Daş Salahlıdakı bağçalara ayrılan vəsaitləri kimlər mənimsəyir?
Hər üç bağçada istər ulu öndər Heydər Əliyevə, istərsə də ölkə rəhbəri cənab İlham Əliyevə məxsus şəkillərin də, baxımsızlıq ucbatından xöşagəlməz durumda olması, bizi olduqca düşündürdü
Respublikamızın dilbər guşələrindən biri hesab olunan Qazax rayonunun, bu gün dərdi uzun, yaraları isə sağalmazdır desək, yəqin ki, yanılmarıq. Çünki, hal-hazırda rayonun sosial problemləri o qədər aşıb-daşır ki, nə həddi, nə də ki, hüdudu bilinir. Buna səbəb, rayonun rəhbərliyi ilə bərabər, yerli vəzifə sahiblərinin özbaşınalıqları və daşıdıqları vəzifədən ikiəlli yapışmalarıdır. Bu gün rayonun idarə, müəssisə, təşkilat və digər qurumları ilə bərabər, uşaq bağçalarında yaşanan durum da, əsas müzakirə olunan mövzulardan birinə çevrilib. Məsələn, ilk baş çəkdiyimiz ünvan rayonun Daş Salahlı kəndindəki 1 saylı uşaq bağçası oldu ki, həmin gün bağçada 32 uşaq olmalı olduğu halda, cəmi 12 uşaq var idi.
Bağçaya daxil olarkən, daha çox körpə balaların səs-küyü ilə qarşılaşacağımızı zənn etsək də, üzləşdiyimiz mənzərə bizi düşündüklərimizin əksi ilə üz-üzə qoydu. Belə ki, həmin gün bağçanın otaqlarından birinə qoyulmuş odun sobasının ətrafında söhbətləşən tərbiyyəçilərdən və soyuqdan əsib-titrəyən bir neçə körpələrdən başqa, bir kimsə gözümüzə dəymədi. Bağçanın müdirəsini axtarsaq da, onu tapa bilmədik. Çünki, bizə əvvəlcədən məlumat vermişdilər ki, ümumiyyətlə onu tapmaq olduqca müşkül məsələdir. Ümumi ab-havanın varlığını görüb bir anlığa düşündük ki, bəlkə bura kəndin uşaq bağçası deyil, başqa bir ünvanıdır. Otaqdakı odun sobasının üstündə bişən qazanda isə, makaron supu qaynayırdı. Bağçada çalışan əməkdaşlardan menyunu tələb etdikdə, onlar ilk öncə çiyinlərini çəkdi və menyunu bir kimsəyə göstərməyəcəklərini də bildirdilər. Çünki, olmayan menyunu onlar necə göstərə bilərdilər? Bağçada menyunun yoxluğu qalsın bir yana, hətta mətbəx otağının, uşaqların oynamaları üçün oyuncaqların, adicə qələm-dəftərin olmaması belə, bağça müdirəsinin həyata keçirdiyi idarəçiliyin varlığını göstərirdi. Bağçada olan-qalan körpələrin sifətindən məmnunluq deyil, sanki məyusluq hissi yağırdı. Otaqlardakı antisanitariya varlığına isə, tibb bacısı bir kəlmə olsun belə aydınlıq gətirə bilmədi.
Kəndin 2 saylı uşaq bağçasındakı durum da, ürəkaçan deyildi. Çünki ümumi sahəsi 4 kvm-lik olan otağın, həmin gün tüstü-dumana qərq olması, otaqdakı odun sobasının ətrafına cəmi 6 körpənin büzüşüb oturmaları, bir daha onu söyləməyə əsas verirdi ki, 2 saylı uşaq bağçasının rəhbərliyi də, yerində olmayan vəzifə sahiblərindəndir. Bağçada adicə menyunun, ayaqyolunun olmaması, otaqlardan birinin tamam sınıq-salxaq avadanlıqlarla, baxımsız əşyalarla doldurulması, əslində bağçada yaşanan ab-havanın varlığını göstərirdi. Hələ bunlar azmış kimi, Sovet dönəmindən qalma yataq dəstlərinin iy-qoxundan, onlara yaxın durmaq heç cür mümkün deyildi.
3 saylı bağçada isə, cəmi 8 körpəni tapa bildik. İş saatı olmasına baxmayaraq, bu bağçada da müdirə iş başında deyildi. Bağça əməkdaşlarından biri bizimlə xəlvəti söhbətində bildirdi ki, “bilirsiz, bizim müdirəni çətin ki, iş başında tapa bilərsiniz. Çünki, onu bağçanın vəziyyəti deyil, kənar işləri daha çox maraqlandırır. Belə bir səbəb üzündən də, onun kefi haçan istəyir, o zaman da o, işə gəlir”. Belə bir açıqlama olduqca təəccüb doğuran açıqlama oldu ki, həmin açıqlama bu gün də bizi düşündürməkdədir.
Hər üç bağçada istər ulu öndər Heydər Əliyevə, istərsə də ölkə rəhbəri cənab İlham Əliyevə məxsus şəkillərin də, baxımsızlıq ucbatından xöşagəlməz görkəmdə olması, bizi olduqca məyus etdi. Hələ bunlar azmış kimi, bəzi şəkillərin çərçivənin içərisində deyil, adi yapışqanla divara yapışdırılması da, heç də diqqətimizdən kənarda qalmadı.
Diqqəti cəlb edən hal odur ki, bu gün 21-ci əsrdə yaşasaq da, Daşsalahlı kəndindəki uşaq bağçalarında antisanitariya hökm sürür, bağçalar uçub dağıdılmış otaqlarda yerləşir. Belə bir problemlərin varlığından əlavə, bağçalara dövlət tərəfindən ayrılan vəsaitlər də, yerli vəzifə sahibləri tərəfindən dədə malı kimi mənimsənilir. Baxmayaraq ki, hələ mərhum prezidentimiz, xalqımızın ümumilli lideri Heydər Əliyev “uşaqlar bizim gələcəyimizdir” yanaşmasını ortaya qoyardı və “körpə balalara hər zaman diqqətli olmalıyıq” da deyərdi. Belə bir yanaşmanın varlığını Daş Salahlı kəndi üzrə icra nümayəndəsi vəzifəsini daşıyan Asif Yusifovun diqqətinə çatdırsaq da, təəssüflər olsun ki, ötən müddət ərzində yaxşılığa doğru nəsə dəyişməyib. Çünki, uşaq bağçalarının təminatı, təchizatı, problemlərinin həlli və.s kimi məsələlərə bir növ cavabdehlik daşıyan Asif müəllim, bu gün nədənsə lazımi addımlarını atmır. Deyəsən, heç də addımlarını atmaq fikri yoxdur. Çünki, əldə etdiyimiz məlumatlara görə o, hər ay uşaq bağçalarından “dolya”sını yığır.
Hə üç bağçada onu da müəyyən edə bildik ki, valideyinlərə məxsus yazı işləri yalnız bir nəfərin xətti ilə yazılır. Bu da onu söyləməyə əsas verir ki, kənd icra nümayəndəsi ilə əlbir olan bağça müdirələri, valideynlərin xəbəri olmadan onların övladlarının adlarını bağçaya yazırlar və hər ay da ayrılan vəsaitləri, həmin vəzifə sahibləri mənimsəyirlər. Sözsüz ki, kənd icra nümayəndələri ilə bağça müdirələrinin mənimsəmələrindən daha çox, rayon icra hakimiyyəti aparatının xanım əməkdaşı Gülayə xanımın və digər səlahiyyətli vəzifə sahiblərinin də, “müstəsna xidmətləri” olur.
Araşdırmamız davam edəcək.
Mübariz
Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı