Neftçala Təhsil şöbəsində nə baş verir?- ARAŞDIRMA-FOTO
Gundem
Oxunub: 2 074
31 yan 2016 | 14:13
Neftçala Təhsil şöbəsində nə baş verir?- ARAŞDIRMA-FOTO










Neftçala Təhsil şöbəsində nə baş verir?

Uluyol.info xəbər portalı olaraq Təhsil şöbəsin mövcud durumu ilə bağlı araşdırma apardıq. Xatırladaq ki,hər il TQDK-nın yekun imtahanlarla bağlı hesabatında Neftçala rayonu birincilər siyahısında olub.Amma son illər bu rayonda təhsilin aşağı düşməsinin şahidiyik. Məktəblərdə davamiyyət aşağı səviyyədədirsə, bu təhsil ocaqlarında inkişafdan söhbət belə getməz. Qışın bu çovğununda şagirdlər soyuq binalarda dərs alırlar. Davamiyyət və soyuq dərs otaqlarının həlli üçün Rayon Təhsil şöbəsi nə qədər çalışdı?
Davamiyyətin aşağı səviyyə də olmasına səbəb: soyuq dərs otaqları və repitetr yanına hazırlığa gedən şagirdlər. Əgər məktəblərdə düz əməlli dərs keçirilsə, şagird repitetr yanına getməz. Onsuzda iqtisadi problemlərlə yaşayan valideynlər məcbur qalır ki, övladın hazırlığa göndərsin.Bunda maraqlı olan qüvvlər var.
Neftçala Təhsil şöbəsində nə baş verir?- ARAŞDIRMA-FOTO
Dəfələrlə KİV-də rayon Təhsil şöbəsi bağlı davamiyyətdə yaranan problemin elə rəhbərliyin icazəsi ilə olduğu vurğulanır.Belə ki,şagirdə dərsdən yayınmasına şərait yaradan direktorlar müəyyən məbləğ müqabilində buna göz yumurlar.Dərsdən yayınan müəllimdə direktora maaşından bir qismin verməklə evdə şagird hazırlaşdırır.Əgər təhsil evdə keçiriləcəksə, o zaman məktəb niyə xidmət göstərir?

Məktəblərdə davamiyyətin aşağı olma səbəblərində biridə soyuq dərs otaqlarının olmasıdır. Belə ki,istilik sistemi olmayan daş binada soyuq qış aylarında dərs keçirilməsi mümkünsüz hala gəlir. Xatırladaq ki,Neftçala rayonunda Qaz xətləri çəkilməyə başlayıb və artıq bir neçə məktəbin yanından keçən qaz boruları nədənsə məktəblərə çəkilmir. Qaz təhcizatı işçiləri bunun üçün sinif otaqlarında kombi sisteminin qurulmasın vacib bilirlər.Hər şeydən önəmli olan təhsilimizin inkişafıdır ki, bunun üçün adiyyatı orqanlar sinif otaqların kombi sistemi ilə quraşdırlımasına tez bir zamanda başlamalıdır.Axı o sinif otaqlarında gələcəyimizin qarantisi olacaq kadrlar təhsil alır. Gələcəyimizin sağlam böyüməsi üçün qısa zamanda bu problem həllin tapmalıdır.
Məktəblərdə təmir-bərpa işlərinə dövlət büdcəsindən ayrılan pullar adiyyatı üzrə xərclənmir.Belə ki,bu günlərdə mətbuatda Neftçala Rayon təhsil şöbəsində yeyintilərlə bağlı yazı dərc olunmuşdu,şikayətçi bildirirdi ki, "Mən Neftçala tikinti sektorunda baş alıb gedən korrupsiya və rüşvətxorluq faktları barədə müvafiq qurumlara dəfələrlə müraciət etmişəm.Ərizələrimdə dönə-dönə xahiş etdim ki,şikayətimin araşdırılması üçün Neftçala rayon İcra hakimiyyyətinə,nə də başqa instansiyalara ünvanlanmasın. Çünki bu qurumlar özlərinə sərf edən formada cavab verirlər."Respublika "qəzetində tender barədə verilən məlumatlar sırf formal xarakter daşıyır.Mənə göndərilən məktubda göstərilir ki, guya müraciətim araşdırılmışdır.Əvvəla iştirakım olmadan "araşdırılma"lar nə qədər hüquqidir?İkincisi,əgər araşdırlma aparııbsa, onda niyə cavab məktubunda cənab Ə.Hüseynov göstərdiyim faktların araşdırılması nəticəsində nə nəticəyə gəldiyi haqda bir kəlmə olsun söz yazmamışdır. Bütün bunlar bir daha sübut edir ki, cavab məktubu sadəcə olaraq işi bağlamaq üçün görülən "tədbirlər"dən başqa bir şey deyil! Təhsil Nazirliyi Aparat rəhbəri cənab Mətin Eynullayevin imzası ilə ilə ünvanıma daxil olmuş məktubunda bildirilir ki,müraciətimdə göstərilən məsələlərin ümumiyyətlə, Təhsil Nazirliyinə heç bir adiyyatı yoxdur. 2013-cü il üçün nəzərdə tutulmuş Neftçala rayonu Bankə qəsəbə 2N%-li tam orta məktəbinin (25.000), Qırmızıkənd kənd orta məktəbinin (27.000), Xolqarabucaq kənd tam orta məktəbinin (28.000), Ərəbqardaşbəyli kənd orta məktəbinin (20.224man) əsaslı təmiri üçün lazım olan 100.224 manatın istifadəsi zamanı qəpiyinə kimi yol verilən korrupsiya faktı barədə adiyyatı qurumlara məlumat verdim.Amma heç bir araşdırma aparılmadı".

Şikayətçinin bildirdiyi faktlar üzrə dövlət adiyyatı qurumları araşdırma aparılmalı və dövlət büdcsindən ayrılan pulun son qəpiyinə kimi adiyyatı üzrə xərclənməsinə hər birimiz maraqlı olmalıyıq. Hər il əsaslı təmir adından yalandan məktəbin bəzi yerlərinə 5 manatlıq əhəng vurmaqdansa, bu vaxta kimi rayon ərazisində mnəktəblərə kombi sistemin quraşdırmaq olardı.Bunu deməyə yuxarıda göstərilən rəqəmlər əsas verir.

Başqa bir məktubda göstərilir ki,il ərzində müəyyən səbələrdən dərsə gəlməyən müəllimlər var ki,ya əməkhaqı azdır başqa yerdə çalışır, ya da digər səbəblərdən dərsə gəlməyən müəllimlərin pulun direktorlar Əjdər Kərimovla bölüşürlər. Məktəblərdə tikinti üzrə keçirilən tenderlər isə əvvəlcədən müəyyənləşmiş şirkət qalib gəlir və Rayon təhsil şöbəsi ilə məktəbi yenidən "qurur"lar. Yerli mənbələrdən aldığımız informasiyalara görə məktəb tikintisində heç bir firma cəlb olunmur. Olunan firmalar isə məktəb tikintisi üçün maddi-texniki bazası yoxdur.Günə muzd tutulan fəhlələrin hesabına aparılır.

Əjdər Kərimovun direktorlardan aldığı pulları, direktorlarda öz növbəsində müəllimlərin əmək haqqısından tutur. Ə.Kərimov bu pul yığımında Rayon İcra başçısının adından istifadə edir. Bundan əlavə rayon ərazisində dərs saatlarının yazılmasıda müəmmalıdır. Belə ki, yeli mənbələrin bilgisinə görə tanışlıqla, "hörmətlə" daha çox dərs saatları yazılır. Direktorlardan Nazirliyə olunan şikayətləri isə Ə.Kərimov öz təbirincə yoluna qoyur və şikayətçiyə cavab məktubunda qərəzli olduğun bildirir. Belə ki, uluyol.info xəbər portalının baş-redaktoru Saday Fərəcov bildirir ki" Ötən il yanvar ayında məzunu olduğum Sakit Kərimov adına Qədimkənd kənd orta məktəbinə müəllimlərin ziyarət etməyə getmişdim. Məktəbin uçulub -dağılmış dəhlizlərin,sinif otaqların gördükdə şəkliləri çəkib sosial şəbəkələrdə paylaşdım.Həmin şəkillərin rəy bölümünə məktəbin direktoru Kamal Cəfərov təhqir dolu sözlər yazdı.Mən sonacan əsəblərimə hakim çıxıb vəzifəli şəxsin belə bir addım atması ilə bağlı Təhsil Naziri şəxsən Mikayıl Cabbarova şikayət məkrubu yazdım.Amma məsələ araşdırılması üçün Rayon təhsil şöbəsinə göndərilir və orada Ə.Kərimovun əmisioğlu olan Kamal Cəfərovun direktora yaraşmayan təhqirlərinə müxtəlif cür don geyindirdi.Mənə cavab məktubunda qərəzli olduğumu bildirdi.

Uluyol.info xəbər portalı olaraq bizim kiminləsə qərəzimiz yoxdur , əsas istəyimiz təhsilin inkişaf etdirilməsi və dövlətin təhsilin inkişafı üçün ayırdığı vəsaitin adiyyatı üzrə xərclənməsidir. Azərbaycan vətəndaşlığı daşıyan hər kəs ən azından 9 illik təhsil alması məcburidir. Hər birimiz məktəb partaları sırasından müxtəlif vəzifələrə yiyələnirik. Vəsifəsindən aslı olmayaraq vətəndaşımızın savadlı olması müstəqilliyimizin möhkəmlənməsinə, cəmiyyətimizin sağlam mühitdə olmasına qaranti olar.

Son günlər rayon təhsil şöbələrinin birləşdirilməsi barədə yayılan xəbərlərdən sonra Neftçala,Şirvan, ,Hacıqabul.Biləsuvar və Cəlilabad rayon təhsil şöbələrinin bazasında Salyan Regional Təhsil idarəsinin yaradılması nəzərdə tutulur. Mətbuatda yayılan məlumata görə nə qədər təəccüblü də olsa, bu yeni qurumun rəhbərliyində məhz özünü görən kadrlardan biri Neftçala Rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimovdur. Hətta Əjdər Kərimovun artıq bu xüsusda Təhsil nazirinin müavini Firudin Qurbanovla guya ki anlaşmaya gəldiyini bəyan etdiyi də vurğulanır. Halbuki, bu məmurun indiyədək Neftçala təhsilinin başına gətirdiyi oyunlar, onu ümumiyyətlə təhsil sahəsindən uzaqlaşdırılmasına hər cür əsas verir. Neftçala RTŞ-nin yarıtmaz fəaliyyəti, Əjdər Kərimovun öz işində yol verdiyi ciddi qanun pozuntularının,davamiyyətin, ayrılan pulların yeyintisin nəzərə alsaq regiolar şöbəyə rəhbər olacağı halda bir neçə Təhsil şöbəsin məhv edəcəyi qabaqcadan görünür.

Neftçala Təhsil şöbəsində nə baş verir?- ARAŞDIRMA-FOTO
Neftçala Təhsil şöbəsində nə baş verir?- ARAŞDIRMA-FOTO
Neftçala Təhsil şöbəsində nə baş verir?- ARAŞDIRMA-FOTO
Neftçala Təhsil şöbəsində nə baş verir?- ARAŞDIRMA-FOTO
Neftçala Təhsil şöbəsində nə baş verir?- ARAŞDIRMA-FOTO
Bu gün, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Bu gün, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Bu gün, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Bu gün, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Bu gün, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Bu gün, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Bu gün, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Bu gün, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Bu gün, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Bu gün, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Bu gün, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Bu gün, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Bu gün, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Bu gün, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Bu gün, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Bu gün, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Bu gün, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Bu gün, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Bu gün, 09:22
Çin lideri Makronu belə alçaldıb
Bu gün, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Bu gün, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!
Bu gün, 09:11
Bu tarix Ümumdünya Futbol Günü elan edildi
Bu gün, 09:05
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır
Bu gün, 09:01
"Atəşkəs əldə olunmasa, faciə baş verəcək"
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh