələşmə axtarışı, Livan-İsrail razılaşaması
15-04-2026, 13:37
Köhnə pulları nə etməliyik? - RƏSMİ
15-04-2026, 13:27
Azərbaycanda əhalinin təbii artımı təxminən 30 faiz azalıb
15-04-2026, 13:12
Bu əşyaları zibilqabıya atsanız 300 manat cərimə OLUNACAQSIZ