Göyçayın baş həkiminin «Masal Holdinq» sevgisi – MÜDHİŞ MAXİNASİYA
Gundem / Bolge
Oxunub: 1 115
8 fev 2016 | 15:05
 Göyçayın baş həkiminin «Masal Holdinq» sevgisi – MÜDHİŞ MAXİNASİYA











XXI əsr Azərbaycanında rayon mərkəzi xəstəxanasının otaqları odun sobası ilə qızdırılır, yüz minlərlə pulun isə yalnız bir şirkətin əliylə talan edildiyi deyilir

Göyçayın baş həkimi Famil Zeynalovun indiyə qədər bir çox maxinasiyalarda adı hallansa da, onlardan bir təhər sıyrılıb çıxa bilib. Onun xəstələrdən pul alması, sağlam gəncləri hərbi xidmətdən yayındarmaq üçün müxtəlif sənədləşdirmələr aparması bunlardan birdir. Amma Zeynalovun daha dəhşətli maxinasiyaları da varmış.

Göyçayın baş həkimi büdcədən ayrılmış pulları elə qaydalarla silirmiş ki, bundan nə büdcənin, nə də digərlərinin ruhu belə inciməyib. Məsələn, 21-ci əsr Azərbaycanında Bakıdan cəmi 230 km aralıda yerləşən bir rayonun Mərkəzi Xəstəxanasında hələ də odun sobasından istifadə olunur. Bunun üçün 7200 manat pul da ayrılıb. Amma Göyçay Mərkəzi Xəstəxanasının otaqlarında sobanı görənə mükafat veriləcəyi vəd olunub. Çünki otaqlar qışda soyuqdan az qala buz bağlayır.

Demokratiya.info xəbər verir ki, Famil Zeynalovun «gərgin əməyi»nin bəhrəsi olaraq digər «qazanc yerləri» isə odun olmayıb. Əksinə, onun cari təmir işləri adı altında «Masal Holdinq»lə birgə mənimsədikləri 53545 manat reallığı var. Əsaslı təmir işlərini də eyni holdinqlə həyata keçirən baş həkim, bu dəfə 31755 manatın «anasını ağlar» qoyub.

Baş həkimin «Masal Holdinq» sevgisi o qədər güclü olub ki, xəstəxana ilə bağlı bütün işləri az qala onlara həvalə ediblər. Məsələn, idarənin digər xərclərinin (16985 manat), avadanlığın (123475 manat), inventarların (75968 manat), digər maşın və avadanlıqların (54527 manat), yumşaq inventarların satın alınması (32008 manat) işlərini də türklər demiş «masal» olaraq həmin şirkətin əliylə həyata keçirib.

Hərçənd Famil Zeynalovun «Masal Holdinq»in «masalları»na uyaraq başqa işləri də birgə həyata keçirdiyi də dəqiqləşib. Məlum olub ki, xəstəxanaya 21233 manatlıq dəftərxana ləvazimatlarını, 130 min manatlıq avadanlıqların, 57466 manatlıq digər maşın və avadanlıqların satın alınmasını da birgə həyata keçiriblər. Bəzi ehtimallar var ki, «Masal Holdinq» elə baş həkimin özünə məxsusdur. Çünki bu sadalanan şeylərin nə zaman alındığı və haraya yerləşdirildiyi məlum deyil.

Demokratiya.info bildirir ki, Famil Zeynalov işlərin izini itirmək üçün bəzi addımlar da atıb. Məsələn, baş həkim 10531 manatlıq tibb blankların satın alınmasını Mətbuat Yayımı Göyçay rayon Şöbəsinə həvalə edib. 6600 manatlıq çirkli camaşırların yuyulmasının , 19529 manatlıq digər nəqliyyat xidmətinin, 5580 manatlıq kommunikasiya xidmətinin satın alınması və 68300 manatlıq ərzaq məhsullarının satın alınması “Çinar Təchizat-2″ MMC-yə verilib.

Qarşı tərəfi də dinləməyə hazırıq.
Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı